Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/01 | 23:15 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Aniş Giri ilə qarşılaşmanı da heç-heçə başa vurub
17/01 | 21:41 Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına məğlub olub
17/01 | 20:30 Aqil Acalov yenidən Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti seçilib
17/01 | 19:17 “Sabah” klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq
17/01 | 18:16 Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib
17/01 | 17:41 “Pekin-2022” Qış Olimpiya Oyunlarına bilet satışı olmayacaq
17/01 | 16:56 Azərbaycanın futbol hakimində koronavirus aşkarlanıb
17/01 | 16:01 “Sumqayıt” Azərbaycan millisinin sabiq üzvü Andrey Popoviç ilə maraqlanır
17/01 | 15:33 “Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Aniş Giri ilə qarşılaşacaq
17/01 | 14:52 Kapoeyra komandamız Budapeştdə 14 medal qazanıb
17/01 | 14:45 “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
17/01 | 14:27 Futzal üzrə Azərbaycan millisinin rəqibləri yoldaşlıq oyunlarında güclərini sınayıblar
17/01 | 13:13 Yeniyetmə şpaqaçılarımız Slovakiyada “Coupe du Danube 2022” turnirində çıxışlarını başa vurublar
17/01 | 12:44 Tennis üzrə “Australian Open” turniri start götürüb
17/01 | 12:00 Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Gürcüstanda təlim-məşq toplanışı davam edir
17/01 | 11:30 Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatlarındakı nəticələri
17/01 | 11:16 Qadın qılıncoynadanlarımız dünya kuboku yarışında mübarizəni dayandırıblar
17/01 | 11:03 “Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib
17/01 | 10:52 Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək
17/01 | 10:00 Şəhriyar Məmmədyarov növbəti turda da heç-heçə edib
16/01 | 21:08 Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
16/01 | 17:19 Azərbaycan şahmatçısı Çexiyada “Marienbad Open 2022” şahmat festivalında mübarizəyə başlayıb
16/01 | 15:49 Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb
16/01 | 14:14 “Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ikinci turda Andrey Yesipenko ilə mübarizə aparacaq
16/01 | 12:29 “Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib
16/01 | 11:34 Avstraliya məhkəməsi Novak Cokoviçin vizasını ləğv edib
16/01 | 10:00 İngiltərə Premyer Liqası: “Mançester Siti” öz meydanında “Çelsi”ni məğlub edib
15/01 | 21:47 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş blits turnir keçirilib
15/01 | 20:41 Gənclər və idman naziri Fərid Qayıbov cüdo yarışlarını izləyib
15/01 | 19:35 FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibini cəzalandırıb
15/01 | 18:40 Azərbaycan qılıncoynadanı Türkiyədə bürünc medal qazanıb
15/01 | 17:42 Yeniyetmə şpaqaçılarımız Slovakiyada “Coupe du Danube 2022” turnirində qüvvələrini sınayıblar
15/01 | 16:30 “Neftçi” ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuya təklif göndərib
15/01 | 15:55 Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb
15/01 | 14:28 Bu il keçirilməsi nəzərdə tutulan paraatletika üzrə dünya çempionatı ləğv edilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Slovakiya 0 0 0 0 0-0 0
2 Belarus 0 0 0 0 0-0 0
3 Azərbaycan 0 0 0 0 0-0 0
4 Qazaxıstan Moldova 0 0 0 0 0-0 0
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 14 10 3 1 30-8 33
2 Qəbələ 14 7 5 2 23-14 26
3 Neftçi 14 6 4 4 21-19 22
4 Zirə 14 6 4 4 22-16 22
5 Sabah 14 5 2 7 20-23 17
6 Keşlə 14 4 2 8 17-24 14
7 Sumqayıt 14 3 3 8 9-20 12
8 Səbail 14 3 1 10 11-29 10
Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Tarix: 14.09.2021 | Saat: 12:35:00 | E-mail | Çapa göndər
Səkinə Novruzqızı | miss.sekine@mail.ru

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən I MDB oyunlarına sentyabrın 11-də yekun vurulub. Bir həftə davam edən yarışlarda 9 ölkədən 1640 idmançı (14 yaşdan 23 yaşa qədər) 16 növdə 182 medal dəsti uğrunda mübarizə aparıb.

Badminton, basketbol (3X3), boks, cüdo, futzal, stolüstü tennis, stend və güllə atıcılığı, karate, kəmər güləşi, köreş, qadın güləşi, sambo, sərbəst güləş, yunan-Roma güləşi və tayboks yarışlarında ümumilikdə, 118 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları uğurla başa vurub.

İlk yarış günlərində idmançılarımızın çıxışları barədə ötən sayımızda ətraflı məlumat vermişdik.

Sentyabrın 7-də idmançılarımız sambo, stend atıcılığı (dairəvi stend), stolüstü tennis, güllə atıcılığı, futzal və tayboks növlərində mübarizə aparıblar.

Samboçularımızdan Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Toğrul Salmanov (+98 kq) bütün rəqiblərinə qalib gələrək himnimizin eyni zalda və bir gündə üç dəfə səsləndirilməsinə nail olublar. Komanda yoldaşları Rəsul Aydəmirov (98 kq) gümüş, Adil Adilzadə (88 kq) isə bürünc medal qazanıblar.

Kazanda Azərbaycan himninin sədaları Stend atıcılığı mərkəzində də eşidilib. Stend atıcılığının dairəvi stend növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayıb.

Tayboks yarışlarında isə iki idmançımız fəxri kürsüyə qalxıb. 60 kq çəki dərəcəsində Əli Əliyev və 63,5 kq çəkidə Məhər Əsədzadə bürünc medala layiq görülüblər.

Sentyabrın 8-də tayboks və güllə atıcılığı növlərində mübarizəni davam etdirən idmançılarımıza stolüstü tennis və badmintonçularımız da qoşulublar.

İlk olaraq mübarizəyə qoşulan oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə yığma komandalarımız günü bürünc medalla başa vurublar.

Badmintonçularımız ilk iki turda ardıcıl olaraq, Belarus və Özbəkistan idmançılarını eyni hesabla (4:1) məğlub ediblər. Üçüncü turda Ermənistan yığmasına imkan verməyən gənclərimiz 5:0 hesablı təmiz qələbə qazanıblar. Badmintonçularımız qrup mərhələsinin dördüncü turunda Rusiya yığmasına (0:5) məğlub olublar.
Beşinci turda isə Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlməklə turnir cədvəlini ikinci sırada başa vuran millimiz komanda yarışlarında gümüş medala layiq görülüb.

Tayboksçuların mübarizəsində Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb. Rəqibinə məğlub olan Rəvan ikinci yeri tutub.

Qadın tayboksçularımızdan 51 kq çəki dərəcəsində çıxış edən Leyana Sayer finalda belaruslu Albina Posoxla qarşılaşıb. Həlledici mərhələdə rəqibinə məğlub olan idmançımız da gümüş medalla kifayətlənib.

Sentyabrın 9-u mübarizəyə qoşulan cüdoçularımız günü uğurla başa vurublar. Belə ki, Səbinə Əliyeva (52 kq) və Rövşən Əliyev (60 kq) bütün rəqiblərini məğlub edərək oyunların qalibi adını qazanıblar. Əhməd Yusifov (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar. Maraqlıdır ki, 60 kq çəki dərəcəsində Azərbaycan finalı keçirilib. Rövşən qızıl medalı qazanmaq üçün finalda öz komanda yoldaşı Əhmədi məğlub etməli olub. Xatırladaq ki, bu iki komanda yoldaşının beynəlxalq yarışlarda ikinci finalı idi. Bundan öncəki, Almaniya duelindən Əhməd qalib çıxmışdı.

Beləliklə, cüdoçularımız fərdi yarışları yeddi medalla başa vurublar.

Ertəsi gün cüdo üzrə komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq gümüş medalla kifayətlənib.

Karateçilərimiz də həmin gün mübarizəyə fəal başlayıblar və 9 idmançımız bir gün sonra keçirilən medal yarışlarına vəsiqə qazanıb.

Oyunların sonuncu günündə karateçilərimiz və badmintonçularımız medallar uğrunda mübarizə aparıblar.

Karatenin kumite yarışlarında 50 kq çəki dərəcəsində yarışan İnci Əzizova qızıl medal qazanıb. Kumitedə finaladək irəliləyən Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) gümüş medala yiyələniblər.

Kumite yarışlarında digər idmançılarımız Mədinə Sadıqova (55 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq) və Abbas Dadaşov (84 kq) bürünc medal qazanıblar.
Kata yarışlarında Həsənəli Həsənov gümüş, Ceyhun İsmayılov bürünc medala layiq görülüblər. Yekunda karateçilərimiz 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, 9 medal qazanıblar.

Kazanda son medallarımızı yeniyetmə və gənc badmintonçularımız qazanıblar.
Oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub.

Qızların şəxsi yarışında badmintonçumuz Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.

Oğlanların qoşa yarışında Diki Pangestu-Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev-Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma badmintonçularımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Badmintonçularımız müvafiq kateqoriyada gümüş medala yiyələnib.

Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.

Xatırladaq ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.

Bununla da, badmintonçularımızın 1-ci MDB oyunlarında ümumi qazancı 1 qızıl, 3 gümüş və 1 bürünc medal olub.

Beləliklə. Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmsqla, 60 medalla başa vurublar.

Sentyabrın 11-də Kazanda oyunların bağlanış mərasimi keçirilib. Mərasimdə iştirak edən idmançılarımız və nümayəndə heyətimizin digər üzvləri dünən Vətənə qayıdıblar.

Səkinə NOVRUZQIZI

Xəbər 1040 dəfə oxundu



 
Müəllifin son yazıları

07.09.2021 Azərbaycan idmançıları I MDB Oyunlarında uğurla çıxış edirlər
01.12.2020 Bədii gimnastlarımız qitə çempionatında 3 medal qazanıblar
01.12.2020 Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir
17.11.2020 Formula 1 Qran-Prisi 9 illik fasilədən sonra Türkiyədə
03.11.2020 Formula 1-in 2021-ci il təqvimi 23 mərhələdən ibarət olacaq
08.09.2020 Formula 1 2020-ci il üçün son təqvimi təqdim edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
“Unutma, YAŞAT!” və “Qürurla irəli!”
BATI YAR
batyyar@mail.ru
“Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru