Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə axşamı, 21 noyabr 2024, 13:20:28  
 
  

                        
logo-veb
 Xəbərlər
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
17/11 | 20:57 AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
16/11 | 23:25 Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar
16/11 | 20:33 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
15/11 | 20:31 Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
15/11 | 19:39 Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
15/11 | 16:26 Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazanıblar
14/11 | 11:08 İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
12/11 | 19:09 Azərbaycan təmsilçisi kəmər güləşi üzrə dünya çempionatında gümüş medal qazanıb
12/11 | 12:48 Azərbaycan güləşçisi Çində kəmər qazanıb
10/11 | 10:19 Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb
08/11 | 17:24 Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıblar
08/11 | 14:22 Azərbaycan kikboksçusu Yunanıstanda Avropa çempionatında iki qızıl medal qazanıb
07/11 | 23:40 UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb
07/11 | 09:37 Dünya birinciliyində uğurla çıxış etmiş gənc boksçular vətənə qayıdıblar
06/11 | 18:23 Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb
06/11 | 18:01 Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
06/11 | 14:49 Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib
06/11 | 10:38 Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionatında qızıl medal qazanıb
05/11 | 11:46 Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub
05/11 | 09:31 Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
04/11 | 20:28 Voleybol üzrə Azərbaycan Kubokunun qalibləri mükafatlandırılıb
04/11 | 11:36 Azərbaycan badmintonçusu İndoneziyada bürünc medal qazanıb
03/11 | 13:24 Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
03/11 | 10:46 Dənizkənarı Milli Parkda “Qələbə qaçışı”nın qalibi müəyyənləşib
02/11 | 19:44 Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazanıb
31/10 | 13:46 Azərbaycanın gənc boksçulardan ibarət millisi tarixi uğura imza atıb
31/10 | 09:19 Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazana bilər
30/10 | 21:53 Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
30/10 | 21:27 Dünya çempionatında qızıl medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
30/10 | 21:13 Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb
30/10 | 18:42 Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb
30/10 | 17:41 Cüdo üzrə Bakı çempionatında ilk günə yekun vurulub
Digər xəbərlər 
 Haqqımızda

www.idman.com.az saytı Azərbaycan Respublikası Gənclər Nazirliyi ilə “İdman” qəzetinin birgə layihəsidir.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti Azərbaycanda ən böyük tarixi olan idman nəşridir. 80 illik tarixə malik olan qəzet həm də Azərbaycan mətbuatının ən qocamanlarından sayılır.


1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” adı altında işıq üzü görmüş qəzet ötən müddət ərzində Azərbaycan idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rol oynamışdır.


Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunmuşdur.


İkinci dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib–batmış və ya məhv olmuşdur.


İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur.


"İdman" qəzetinin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə "İdman" qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq etmiş və redaksiya ilə daimi əlaqə saxlamışlar. "İdman"da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport", "Futbol-hokkey" və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləmişlər.


1941-ci ilədək qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada "Sovetski Sport"un futbol şöbəsinin redaktoru olmuşdur. "İdman" qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar "Sovetski Sport"da həmin vəzifəni daşımışdır. Vaxtilə "Kommunist", "Azərbaycan gəncləri" və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz "İdman"da atmışlar.


Qəzetin yetirməsi olan jurnalistlər bü gün də ölkəmizin bir çox telekanallarında və dövrü mətbuatda uğurla çalışırlar.


Vaxtilə "İdman" qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunaraq nəinki Azərbaycanın hər yerində, həm də respublikanın hüdudlarından kənarda da yayılmışdır. Hazırda həftədə bir dəfə, 2000 tirajla çap olunur.


Müxtəlif vaxtlarda qəzetə Əməkdar jurnalistlər, mərhum Mirpaşa Miriyev və Aqşin Kazımzadə, mərhum jurnalistlər Oqtay Atayev, Arif Şəfizadə, eləcə də Əməkdar jurnalist Oqtay Bayramov, Vaqif Əfəndiyev, Toğrul Bağırov rəhbərlik ediblər.


2000-ci ildən qəzetin baş redaktoru Əməkdar jurnalist Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa qəzetin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə layihəsi olan tam rəngli, nəfis tərtibatlı idman jurnalı da işıq üzü görür.

  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru