Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
13/06 | 15:12 Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib
13/06 | 14:50 Güləşçimiz Rafiq Hüseynov “Poland Open” turnirində üçüncü olub
13/06 | 13:56 AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək
13/06 | 12:14 “Gelfand Challenge”: Günay Məmmədzadə son turlarda mübarizə aparacaq
13/06 | 11:29 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov turnir cədvəlində liderliyini davam etdirir
13/06 | 10:53 Daha bir karateçimiz Tokio Olimpiadasına lisenziya turnirində mübarizəyə başlayır
13/06 | 10:00 “Avro-2020”: Belçika yığması Rusiya komandasına böyük hesabla qalib gəlib
13/06 | 09:26 Azərbaycanlı boksçu peşəkarlar arasında keçirilən döyüşdə qələbə qazanıb
12/06 | 23:40 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçına baxıblar
12/06 | 23:25 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov növbəti qələbəyə imza atıb
12/06 | 22:20 “Avro-2020”: Danimarka - Finlandiya oyunu dayandırılıb
12/06 | 21:27 “Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12/06 | 20:34 Karateçilərimiz Tokio Olimpiadasına lisenziya turnirinin ikinci gününü medalsız başa vurublar
12/06 | 18:28 Cüdo üzrə kişilərdən ibarət milli komanda Qusarda təlim-məşq toplanışını davam etdirir
12/06 | 18:20 “Avro-2020”: Bakı Olimpiya Stadionunda ilk qol vurulub
12/06 | 17:30 Günay Məmmədzadə “Gelfand Challenge” turnirində mübarizəni davam etdirir
12/06 | 17:00 “Avro-2020”: Uels və İsveçrə millilərinin start heyətləri açıqlanıb
12/06 | 16:06 Gənc cüdoçularımız Portuqaliyada keçiriləcək Avropa kuboku yarışlarına hazırlıqları davam etdirirlər
12/06 | 15:31 Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb
12/06 | 12:17 Cüdo üzrə kişilərdən ibarət milli komanda Qusarda təlim-məşq toplanışını davam etdirir
12/06 | 11:32 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ABŞ təmsilçiləri ilə mübarizə aparacaq
12/06 | 11:07 Roland Garros: Finalda Novak Cokoviç və Stefanos Tsitsipas qarşılaşacaq
12/06 | 10:54 Daha iki karateçimiz Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayır
12/06 | 10:13 “Gelfand Challenge”: Günay Məmmədzadə növbəti 5 turda mübarizə aparıb
12/06 | 01:19 Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb
11/06 | 23:45 Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı
11/06 | 23:09 Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib
11/06 | 22:59 AVRO-2020-nin açılış mərasimi olub
11/06 | 21:03 Karateçimiz Olimpiya lisenziyası uğrunda mübarizə aparacaq
11/06 | 20:44 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edərək liderliyini qoruyub
11/06 | 19:55 BMT-nin sabiq baş katibi Pan Gi Mun yenidən BOK-un Etika Komissiyasının sədri vəzifəsinə seçiləcək
11/06 | 19:17 Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
11/06 | 18:53 AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının rəhbəri ilə görüşüb
11/06 | 18:11 “Neftçi” klubu qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb
11/06 | 17:55 Karateçilərimiz Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Neftçi 28 18 5 5 47-25 59
2 Qarabağ 28 16 9 3 64-18 57
3 Sumqayıt 28 10 9 9 30-31 39
4 Zirə 28 8 14 6 28-28 38
5 Sabah 28 7 8 13 28-38 29
6 Keşlə 28 5 11 12 25-40 26
7 Qəbələ 28 5 11 12 23-44 26
8 Səbail 28 5 9 14 21-42 24
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
“Şahmat həyatdır"
Tarix: 26.08.2020 | Saat: 10:52:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

"Şahmat həyatdır" - dünya şahmat tarixinin ən dahi nümayəndəsi, 11-ci dünya çempionu Robert Fişer onu dünyaya tanıdan bu idman növünə münasibətini bu iki kəlmə ilə bildirib. Dünyada 650 milyon insanın oynadığı, hər gün azı 16 milyon nəfərin hazırkı pandemiya dövründə onlayn partiyalarını keçirdiyi şahmat həqiqətən də milyonların həyatının ayrılmaz bir parçasına çevrilib, on minlərlə insan üçün elə həyatın özüdür.

Orta əsrlərin məşhur ispan yazıçısı Migel De Servantes isə, əksinə, həyatın özünü bir şahmat partiyası hesab edirdi. Fişerin sözləri də məhz yazıçının sözlərinə cavab idi.

Fişer bir deyimində şahmatı həyatın özü ilə tam eyniləşdirdiyi halda, digər fikrində sadəcə bənzərliyini önə çəkir: "Şahmat həyata bənzəyir, ancaq həyat total müharibədir, şahmat isə məhdud müharibədir". Fişerin bənzərlik münasibətini ondan öncəki dünya çempionu Boris Spasski də dilə gətirib: "Şahmat həyata bənzəyir".

13-cü dünya çempionu olmaq iddiası ilə iki dəfə Anatoli Karpova qarşı matç oynayan, lakin istəyinə çata bilməyən Viktor Korçnoy şahmatı bir mərəz sayır - "Şahmat bir xəstəlikdir və ondan qurtulmaq çətindir". Təbii ki, məşhur şahmatçı "xəstəlik" ifadəsini yaxşı mənada işlədib.

Ümumiyyətlə, istər məşhur şahmatçılar-çempionlar, istər tanınmış qələm sahibləri, istərsə də digər məşhur insanlar şahmat barədə çox sayda maraqlı fikirlər səsləndirmişlər. Alman şair-drammaturqu, mütəfəkkiri İohann Volfqanq Göte şahmatı "zəka sınağı" hesab edir. 17-ci əsr fransız riyazıyyatçısı, fiziki, ədibi, filosofu Blez Paskala görə "şahmat beyin üçün gimnastikadır". 1 çempionluq matç-turnirinin, 4 çempionluq matçının qalibi, daha 3 dəfə belə matçlarda şansı əldən vermiş 6-cı dünya çempionu Mixail Botvinnikin təbirincə "şahmat tək zehinlərin mübarizəsi deyil, eyni zamanda əsəblərin mübarizəsidir". Botvinnikin şahmatla bağlı digər bir ifadəsi isə belə səslənir: "Şahmat tək fiqurların deyil, həm də insanların mübarizəsidir - psixologiyanın burada əhəmiyyəti böyükdür".

12-ci dünya çempionu Anatoli Karpov şahmatın psixikaya təsirini daha əhatəli ifadə edib: "Şahmat sadəcə psixika üçün təhlükəli bir şeydir. Əgər müqavimət üçün daxili gücün olmasa, hər şey dəlixana ilə sonlana bilər. Şahmat bir tələdir. O, insandan daha güclüdür".

Karpovun şahmatın məntiqi düşüncəyə, yaddaşın inkişafına təsiri barədə fikri təqdirəlayiqdir: "Şahmat gücünü düzgün dəyərləndirməyi, təhlil etməyi öyrədir. Hələ şahmatın yaddaşı inkişaf etdirməyini demirəm". Bu fikirlərin kökündə, sözsüz ki, məşhur rus pedaqoqu, yazıçısı Vasili Suxomlinskinin dedikləri durur: "Şahmatsız zehni bacarığın və yaddaşın tam inkişafını təsəvvür etmək mümkün deyil. Şahmat oyunu həyata zehni mədəniyyətin bir elementi kimi daxil olmalıdır". Tam bu iddia ilə də şahmat bu gün Azərbaycanda orta məktəblərin tədris planına daxil edilib.
Şahmatla bağlı fərqli fikirlər olduğu kimi, onun insanların həyatında yeri, rolu, funksiyası da fərqlidir. 8-ci dünya çempionu Mixail Tal bu baxımdan öz təsnifatını verib: "Şahmat hərə üçün bir şeydir. Birisi üçün o incəsənətdir, sistemləşdirməni, məntiqi, dəqiq hesablanmış təhlili dəyərləndirənlər üçün elmdir, üçüncü qrup insanlar üçünsə ilk növbədə, mübarizə, həyəcan, riskdir". İlk dünya çempionu Vilhelm Steynitsə görə "şahmat ruhən zəif insanlar üçün deyil".

Üçüncü dünya çempionu Xose Raul Kapablanka üçün şahmat oyundan daha çox bir şeydir: "Bu, müəyyən artistik keyfiyyətləri və çox sayda elmi elementləri olan intellektual diversiyadır". Dördüncü dünya çempionu Aleksandr Alyoxinə görə "şahmat oyun deyil, incəsənətdir". Mixail Botvinnikin fikrincə, "şahmat təhlil sənətidir". İkinci dünya çempionu Emanuil Lasker isə xələflərindən bir qədər fərqli mövqedə olub: "Əlbəttə ki, öz incə və dərin məzmununa baxmayaraq, şahmat sadəcə oyundur və özünə cəmiyyətin həyati tələbatlarına xidmət edən elm və texnika qədər ciddi münasibət tələb edə bilməz. Onu daha da az fəlsəfə və incəsənətlə müqayisə etmək olar".

20-ci əsrin əvvəllərinin ən güclü şahmatçılarından olan Saveliy Tartakover üçün "şahmat dəqiq hesablanmalara əsaslanan oyundur və bəxt, bəxt və bir daha bəxt tələb edir". Kapablanka da hesab edir ki, "yaxşı oyunçunun həmişə bəxti gətirir".
Təbii ki, qalibin bəxtinin gətirməsinin əsas elementi rəqibin səhvidir. Və bu halda hər kəs ümumiyyətlə həyatda olduğu kimi öz səhvlərindən nəticə çıxartmağı bacarmalıdır. Necə ki, Aleksandr Alyoxin deyir: "Şahmat vasitəsilə mən öz xarakterimi formalaşdırdım. Şahmatı ilk növbədə obyektiv olmağı öyrədir. Şahmatda ancaq öz səhvlərini və çatışmazlıqlarını dərk edərək böyük usta olmaq mümkündür. Həyatda da tam belədir".

Tartakoverin fikrincə, "qalib rəqibindən daha az səhv edəndir". Və onun daha bir deyimi "şahmatda sonuncudan əvvəl səhv edən qalib gəlir" kimi səslənir. Səhvləri "şahmatın duzu" adlandıran Tartakover "səhvlər həmişə onlara yol verilməsini gözləyir", "şahmatda yalnız bir səhv ola bilər: rəqibin düzgün dəyərləndirilməməsi. Qalan şeylər yalnız bəxtsizlik və ya zəiflikdir" deyimlərinin də müəllifidir. Emanuel Lasker isə hesab edir ki, "səhvsiz parlaq qələbələr ola bilməz".

Vüqar İNQİLABOĞLU


Xəbər 613 dəfə oxundu



 
Müəllifin son yazıları

23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot" “uçuşu" nədən xəbər verir?
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi
14.08.2019 Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
20.10.2015 Dünya kubokunun sirləri


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Azad Rəhimovun yolu...
BATI YAR
batyyar@mail.ru
Beynəlxalq ictimaiyyətin başsağlığı məktublarında canlanan obraz
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru