Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
Tarix: 11.10.2002 | Saat: 12:53:00 | E-mail | Çapa göndər
- Möhtərəm cənab prezident!
- Hörmətli qonaqlar!
- Xanımlar və cənablar!
Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının on ili tamam olur. Müasir olimpiya hərəkatının və olimpiya oyunlarının tarixi ilə müqayisədə on il böyük müddət deyildir. Buna baxmayaraq, belə qısa müddətdə idmançılarımız olimpiya oyunlarında müstəqil Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuş, onun şan-şöhrətini artırmışlar. Eyni zamanda, Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.
Müasir dünyada idmançıların olimpiya oyunlarındakı nəticələri, olimpiya hərəkatında fəal iştirakı hər hansı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, eyni zamanda, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında mühüm rol oynayır. Ona görə də hər bir dövlət öz idmançılarının olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir.
İdmançılarımızın olimpiya oyunlarında iştirakı 1952-ci ildən başlanmışdır. Bizim ilk olimpiya medalımız da elə həmin ildə qazanılmışdır. Bu, heç də Azərbaycanda idmanın inkişafının başlanğıc tarixi deyildir. Hamıya məlumdur ki, Azərbaycan qədim idman ənənəsi olan bir ölkədir. Tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, Azərbaycanda eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdı. Azərbaycanın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında bu barədə dönə-dönə danışılır. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda məşhur olmuşdur. Ölkəmizdə qədim tarixə malik idman növlərindən biri də güləşdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Əksinə, onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə xaos, anarxiya, hərc-mərclik, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü. 1990-1993-cü illərdə idmanımız da başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü, onlardan təyinatı üzrə istifadə olunmurdu, idman avadanlığı dağıdılırdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. Azərbaycan Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilmədi.
Möhtərəm Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. 1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq respublikada olimpiya hərəkatının vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəldilər. Respublika Prezidenti qonaqları qəbul etdi. Bu qəbulda Azərbaycanda olimpiya hərəkatının real vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.
Təbii ki, Milli Olimpiya Komitəsinin fəaliyyəti respublikanın idman ictimaiyyətini, idmançıları qane etmirdi. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində mövcud vəziyyət geniş müzakirə olundu və Baş Məclis Milli Olimpiya Komitəsinin yeni rəhbər orqanlarını seçdi.
Yeni heyət fəaliyyətinin ilk günlərində Azərbaycanda Olimpiya hərəkatının real vəziyyətini təhlil etdi, mövcud problemləri aşkara çıxardı, işə əngəl törədən amilləri müəyyənləşdirdi və onları aradan qaldırmaq üçün tədbirlər görməyə başladı. Bütün bunlar nə qədər çətin olsa da, qarşıya qoyulan vəzifələr yerinə yetirildi, Milli Olimpiya Komitəsinin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yaradıldı. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin adı beynəlxalq olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu, bir tərəfdən MOK-un ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin olimpiya hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.
Ən böyük uğuru idmançılarımız Sidney Olimpiya Oyunlarında qazandılar. Zemfira Meftahəddinova stend atıcılığı, Namiq Abdullayev sərbəst güləş üzrə gərgin idman mübarizəsi şəraitində qızıl medal qazanıb olimpiya çempionu oldular. Gənc idmançımız Vüqar Ələkbərov isə boks yarışlarında bürünc medal əldə etdi. Bundan əlavə, daha səkkiz idmançımız fəxri diplomlarla təltif olundu. Rəsul Səlimov və Ruslan Xairov 5-ci, İslam Duquçiyev 6-cı, Elçin İsmayılov, Zülfiyyə Hüseynova, Natiq Eyvazov, Şamil Əfəndiyev 7-ci, Elxan Süleymanov 8-ci yerləri tutaraq, Azərbaycanın həqiqətən güclü idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdilər.
Atlanta Olimpiya Oyunlarında müstəqil dövlət kimi ilk dəfə iştirakımız tarixə bir gümüş medal ilə yazılmışdısa, Sidneydə ikinci dəfə təmsil olunmağımız 2 qızıl və 1 bürünc medalla nəticələndi. Atlantada 198 ölkə arasında 61-ci olan Azərbaycan komandası, Sidneydə 199 ölkə arasında 34-cü yeri tutdu, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, çox yüksək nəticədir. Təsadüfi deyil ki, Sidney oyunlarının bağlanış mərasimində olimpiya stadionunda Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Xuan Antonio Samaranç idmançılarımızın bu qələbəsi münasibətilə Respublika Prezidentinə təbrik teleqramı göndərdi.
Azərbaycan idmançılarının Sidneydəki qələbələri hər birimizin qəlbində böyük sevinc və iftixar hissi oyatdı. Vətən öz olimpiyaçılarını böyük məhəbbətlə qarşıladı. Azərbaycan Prezidenti Heydər Əliyev olimpiyaçıları qəbul etdi və idmançılarımızın Sidneydəki çıxışlarını yüksək qiymətləndirdi. Olimpiya çempionlarımız Zemfira Meftahəddinova, Namiq Abdullayev, onların məşqçiləri Hafiz Cəfərov, Vahid Məmmədov, sərbəst güləş üzrə yığma komandanın məşqçisi Yaqub Məmmədov “Şöhrət” ordeni, Olimpiya oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov, onun məşqçisi Rəşid Məmmədov, boks üzrə yığma komandanın baş məşqçisi Rauf Cabbarov “Tərəqqi” medalı ilə təltif olundular. Bütün idmançılarımız mükafatlar aldılar.
Sidney oyunları zamanı Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra tədbirlərin təşkilatçısı oldu. Biz Sidneydə “Azərbaycan günü” keçirdik. “Azərbaycan günü”ndə qonaqlara ölkəmizin ictimai-siyasi vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edənlər ölkəmizin iqtisadi, ictimai, mədəni və idman həyatı ilə tanış oldular.
Milli Olimpiya Komitəsi həmişə mədəniyyətimizi, incəsənətimizi təbliğ etməyə çalışmışdır. Biz hələ 1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Oyunları uşaqların gözü ilə”, sonra “Olimpiya, incəsənət, idman - 2000” beynəlxalq müsabiqələrinə qoşulmuşduq.
Milli Olimpiya Komitəsi rəhbərliyinin Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samarançla, Avropa Olimpiya Komitəsinin, 2001-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqla keçirdiyi çoxsaylı görüşlərdə respublikada olimpiya hərəkatının, idmanın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Avropa Olimpiya Komitəsinin 2000-ci ilin noyabrında Varşavada keçirilən 29-cu Baş Assambleyasında cənab Jak Roq öz çıxışında olimpiya hərəkatında fəal mövqe tutan ölkələr sırasında Azərbaycanın da adını çəkdi. O, Azərbaycan idmançılarının Sidney oyunlarında qazandıqları böyük nailiyyətlərin respublikada olimpiya hərəkatına və idmana hərtərəfli qayğının nəticəsi olduğunu qeyd etdi. Jak Roq yeni olimpiya komplekslərinin tikintisi, idmançıların sosial problemlərinin həllinə qayğı və kütləvi idman sahəsindəki fəaliyyətimizi yüksək qiymətləndirdi.
2001-ci ilin aprelində Bakıda Avropa Olimpiya Komitəsinin iclası keçirildi. Avropa Olimpiya Komitəsinin üzvləri respublikamızda olimpiya hərəkatının inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldular. Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin Bakıdakı iclasında Jak Roqun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə namizədliyi irəli sürürdü.
Azərbaycan Milli Olimpiya Komitəsinin keçdiyi 10 ilə nəzər saldıqda, bu müddətin qısa olmasına baxmayaraq, onun iki mərhələyə bölündüyü açıq-aşkar hiss olunur: 1992-1997 və 1997-2002-ci illər. Bu mərhələlər zaman etibarilə bərabər olsa da, görülən işlər baxımından bir-birindən çox kəskin fərqlənir. Lakin onları müqayisə etmək, bu fərqin səbəbini araşdırmaq indi o qədər də vacib deyildir. Vacib olanı odur ki, son beş ildə əldə edilmiş uğurlarla kifayətlənməmək, onları daim artırmaq, Azərbaycanda idmanın, olimpiya hərəkatının mütəmadi inkişafına nail olmaq lazımdır. Milli Olimpiya Komitəsi son beş ildə öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurmuşdur.
İdmançıların, məşqçilərin, veteranların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmişdir və 1998-2002-ci illərdə 3 milyard manat məbləğində təqaüd vermişdir. Olimpiya təqaüdləri idmançıları daha çox məşq etməyə, qələbə uğrunda mübarizəyə həvəsləndirdi. 1998-ci ildən Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər sürətlə artmağa başladı. 1997-2001-ci illərdə Azərbaycan idmançıları 803 medal, o cümlədən 289 qızıl, 218 gümüş, 286 bürünc medal qazanmışlar.
Medalların sayındakı artım qeyri-olimpiya idman növlərində də özünü aşkar göstərir. Bunun səbəblərindən biri odur ki, Milli Olimpiya Komitəsi respublikada idmanın qeyri-olimpiya növlərinin inkişafına da yardım edir. Karate, bodibildinq, pauerliftinq, uşu, kikboksinq, alpinizm, şahmat və bir çox başqa idman növlərindən atletlərin müxtəlif yarışlarda iştirakı təmin edilmiş, bu növlər üzrə federasiyaların işinə kömək göstərilmişdir. 1999-cu ildə Milli Olimpiya Komitəsi Azərbaycan alpinistini Everest zirvəsini fəth etmək üçün təşkil olunmuş beynəlxalq ekspedisiyanın tərkibinə daxil etdi. Ekspedisiyanın iştirakçıları Everest zirvəsinə Azərbaycan bayrağını sancdılar.
Milli Olimpiya Komitəsi 1998-ci ildə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ilk dəfə olaraq Yeniyetmələrin Respublika Oyunlarını keçirmişdir. Oyunların gedişi göstərdi ki, bu tədbirin ənənə şəklinə salınması məqsədəuyğundur. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildə Yeniyetmələrin II Respublika Oyunları təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev hər iki tədbirin təntənəli açılış mərasimində iştirak etdi.
Ümumiyyətlə, Milli Olimpiya Komitəsi yeniyetmələr arasında istər ölkədaxili, istərsə də beynəlxalq yarışlara xüsusi diqqət verir. 1998-ci ildə Moskvada Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında, 1999-cu ildə Danimarkanın Esbyork şəhərində, 2001-ci ildə İspaniyanın Mursiya şəhərində Yeniyetmələrin Avropa Olimpiya festivalında, 2002-ci ildə Moskvada MDB ölkələri və Baltikyanı ölkələrin yeniyetmələrinin oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar.
Olimpiya Komitəsində elmi-metodiki sahədə də böyük iş aparılır. 1998-ci ildə Azərbaycanda Milli Olimpiya Akademiyası yaradılmışdır. Bu illər ərzində Olimpiya Akademiyası 3 beynəlxalq, bir sıra respublika konfransları keçirmişdir.
Milli Olimpiya Komitəsinin qarşısında duran mühüm məsələlərdən biri də onun fəaliyyətini işıqlandıran və əhali arasında olimpizmin təbliğinə xidmət edən mətbuat orqanını nəşr etdirmək olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” jurnalının ilk nömrəsi 1998-ci ilin may ayında işıq üzü gördü. Qeyd etməliyəm ki, bu, respublikamızda nəşr olunan ilk idman jurnalı oldu. Artıq beşinci ildir ki, bu jurnal iki dildə - Azərbaycan və ingilis dillərində çap olunur. 1999-cu ildən başlayaraq, Milli Olimpiya Komitəsinin aylıq bülleteninin nəşrinə başlanmışdır.
2000-ci ildə “Azərbaycan 27-ci Olimpiya Oyunlarında” kitabını çap etdik, 2001-ci ildə “Olimpiya dünyası” qəzetinin çapına başladıq.
Yubiley ərəfəsində bizim yeni bir kitabımız çapdan çıxmışdır. 440 səhifəlik, nəfis tərtibatlı bu kitabda Milli Olimpiya Komitəsinin 10 illik fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin olimpiya hərəkatındakı rolu, Azərbaycan idmanının tarixi, Azərbaycan idmanının ulduzları haqqında geniş məlumatlar verilmişdir.
Milli Olimpiya Komitəsinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Komitənin maddi-texniki bazasının yaradılması olmuşdur. Yaxşı nəticə göstərmək üçün yaxşı da şərait olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Olimpiya Komitəsinin özünün idman kompleksləri və inzibati binası yox idi.
2000-ci ilin oktyabrında Bakıda Milli Olimpiya Komitəsinin tikdiyi Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycanın Prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin Prezidenti Mario Peskante iştirak edirdilər. Jak Roq Milli Olimpiya Komitəsinin fəaliyyətindən məmnun olduğunu qeyd etmiş və demişdir: “Sizin fəaliyyətiniz keçmiş sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda olimpiya hərəkatının inkişafı barədə soruşanda, böyük məmnunluqla sizin ölkənizi misal göstərirəm”.
2001-ci ilin martında Bakıda Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi oldu.
Elə həmin ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir böyük Olimpiya İdman Mərkəzinin tikintisi başa çatdırıldı.
Azərbaycanın daha iki şəhərində - Naxçıvanda və Gəncədə də yeni olimpiya kompleksləri tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bütün bu idman komplekslərinin açılış mərasimində iştirak etmişdir.
Ötən il Şəkidə və Bərdədə Milli Olimpiya Komitəsinin idman komplekslərinin təməli qoyulmuşdur. Artıq bu şəhərlərdə tikilən idman komplekslərində son tamamlama işləri gedir. Bu yaxınlarda Lənkəran və Quba şəhərlərində də idman komplekslərinin tikintisinə başlanmışdır. Eyni zamanda, Bakıda otüstü hokkey üçün stadion, çimərlik voleybolu üçün meydançalar, basketbol, taekvando, voleybol, qılıncoynatma və s. üçün xüsusi salonlar inşa edilir. Milli Olimpiya Komitəsi bu sahədəki işini yeni idman qurğularının tikilməsi ilə bitmiş hesab etmir. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə, Bakının ən iri idman obyektlərindən olan İdman Sarayı, İdman-Konsert Kompleksi, İdman Akademiyasının stadionu təmir olundu. Bütün bunlar idmançılar üçündür, gənclər üçündür, millətimizin gələcəyi üçündür.
Bizim arzumuz budur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi şərait yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. İdmana vəsait qoyulması, millətin gələcəyinə sərmayə qoyulması deməkdir.
Bütün bu görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycanda, Bakıda iri beynəlxalq yarışların keçirilməsi mümkün olmuşdur. 1999-cu ildə kadetlər arasında boks üzrə Avropa çempionatı, 2001-ci ildə bodibildinq üzrə Avropa və yeniyetmələrin boks üzrə dünya çempionatları məhz ölkəmizin paytaxtında keçirildi. Elə həmin il sərbəst güləş və cüdo üzrə beynəlxalq turnirlər də keçirildi.
Müasir idman qurğularının tikintisi və bərpası Azərbaycanda idmanın komanda növlərində keçmiş ənənəni dirçəltməyə əsas yaratdı. Bakıda keçirilən final yarışlarında voleybolçu qızlarımız Avropa Top-komanda kubokunun sahibi oldular. Bu, çox böyük nəticə, komanda oyunlarında irəliyə atılmış ilk böyük addım oldu. Qeyd etməliyəm ki, voleybol üzrə Avropa Top-komanda Kuboku uğrunda yarışlar öz səviyyəsinə görə futbol üzrə UEFA kuboku uğrunda yarışlara bərabər tutulur.
2002-ci ilin mayında Bakıda həndbol komandaları arasında “Çağırış kuboku” turniri keçirildi. Bu yarışda da Azərbaycan həndbolçuları güclü rəqiblərinə qalib gələrək kuboka sahib oldular.
Sərbəst güləş üzrə 45-ci Avropa çempionatı da Azərbaycanda keçirildi. Bu çempionatda 25 ölkə iştirak edirdi. Güləşçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazandılar.
2002-ci ilin iyununda Bakıda gənclər arasında şahmat üzrə Avropa çempionatı keçirilmişdir. Ölkəmiz şahmat ənənəsi ilə həmişə seçilmişdir. Dünya şahmat tacı bir vaxtlar Bakıdan aparılıb. İnanıram ki, onu yaxın gələcəkdə geri qaytaracayıq.
Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri, bu qələbələrin dövlət tərəfindən yüksək qiymətləndirilməsi, yeni olimpiya komplekslərinin tikilməsi, respublikamızda Avropa Olimpiya Komitəsinin tədbirlərinin, beynəlxalq səviyyəli yarışların keçirilməsi, Olimpiya Hərəkatının və idmanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılması ölkədə uşaqların və yeniyetmələrin idmana güclü axınına səbəb olmuşdur. Son 5 ildə Azərbaycan idmanı, doğrudan da, özünün dirçəliş dövrünü yaşayır.
Milli Olimpiya Komitəsi son 5 ildə qarşısında qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirmiş, bu dövr üçün nəzərdə tutulmuş məqsədlərinə çatmışdır.
Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə doğurmağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında Azərbaycanın himni səsləndirilir, Azərbaycanın bayrağı qaldırılır.
Biz Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirməyə söz vermişdik. Biz bunu etdik. İndi ölkəmizdə qitə və dünya çempionatları, beynəlxalq idman yarışları bir-birini əvəz etməkdədir.
Biz ölkəmizdə hər bir insanın idmanla məşğul olması üçün gözəl şərait yaratmağa söz vermişdik. Azərbaycanda neçə-neçə yeni idman kompleksi, qurğusu tikilib istifadəyə verilmişdir. Bu gün quruculuq işləri yüksək sürətlə davam etdirilir.
Biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsinə söz vermişdik. Biz bunu etdik. İndi ölkə yalnız güləş sahəsində deyil, atıçılıq, ağırlıqqaldırma, boks, cüdo, taekvando, voleybol, həndbol, otüstü hokkey, qılıncoynatma və başqa idman növlərindəki uğurları ilə seçilir.
İndi Azərbaycan Milli Olimpiya Komitəsinin adı hər yerdə yalnız hörmətlə çəkilir, təcrübəmiz örnək göstərilir. Bu gün biz Milli Olimpiya Komitəsinin 10 illik yubileyini başımız uca, qəlbimiz fərəhlə dolu, sabahımıza inamla qeyd edirik. Bizim yolumuz irəliyə və daim irəliyədir. Qarşıda bizi Afina Olimpiya Oyunları gözləyir. Əminəm ki, biz bu sınaqdan da uğurla çıxacağıq, doğma Azərbaycanımıza yeni-yeni qələbələr gətirəcəyik.

11 oktyabr 2002-ci il
Xəbər 3032 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru