Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 03:39:49  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
Tarix: 13.10.2003 | Saat: 12:41:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
Bu gün MOK-un İcraiyyə Komitəsinin növbəti toplantısıdır. Biz bu görüşləri mütəmadi qaydada keçiririk, vəziyyəti müzakirə edirik, idmançılarımızın uğurlarına sevinirik. Eyni zamanda, ilin yekunları haqqında da məlumat veririk. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların sayı ildən-ilə artır. 1997-ci ildən bugünə qədər bütün beynəlxalq yarışlarda - dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən çox medal qazanılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu nəinki biz deyirik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir.
Beynəlxalq Olimpiya Komitəsi ilə çox işgüzar münasibətlərimiz var. Onların bir neçə tədbiri Azərbaycanda keçirilibdir. Beynəlxalq federasiyalarla əməkdaşlığımız uğurla davam edir.
Beynəlxalq federasiyaların prezidentlərinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Biz bu əlaqələri önəmli hesab edirik və istəyirik ki, dünya idman təşkilatları ilə əməkdaşlığımız daha da genişlənsin.
Azərbaycanda idmanın maddi-texniki bazası yaradılıb və bundan sonra da yaradılacaqdır. Çox sevindirici haldır ki, müvafiq federasiyalar özləri də bu təşəbbüsə qoşulublar. Azərbaycanda son müddət ərzində bir neçə federasiya idman kompleksi yaradıbdır. Görülən bütün bu işlər bir məqsədə qulluq edir. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman inkişaf etsin və idmançılarımız xalqımızı sevindirsinlər, sağlam gənc nəsil yetişsin. Bu sahədə qarşımıza qoyduğumuz bütün məsələləri müvəffəqiyyətlə həyata keçiririk.
Son iki həftə ərzində Azərbaycanın bir neçə bölgəsində yeni olimpiya kompleksləri açılıbdır. Bu müddət ərzində mən Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşam və bəzi görüşlərdə də məndən xahiş edilmişdir ki, bu komplekslərin sayı artsın, digər yerlərdə də tikilsin. Mən də söz verdim ki, biz bu siyasətimizi davam etdirəcəyik. Beləliklə, elə bir vəzifə yoxdur ki, Milli Olimpiya Komitəsi onu yerinə yetirməsin. Azərbaycanın idman potensialı ildən-ilə güclənir, idman bölmələrinə axın artır və bunun nəticəsində idmançılarımız uğurlar qazanırlar.
Sidney Olimpiadasında idmançılarımızın uğurla çıxış etmələrini xatırlasaq, bu, hesab edirəm ki, o dövr üçün Azərbaycan idmanında baş verən ən mühüm hadisə, idmanda əldə etdiyimiz zirvə idi. Amma o dövrdən sonra atletlərimiz idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatlarından doğma Vətənə qələbə ilə qayıtmışlar. Bu da onu göstərir ki, olimpiya oyunlarından sonra bu işlər davam edir və mən əminəm ki, qarşıdan gələn Afina Olimpiadasında da idmançılarımız müxtəlif növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmək üçün Azərbaycanda bütün tədbirlər görülür. Bildiyiniz kimi, Azərbaycanda üç idman növü üzrə lisenziya turniri keçiriləcəkdir. Bu da beynəlxalq idman qurumları ilə uğurlu münasibətlərimizin təzahürüdür. Əgər bu münasibətlər olmasaydı, əlbəttə ki, bizə bu diqqət göstərilməzdi.
Hesab edirəm ki, bu turnirlərin Azərbaycanda keçirilməsi idmançılarımızın olimpiya oyunlarında çıxış etmək imkanlarını asanlaşdıracaqdır. Olimpiya oyunlarına hazırlıq lisenziyaları, bir növ, olimpiya oyunları keçirilməsi deməkdir. Eyni zamanda, Azərbaycanda gələcəkdə də belə mötəbər yarışların keçirilməsi imkanları daha da genişlənəcəkdir. Gələcəkdə müxtəlif idman növlərində çempionatlar keçiriləcək, beləliklə, Azərbaycanda idman daha geniş vüsət alacaqdır.
Biz idmançılarla tez-tez görüşürük. Demək olar ki, son üç ay ərzində, müəyyən səbəblərə görə, mən idmançılarla görüşə bilməmişəm. Seçki kampaniyası ilə məşğul olmuşam. Əbülfəs müəllimlə söhbət əsnasında maraqlandım ki, bu müddət ərzində idmançılarımızın çıxışları necə olubdur. Düzdür, mən bunu izləyirdim, amma, eyni zamanda, dəqiqləşdirmək istəyirdim. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bu müddət ərzində 50-dən çox idmançımız rəsmi yarışlarda, yəni Avropa və dünya çempionatlarında medal qazanıbdır.
Bildiyiniz kimi, mən idmançılarla, ola bilər ki, ayda iki dəfə, bəzən üç dəfə görüşlər keçirirəm. Hər dəfə müəyyən qrup idmançı ilə, yəni bir idman növü ilə məşğul olan idmançılarla görüşürəm. Amma bu uzun fasiləyə görə bu gün biz burada Azərbaycanın müxtəlif idman növləri ilə məşğul olan idmançılarla görüşürük. Görün qısa müddət ərzində Azərbaycanın bayrağı neçə dəfə qaldırılıb, himni səslənibdir. İdmançılarımız neçə dəfə ölkəmizi ləyaqətlə təmsil ediblər. Bu proses gedir və artıq dönməz xarakter alıbdır. Bunun qarşısını heç kim ala bilməz.
Mən əminəm ki, indi yeniyetmə yaşında çıxış edən idmançılarımız da bir müddətdən sonra bu estafeti davam etdirəcəklər. Hazırda Azərbaycanı təmsil edən idmançılar çıxışlarını dayandırandan sonra onların yeri boş qalmayacaqdır. Çox gözəl nəsil yetişir. Gənclər və yeniyetmələr arasında dünya, Avropa çempionatlarında idmançılarımızın çıxışları da bunu təsdiqləyir. Bir sözlə, Azərbaycan artıq idman ölkəsidir. Bizimlə hesablaşırlar, bizdən çəkinirlər və Azərbaycanın adı gələndə bütün yarışlarda, mən əminəm ki, rəqiblərimiz də idmançılarımıza böyük hörmətlə yanaşırlar. Bu hörməti hamımız birlikdə qazanmışıq. Bizim birgə fəaliyyətimiz bunu mümkün edibdir. Mən, ilk növbədə, idmançılarımızın, onların məşqçilərinin, idman mütəxəssislərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki bu yükün böyük hissəsi, ilk növbədə, onların üzərinə düşür.
Üzərimizə düşən vəzifələri biz gözəl dərk edirik. Çox şadam ki, hər bir tərəf, yəni idmançılar da, federasiya rəhbərləri də, nazirliyin əməkdaşları da, Milli Olimpiya Komitəsi də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Məhz bu birgə fəaliyyət nəticəsində Azərbaycan idmanda böyük uğurlar qazana bilibdir.
Burada nəticə göstərmiş, medal qazanmış 50-dən çox idmançı artıq mükafatlandırılıbdır. Onlara pul mükafatları verilibdir. Azərbaycanda bu praktika davam edir. Eyni zamanda, hökumət, dövlət tərəfindən də mükafatlar verilir. Bəzi hallarda federasiyalar tərəfindən də mükafatlar verilir və verilməlidir. Çünki mən dəfələrlə demişəm ki, idmançılar gərək heç nədən korluq çəkməsinlər. Onların həyat səviyyəsi də, məişət şəraiti də yaxşı olmalıdır. Azərbaycanı təmsil edən, ölkəmizin bayrağını qaldıran idmançı hər mənada gərək hörmətə layiq olsun. Ona görə biz keçmişdə də bu məsələlərlə məşğul olmuşuq və deyə bilərəm ki, Azərbaycanda onlarca idmançının, ilk növbədə, Azərbaycanı olimpiya oyunlarında, dünya çempionatlarında təmsil edən, qələbə qazanan idmançıların vəziyyəti yaxşılaşdırılıbdır. Bu proses bu gün də davam edir. Mən qeyd etdim ki, 50-dən çox idmançıya pul mükafatları verilibdir. Eyni zamanda, daxil olan ərizələrə də biz Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə baxırıq, idmançılarımıza diqqət göstərir, kömək edirik.
Bu gün bizim 14 idmançımıza, məşqçimizə, mütəxəssisimizə mənzillər verilir. Onların bir neçəsi burada yoxdur, yarışlarda iştirak edirlər, vətənə döndükdən sonra onlar da mənzillərini alacaqlar, orderlərini verəcəyik. Amma adlarını burada çəkərik. Burada olanlara isə mən istəyirəm bu orderləri təqdim edim, onlara xoşbəxtlik arzulayım və əmin olduğumu bildirim ki, bundan sonra da Azərbaycanın idman şərəfini onlar uca tutacaqlar.
Boks üzrə dünya çempionu Ağası Məmmədov uzun müddət idi ki, yəni 15 yaşından qardaş Türkiyənin milli yığma komandasında fəaliyyət göstərirdi. Amma mən çox şadam ki, Ağasi vətənə döndü və ondan sonra dünya çempionu oldu. Buna nail olmağa əziz vətən sənə kömək etdi. Səni təbrik edirəm. Sağ ol.

* * *

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa çempionatlarının qalib və mükafatçılarına yeni mənzillərin açarlarını təqdim etdikdən sonra salona toplaşanlara müraciətlə dedi:
- Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir. Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... O biri vəzifələr də mənim üçün əziz idi. Mən də həyatımın böyük hissəsini bu işlərə həsr etmişdim. Hesab edirəm ki, bu vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə qüsur olubdur. İndi nə qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma hələlik Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəmi saxlayacağam.

13 oktyabr 2003-cü il
Xəbər 3083 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru