Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/03 | 11:35 “Avro-2024”: İkinci tur çərçivəsində daha səkkiz oyun keçiriləcək
27/03 | 10:13 “Avro-2024”: Bu gün Azərbaycan millisi İsveç yığmasının qonağı olacaq
27/03 | 08:39 Qara Qarayev: "Qalatasaray" ilə avrokuboklarda qarşılaşmağı çox istərdik
27/03 | 08:34 Velosipedçimiz "Syedra Ancient City" yarışında doqquzuncu olub
27/03 | 08:33 Azərbaycan idmançıları Marneulidə ustad dərsi keçiblər
27/03 | 08:32 Azərbaycanlı karateçilər Avropa çempionatında 8 medal qazanıblar
26/03 | 20:47 “Qarabağ” – “Qalatasaray” xeyriyyə oyunu başlayıb
26/03 | 19:33 “Qarabağ” və “Qalatasaray”ın xeyriyyə oyunu üçün start heyətləri açıqlanıb
26/03 | 19:32 “Gəncə” basketbol üzrə Azərbaycan Kubokunun qalibidir
26/03 | 19:31 “Qarabağ” ilə “Qalatasaray”ın prezidentləri Şəhidlər xiyabanını ziyarət ediblər
26/03 | 16:07 Zlatan İbrahimoviç Azərbaycan ilə oyunu buraxa bilər
26/03 | 16:06 Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinal oyunlarının vaxtı dəqiqləşib
26/03 | 11:24 Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına yekun vurulub
26/03 | 11:23 Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib
26/03 | 11:21 “Avro-2024”: seçmə mərhələdə ilk tura yekun vurulub
26/03 | 11:20 “Qalatasaray” klubu Bakıya gəlib
25/03 | 20:29 Qurban Qurbanov: Dostluq və qardaşlıq oyununa hazırlaşırıq
25/03 | 20:28 Andrea Stella: Bakı mərhələsi üçün yeniliklər perspektivli görünür
25/03 | 20:27 Qara Qarayev: “Qalatasaray”ı qonaq etmək ölkə futbolu üçün əlamətdar hadisədir
25/03 | 20:24 “Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb
25/03 | 20:23 Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq
25/03 | 20:22 Gənclər və yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
25/03 | 20:21 Qol güləşçiləri ümumrespublika turnirində güclərini sınayacaqlar
25/03 | 07:58 Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək
25/03 | 07:57 Yunan-Roma güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşırlar
25/03 | 07:50 “Turan Tovuz” futbol klubu Şəhriyar Əliyevlə müqaviləni yeniləyib
25/03 | 07:48 İki karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
25/03 | 07:47 Belçika və Serbiya “Avro-2024”də ilk qələbələrini qazanıblar
25/03 | 07:46 Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
25/03 | 07:45 Avstriya - Azərbaycan matçının birinci hissəsi başa çatıb
25/03 | 07:45 Bu gün Azərbaycanın U-19 millisi yunanıstanlı həmyaşıdları ilə qarşılaşacaq
24/03 | 19:40 Cüdoçumuz Turan Bayramov Tbilisidə qızıl medal qazanıb
24/03 | 18:19 Cüdoçumuz Turan Bayramov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib
24/03 | 13:24 Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib
24/03 | 13:21 Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 21 18 3 0 55-12 57
2 Sabah 21 16 4 1 49-13 52
3 Neftçi 21 14 2 5 38-21 44
4 Zirə 21 9 5 7 25-28 32
5 Qəbələ 21 7 6 8 24-25 27
6 Turan-Tovuz 21 5 5 11 15-27 20
7 Şamaxı 21 3 7 11 17-33 16
8 Sumqayıt 21 3 6 12 13-36 15
9 Kəpəz 21 2 8 11 19-39 14
10 Səbail 21 3 4 14 15-36 13
 Haqqımızda

www.idman.com.az saytı Azərbaycan Respublikası Gənclər Nazirliyi ilə “İdman” qəzetinin birgə layihəsidir.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti Azərbaycanda ən böyük tarixi olan idman nəşridir. 80 illik tarixə malik olan qəzet həm də Azərbaycan mətbuatının ən qocamanlarından sayılır.


1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” adı altında işıq üzü görmüş qəzet ötən müddət ərzində Azərbaycan idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rol oynamışdır.


Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunmuşdur.


İkinci dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib–batmış və ya məhv olmuşdur.


İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur.


"İdman" qəzetinin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə "İdman" qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq etmiş və redaksiya ilə daimi əlaqə saxlamışlar. "İdman"da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport", "Futbol-hokkey" və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləmişlər.


1941-ci ilədək qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada "Sovetski Sport"un futbol şöbəsinin redaktoru olmuşdur. "İdman" qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar "Sovetski Sport"da həmin vəzifəni daşımışdır. Vaxtilə "Kommunist", "Azərbaycan gəncləri" və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz "İdman"da atmışlar.


Qəzetin yetirməsi olan jurnalistlər bü gün də ölkəmizin bir çox telekanallarında və dövrü mətbuatda uğurla çalışırlar.


Vaxtilə "İdman" qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunaraq nəinki Azərbaycanın hər yerində, həm də respublikanın hüdudlarından kənarda da yayılmışdır. Hazırda həftədə bir dəfə, 2000 tirajla çap olunur.


Müxtəlif vaxtlarda qəzetə Əməkdar jurnalistlər, mərhum Mirpaşa Miriyev və Aqşin Kazımzadə, mərhum jurnalistlər Oqtay Atayev, Arif Şəfizadə, eləcə də Əməkdar jurnalist Oqtay Bayramov, Vaqif Əfəndiyev, Toğrul Bağırov rəhbərlik ediblər.


2000-ci ildən qəzetin baş redaktoru Əməkdar jurnalist Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa qəzetin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə layihəsi olan tam rəngli, nəfis tərtibatlı idman jurnalı da işıq üzü görür.

  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru