Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
09/08 | 14:45 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum olub
09/08 | 13:00 Andrea Pirlo “Yuventus”un yeni baş məqçisi təyin olunub
09/08 | 11:47 UEFA Çempionlar Liqasının dörddəbir finalçıları məlum olub
09/08 | 10:22 Ümumdünya Şahmat Olimpiadası: 3-cü divizionun oyunları davam edir
09/08 | 09:00 Türkiyə ilə dostluq görüşündə Azərbaycan komandası üstünlüyü ələ alıb
08/08 | 21:35 Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək - VİDEO
08/08 | 18:26 Şahmat üzrə şirkətlərarası ilk dünya çempionatı keçiriləcək
08/08 | 17:42 “Rally Estonia” avtomobil yarışları sentyabr ayında baş tutacaq
08/08 | 16:50 Sədərək rayonunda ümumtəhsil məktəbliləri arasında velosiped idman yarışı üzrə birincilik keçirilib
08/08 | 15:20 Avqustun 12-də futbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq
08/08 | 14:36 Karateçilərimizin birinci MDB Oyunlarında böyük uğurlar qazanacaqlarına inanırıq
08/08 | 13:32 Azərbaycan Premyer Liqasında transfer pəncərələrinin vaxtı müəyyənləşib
08/08 | 12:53 Şahmatçımız Qədir Hüseynov “World Open” beynəlxalq turnirində uğurla mübarizə aparır
08/08 | 12:04 Xanlar Kazım oğlu Qurbanov
08/08 | 11:18 Bu gün Azərbaycan və Türkiyə milli komandaları arasında şahmat üzrə dostluq görüşü start götürəcək
08/08 | 10:40 Ümumdünya Şahmat Olimpiadası: üçüncü divizionda ilk günün qarşılaşmaları keçirilib
07/08 | 21:13 “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüşün qonağı beşqat dünya çempionu Rafael Ağayev olub
07/08 | 20:04 “Sent-Etyen”in futbolçusunda koronavirus aşkarlanıb
07/08 | 19:13 “Keşlə” ukraynalı futbolçu ilə müqavilə imzalayıb
07/08 | 18:30 “Səbail” klubu braziliyalı müdafiəçisi ilə yollarını ayırıb
07/08 | 17:32 Lənkəran və Sədərək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
07/08 | 16:23 “Qarabağ”ın sabiq qapıçısı Super Liqa klubu ilə anlaşıb
07/08 | 15:53 XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib
07/08 | 14:34 MBA: “Miluoki Baks” Şərq konfransında liderliyini möhkəmləndirib
07/08 | 14:00 Dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib
07/08 | 13:40 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
07/08 | 13:22 İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
07/08 | 12:43 “Qarabağ” klubu “Sabah” ilə yoxlama oyununda gücünü sınayacaq
07/08 | 12:34 Futbol klublarımız Qəbələdəki hazırlığı başa vurublar
07/08 | 12:21 UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub
07/08 | 11:32 “Sumqayıt” yeni məşqçi ilə razılaşdı
07/08 | 10:12 Caner Erkin “Beşiktaş”dan ayrılıb
07/08 | 09:54 Balkan yarımarafonu üzrə çempionat Zaqrebdə keçiriləcək
06/08 | 23:21 “İdman ili”nin qəhrəmanları
06/08 | 21:32 Finlandiyalı sürücüsü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Tarix: 14.08.2019 | Saat: 19:38:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

Sentyabrın 9-da Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının iştirakı ilə FİDE-nin növbəti dünya kuboku yarışı start götürəcək. Bu günlərdə yarışların püşkatması olub.

mədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli amerikalı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla qarşılaşacaqlar.

128 zəka sahibi Xantı-Mansiyskdə baş mükafatla yanaşı, namizədlərin gələn il keçiriləcək turnirinə iki vəsiqə və 1 milyon 600 min dollar mükafat fondu uğrunda (bunun 110 mini qalibə çatacaq) mübarizə aparacaq.

Dünya kuboku ərəfəsində bu yarışların tarixinə və Azərbaycan şahmatçılarının onlarda iştirakı tarixinə nəzər salmaq maraqlı olardı.

Ümumiyyətlə, şahmatçıların dünya kuboku öz tarixini 1988-ci ildən götürür. İlk yarışdan ilyarım öncə - 1986-cı ilin noyabr-dekabr aylarında FİDE-nin Dubayda keçirilən 52-ci konqresi zamanı dünya çempionu Harri Kasparovun başçılığı ilə bir qrup qrossmeyster Qrossmeysterlər Assosiasiyasının yaradılmasını və dünya kuboku yarışını keçirməyi təklif etdi. FİDE-nin baş assambleyası təşkilatın İcraiyyə Komitəsinə qısa müddətdə bu məsələ ilə bağlı qərar çıxarmağı tapşırdı. FİDE İcraiyyə Komitəsinin növbədənkənar toplantısı 1987-ci ilin 13-15 fevral tarixlərində Brüsseldə keçirildi. Eyni zamanda Belçika paytaxtında assosiasiyanın təşəbbüskarları olan Oyunçular Şurası (Kasparov, Timman, Karpov, Lyuboeviç, Seyrevan, Nann və Portiş) toplandı. Fevralın 15-də toplantıda Oyunçular Şurasının Qrossmeysterlər Assosiasiyasına çevrilməsi və onun rəhbərliyi ilə turnirlər seriyası formatında dünya kuboku yarışlarının keçirilməsi qərarı verildi. Yarışların iki il ərzində keçirilməsi və sonra növbəti seriyaya qədər bir il fasilə verilməsi nəzərdə tutulurdu.

İlk dünya kuboku 1988-ci il aprelin 1-dən 1989-cu il sentyabrın 3-dək keçirildi. Yarışa 12 ölkədən 25 ən güclü qrossmeyster qatıldı. Qaydalara əsasən hər iştirakçı 6 turnirdən 4-də iştirak edirdi və onun 3 ən yaxşı nəticəsi hesaba alınırdı. Bu sistem sonralar startını məhz Bakıda Vüqar Həşimovun qələbəsi ilə verən Qran-Pri seriyalarında tətbiq edilməyə başladı.

Brüsseldə (01-22.04.1988) keçirilən ilk mərhələdə Anatoli Karpov qalib oldu. Kasparov yarışa Belforda (12.06-05.07.1988) qatıldı və həmin mərhələnin, eləcə də növbəti Reykyavik (03-27.10.1988) mərhələsinin birincisi oldu. Barselonada (30.03-20.04-1989) yuqoslaviyalı Lyuboyeviç Kasparovu qabaqladı. Rotterdamda (01-24.06) yenidən Karpov Kasparovsuz mərhələnin qalibi oldu. Və nəhayət Şellefteoda (12.08-03.09) Kasparov və Karpov şərikli ən yüksək nəticəni göstərdilər. Beləliklə, bütün mərhələlərin yekununa görə Kasparov 1-ci, Karpov 2-ci və Salov 3-cü oldular. İlk dünya kuboku şahmat tarixinin ən əhəmiyyətli turnirlərindən biri kimi tarixə düşdü.

1991-1992-ci illərdə ikinci dünya kubokunun seçmə yarışları və ilk turniri keçirildi. Bundan sonra yarışlar maliyyə və təşkilati məsələlər səbəbindən dayandırıldı.
Şahmatçıların dünya kuboku yarışlarında yeni mərhələ FİDE-nin təşkilatçılığı ilə 2000-ci ildə başladı. İlk yarış həmin ilin 1-13 sentyabrında Çinin Şenyanq şəhərində keçirildi. 24 iştirakçı ilə 4 qrupda başlayan və sonra 1/4 finaldan pley-offla davam edən yarışın finalında hindistanlı Vişvanatan Anand rusiyalı Yevgeni Bareyevə qalib gəldi (1,5:0,5).

2002-ci ilin 9-22 oktyabrında Hindistanın Heydərabad şəhərində eyni sistemlə keçirilən ikinci yarışda yenə də Anand fərqləndi. Bu dəfə o, finalda eyni hesabla özbəkistanlı Rüstəm Qasımcanovu üstələdi. Bu yarış müstəqil Azərbaycanın Dünya kuboklarında startı kimi əlamətdar oldu. 15 yaşlı Teymur Rəcəbov "B" qrupunda 3 xalla gürcüstanlı Zurab Azmayparaşvili, ABŞ təmsilçisi Aleks Yermolinski və cənubi afrikalı Vatu Kobeseni qabaqlasa da, onunla eyni xal toplayan rusiyalı Sergey Rublyovski əlavə göstəricilərə görə qrup ikincisi və Aleksey Dreyev yarım xal üstünlüklə birinci olaraq pley-offa adladılar. Teymur isə qrupda üçüncü olaraq yarışda iştirakını dayandırdı.

İndiki formatda - 128 iştirakçılı ilk dünya kuboku 2005-ci ildə keçirildi və bundan sonra yarışlar ənənəvi iki ildən bir təşkil olundu. İlk dörd yarışın hamısı Xantı-Mansiyskdə keçirildi. 2013-cü ildə Norveçin Tromsö şəhərində keçirilən dünya kubokunun 2015-ci ildəki ünvanı Bakı oldu. Son yarış isə iki il öncə Gürcüstan paytaxtı Tbilisidə keçirilib.

Azərbaycan Respublikasını FİDE-nin dünya kuboklarında indiyədək 8 şahmatçı təmsil edib. Azərbaycanı bu yarışlarda ən çox təmsil edən şahmatçı Teymur Rəcəbovdur. Qrup mərhələli 2002-ci il yarışını da nəzərə almaqla, Teymur 8 dəfə dünya kubokuna qatılıb. 128 iştirakçılı bütün yarışlara qatılmış Şəhriyar Məmmədyarov dünya kuboklarında 7 dəfə iştirak edib. Rauf Məmmədov 3 dəfə, Vüqar Həşimov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli hərəyə 2 dəfə, Namiq Quliyev 1 dəfə bu yarışlara qatılıb. Azərbaycan komandasının ən geniş tərkibi 4 il öncə Bakıda keçirilmiş dünya kuboku yarışında olub. Bu turnirə ev sahibinin 6 qrossmeysteri qatılıb - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli. 4 il ondan öncə Xantı-Mansiyskdə isə 5 şahmatçımız var idi. Bakı heyətindən fərqli olaraq, burada Eltac, Qədir və Vasif yox idilər. Əvəzində turnirə Bakıdan Vüqar Həşimovla Namiq Quliyev də getmişdilər.

Azərbaycan şahmatçılarının dünya kuboklarında ən yüksək nəticəsi 1/4 finalda iştirak olub. 3 aparıcı şahmatçımız ümumilikdə 5 dəfə bu mərhələyədək yüksələ biliblər. Ancaq bunların sırasında Vüqar Həşimovu xüsusi qeyd etmək lazımdır. Belə ki, Vüqar dünya kuboklarında hər iki iştitakında da (2009, 2011) ilk səkkizliyə daxil olub. Yəni, bu, Vüqarın həmin yarışlarda ən yaxşı nəticəsi olmaqla yanaşı, elə ən aşağı göstəricisi də olub. Maraqlıdır ki, Vüqarın yarımfinal yolunu hər iki halda ukraynalı şahmatçı Ruslan Ponomaryov kəsib.

Şəhriyar Məmmədyarov dünya kuboklarında 7 iştirakından 2-sində ilk səkkizliyə daxil olub. Maraqlıdır ki, Şəhriyarın da hər iki halda yolunu Ukrayna şahmatının yetirməsi kəsib. Sergey Karyakin bunu 2009-cu ildə Ukrayna, 2015-ci ildə isə Rusiya bayrağı altında edib.

Maraqlıdır ki, Teymur Rəcəbovu da 1/4 finalda dayandıran Ukrayna şahmatçısı olub. 2011-ci ildə Teymur Vasili İvançuka yenilib.

Beləliklə, Azərbaycan şahmatçılarının dünya kuboklarında yarımfinal yolunda keçilməz səddinin bütün hallarda Ukrayna şahmatının nümayəndələri (bir halda Rusiya vətəndaşı olan ukraynalı) olduğu faktı üzə çıxır.

Digər şahmatçılarımıza gəldikdə, Qədir Hüseynovun ən yaxşı çıxışı 2015-ci ildə Bakıda 1/16 finala qatılması, Eltac Səfərlinin 2013-cü ildə, Rauf Məmmədovun 2015-ci ildə bir mərhələ adlaması olub. Vasif Durarbəyli və Namiq Quliyev dünya kuboklarında mərhələ adlaya bilməyiblər.

Builki beşliyimizə nəzər salsaq, alman komandasının üzvü kimi təcrübəsi olsa da, Arkadi Naydiçin Azərbaycan təmsilçiliyi ilə ilk dəfə yarışlara qatılacağını, Nicat Abbasovun da debüt edəcəyini görərik.

Vüqar İNQİLABOĞLU
Xəbər 802 dəfə oxundu



 
Müəllifin son yazıları

13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot" “uçuşu" nədən xəbər verir?
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi
20.10.2015 Dünya kubokunun sirləri
30.01.2012 FİDE-nin seçim meyarları Bakıya nə vəd edir?
17.05.2011 Şahmatın gənclik və nüfuz reytinqləri


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru