Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Tarix: 13.05.2020 | Saat: 07:43:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

Bu gün dünyanın idman həyatı donduğu bir dönəmdə klassik üzbəsurat partiyalarla olmasa belə, internet vasitəsilə rapid və blits müstəvisində şahmat aləmi fəallığını qorumaqdadır, hətta dinamikliyini bir qədər də artırıb.

Doğrudur, belə şəraitdə, əhatəli videonəzarətdə saxlanılan ən mötəbər yarışlar xaricində, digərlərində obyektivliyin, düzgünlüyün nə dərəcədə qorunduğu sual altındadır. Bu səbəbdən də şahmatçıların köməkdən, xüsusilə kompüter proqramlarından istifadəsini minimallaşdırmaqdan ötrü yarışlarda, seanslarda, matçlarda vaxtı da mümkün qədər daraltmağa çalışırlar. Ancaq yenə də, fürsətcillərin vəziyyətdən heç yararlanmayacağına təminat yoxdur.

Hər necə olsa da, pandemiya dövründə sürətli şəkildə şahmat idmanı öz həyatını yaşamaqdadır. Klassik şahmat isə istirahətə qapandığı kimi, onun standart reytinqi də donmuş vəziyyətdədir. Buna görə aprel boşluğu FİDE-nin 1 may reytinqini də bir ay əvvəlki şəklində saxladı. Yenə bir ay əvvəlki kimi şahmatçımız Teymur Rəcəbov 9-cu pillədəki mövqeyini qoruyub (2765). Ön sıralardakı digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov da əvvəlki kimi 11-ci pillədədir (2764). Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar. Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Dinq Liren (2791) ilk üçlükdə qərarlaşıblar.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou İfan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Hampi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) qərarlaşıblar. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə yer alıblar.

Reytinq siyahısı donduğu bir dönəmdə gəlin ona müxtəlif səmtlərdən nəzər salaraq, şahmatın hazırkı durumunu dəyərləndirək, lazım gələndə bir qədər də ötən illərə göz ataq.

İlk olaraq reytinq siyahısının ilk onluğuna nəzər salaq. 10-cu yerdəki niderlandlı Aniş Giri ilə eyni reytinq xalına malik, lakin 11-ci yerdə qərarlaşmış şahmatçımız Şəhriyar Məmmədyarovu da diqqətdən qaçırmayaq. Belə olan halda ilk 11 şahmatçı sırasında təmsil olunan 8 ölkədən 3-ünün daha çox - 2 nümayəndəsini görə bilərik. Bunlar ABŞ (Fabiano Karuana, Uesli So), Rusiya (Yan Nepomnyaşiy, Aleksandr Qrişşuk) və Azərbaycandır (Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov). Digər 5 ölkənin isə burada bir şahmatçısı var: Norveçdən Maqnus Karlsen, Çindən Dinq Liren, Fransadan Maksin Vaşye-Laqrav, Ermənistandan Levon Aronyan və Niderlanddan Aniş Giri.

İlk 20-liyi nəzərdən keçirdikdə burada ən şox ABŞ təmsilçisini görürük. İlk onluqdakılara Lenye Dominges və Hikaru Nakamura qoşulur. Rusiyadan burada əlavə bir ad görürük - Sergey Karyakini. Çin də əlavə iki şahmatçısı ilə (Vanq Hao, Vey Yi) sayını 3-ə çatdırıb Azərbaycanı qabaqlayır. Digər ölkələr isə 20-likdə Azərbaycanı nəinki qabaqlaya, heç ölkəmizə çata da bilmirlər. 20-liyə qoşulan 4 ölkənin hərəsinin burada bir təmsilçisi var: Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan), Yan-Krjijtof Duda (Polşa) və Veselin Topalov (Bolqarıstan).
Bu mənzərə 20-likdə ABŞ-ın - 4, Rusiya və Çinin hərəsinin 3, Azərbaycanın isə 2 təmsilçisinin olduğunu göstərir. Ancaq siyahıya başqa rakursdan baxanda tamam fərqli mənzərə göz önünə gəlir. Bu isə şahmatçının doğum yeri və şahmatçı kimi yetişdiyi mühitdir. Burada ən fərqli mənzərəni yaradan 20-liyin lideri ABŞ-dır. Bu ölkənin adları çəkilən 4 şahmatçısından yalnız biri Birləşmiş Ştatlarda (Mayami, 1992-ci il) doğulub. O da italyan əsilli Fabiano Karuana. O, 13 yaşından 23 yaşınadək (2005-2015-ci illər) İtaliyanı təmsil edib, sonradan yenidən doğulduğu ölkəyə qayıdıb. Uesli So 1993-cü ildə Filippində anadan olub və yalnız 2014-cü ildən sonra ABŞ-a köçərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb.
Lenye Dominges 1983-cü ildə Kubada anadan olub və 2018-ci ildən Ştatları təmsil etməyə başlayıb. Hikaru Nakamura 1987-ci ildə Yaponiyada dünyaya göz açıb və iki yaşında valideynləri ilə anasının vətəninə - ABŞ-a köçüb. Göründüyü kimi bu 4 şahmatçıdan yalnız biri (Karuana) ABŞ-da doğulub. Yalnız Karuana ilə Nakamuranı ABŞ şahmat məktəbinin yetirməsi hesab etmək olar. Bu halda ilk 20-likdə bu ölkədə doğulmaq baxımından yalnız 1, məktəbində yetişmək baxımından isə 2 şahmatçını görə bilirik.

Rusiyanın da siyahıdakı üç şahmatçısından biri transfer olunmuş qrossmeysterdir. 1990-cı ildə Ukraynanın Simferopol şəhərində anadan olmuş Sergey Karyakin şahmatın sirlərinə Ruslan Ponomaryov, Anton Korobov, Katerina Laxno kimi qrossmeysterlər yetişdirmiş Donetsk vilayətində yiyələnib. 19 yaşından (2009-cu il) Rusiya vətəndaşlığına qəbul olunub.

Beləliklə, 20-likdə Rusiya şahmat məktəbinin 2 yetirməsi qalmış olur. Bu halda hər üç təmsilçisi öz yetirməsi olan Çin bu baxımdan 20-liyin liderinə çevrilir. Azərbaycan isə öz şahmat məktəbinin iki yetirməsi ilə 2-ci göstəriciyə şərik ölkələr sırasında yer alır. 20-likdən də kənara çıxıb FİDE-nin reytinq sıyahısının top 100-lüyünə tam baxdıqda, Rusiya burada 24 şahmatçı ilə şəksiz lider olur. ABŞ-ın 10, Çinin 9 təmsilçisi var. 20-liyə yol tapa bilməyən Ukrayna şahmatçıları 100-lükdə 7 təmsilşi ilə 4-cü sıraya çıxıblar.

5 təmsilçili Azərbaycanı başqa qabaqlayan ölkə yoxdur. Ancaq ABŞ-ın siyahıdakı növbəti 6 nümayəndəsinə də baxdıqda, burada da 20-likdəki mənzərə müəyyən dərəcədə təkrarlanır.(Belə ki, 1974-cü ildə Rusiyanın Novokuznetsk şəhərində anadan olmuş Qata Kamski 1989-cu ildən, 1994-cü ildə Polşada doğulmuş Dariuş Sverç 2018-ci ildən ABŞ vətəndaşlığına qəbul ediliblər. Sonuncu ilə yaşıd Rey Robson da anadangəlmə ABŞ vətəndaşlığında olsa da, doğulduğu Quam ABŞ tabeliyində olan, ancaq ABŞ-ın inzibati bölgüsünə daxil olmayan ərazidir.
Ceffri Xionq, Sem Sankland və Samuel Seviana yuxarıda adları çəkilən şahmatçıları istər doğum, istər məktəb baxımından qoşduqda say yenə də yarıya qədər azalır. Ancaq bu halı heç də şahmat dahisi Bobbi Fişerin ölkəsinə mənfi hal kimi yazmaq fikrimiz yoxdur. İstənilən halda ABŞ bu gün dünyanın aparıcı şahmat ölkələrindəndir. Güclü şahmatçıların transferi də ölkədə şahmatın nüfuzunu, şahmata marağı xeyli artırır və gələcəyə də güclü zəmin yaradır. Elə hazırda FİDE-nin reytinqində istər 10, istər 12 yaşlılar arasında olsun, ilk 100-lükdə 13-14 ABŞ şahmatçısının olması atılan addımların səmərəli olduğunu göstərir.

Azərbaycanda isə transfer addımı bir o qədər uğurlu hesab edilə bilməz. Belə ki, elit səviyyəli şahmatçılara malik ölkəmizə dəvət edilən Arkadi Naydiç 2015-ci ilin iyulunda Almaniyanı Azərbaycana dəyişəndə reytinq siyahısında 54-cü idi (2690). Ən maksimal 2018-ci ildə 20-ci yerə qalxa bilib (2736). Hazırda isə 2626 göstərici ilə 152-cidir. Yəni daha uğurlu transfer də etmək olardı.

Onu da qeyd edək ki, Azərbaycan şahmatı indi daha yüksək göstəriciyə malik ola bilərdi. Buna 2014-cü ilin amansız yanvarında Vüqar Həşimovun ölümü imkan vermədi. O illərdə Azərbaycanın 3 şahmatçısı reytinq cədvəlinin yuxarı pillələrində yer alırdı. Ancaq, necə olurdusa, hər üç elit şahmatçımızı eyni vaxtda ilk onluqda görə bilmirdik. Şahmatçılarımızdan biri yüksək pillələrə qalxanda digəri onluqdan uzaqlaşırdı. Onlardan ilk 10-luğa birinci yüksələn 2007-ci ilin oktyabrında Şəhriyar Məmmədyarov olub. Şəhriyar 26 xal artırmaqla, 10-luğa 2754 xalla birdən-birə 4-cü pillədən daxil oldu.

Apreldə növbəti reytinq açıqlamasında artıq Teymur Rəcəbov da orada idi. O, 2747 xalla 7-ci pillədə qərarlaşmışdı. O anda Şəhriyar xalını artırsa da (2757), 6-cı pilləyə enmişdi. Bununla belə, həmin an ilk 7 sırada iki şahmatçımızın olması iki təmsilçi baxımından ən yüksək göstəricimiz olub. 2009-cu ilin noyabrında Vüqar Həşimov 10-luğa daxil olanda (2758-xal, 6-cı yer) artıq orada nə Teymur var idi, nə Şəhriyar. Növbəti ilin martında Şəhriyar 6-cı pilləyə qayıdanda (2760) Vüqar 10-luqdan çıxdı. İyulda 6-dakı Məmmədyarova (2761) Rəcəbov (2748) 10-cu pillədən bircə dəfəlik dəstək çıxdı. 2011-ci ilin martında ilk 12 yerdə 3 şahmatçımız var idi ki, bu da üçlüyümüz üçün birlikdə ən yüksək məqam idi. O zaman Şəhriyar 9-cu (2772), Vüqar 11-ci (2746), Teymur 12-ci (2744) pillədə idi. Növbəti may siyahısında Vüqar Şəhriyarın ardından 10-cu pillədə qərarlaşdı (2760). İyulda dərhal Vüqar, sentyabrda isə Şəhriyar 10-luğu tərk etdilər. 2011-ci ilin noyabrından 2013-cü ilin aprelinədək Teymur əvvəl ardıcıl 4-dəfə 5-ci pillədə, ardından isə növbəti 10 siyahıda 4-cü pillədə oldu. Və bunların son 6-sında Rəcəbov özünün ən yüksək reytinq göstəricisinə malik oldu - 2793. Bu dönəmdə əvvəlcə Vüqar 1-dəfə 10-cu yerdən, sonra isə Şəhriyar 9 və ya 10-cu pillələrdən 5 dəfə ilk 10-luqda Teymura qoşuldu.

Vüqar Həşimov reytinq siyahısında sonuncu dəfə 2013-cü ilin martında 19-cu pillədə göründü. 2014-cü ilin yanvarında isə istedadlı şahmatçımız dünyasını dəyişdi.

Teymur 6 ildən çox müddətdə 10-luğa yol tapa bilmədi. Bu arada 2013-2014-cü illərdə daha 4 dəfə 10-luqda olan Şəhriyar 2 il yarımdan sonra yenidən yüksək sıralara qayıtdı və 2017-ci ilin iyulundan ta ötən ayadək ilk onluqda qalaraq karyerasının ən möhtəşəm dönəmini yaşadı. 2017-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək ardıcıl 14 dəfə dünyanın 3 ən güclü şahmatçısı sırasında yer alan Məmmədyarov 3 dəfə (fevral-aprel 2018-ci il) Maqnus Karlsendən sonra 2-ci oldu. 2018-ci ilin sentyabrında Şəhriyar özünün ən yüksək reytinq göstəricisinə çatdı - 2820.

Şəhriyarla Teymuru ilk onluqda bir yerdə biz bir də son noyabr, dekabr, fevral və mart siyahılarında gördük. Hazırda 9-cu olan Rəcəbovun və 11-ci olan Məmmədyarovun sürətli onlayn şahmatlı pandemiya dövründən sonra reytinq siyahısında necə yerdəyişməsini biz kütləvi yarışlara qadağalar aradan götülüləndən və klassik şahmata qayıdışdan sonra görəcəyik. Kimin o zaman hansı vəziyyətdə olması isə bu çətin dövrü necə keçirməsindən və başa vurmasından asılı olacaq.

Vüqar İnqilaboğlu

Xəbər 4243 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
26.08.2020 “Şahmat həyatdır
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi
14.08.2019 Öndəki dünya kubokuna geridəki illərdən bir baxış


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru