Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
19/02 | 12:21 Azərbaycan şahmatçıları Moskvada “Aeroflot open” festivalında iştirak edirlər
19/02 | 11:03 Xüsusi olimpiyaçılar III milli oyunlar çərçivəsində basketbol üzrə seçmə yarışlarında mübarizə aparıblar
19/02 | 10:42 Finlandiyada yaşayan həmyerlimiz cüdo üzrə ölkə çempionatında gümüş medal qazanıb
19/02 | 10:04 "Neftçi" komandası Azərbaycan Yüksək Liqasının turnir cədvəlində liderliyə yüksəlib
19/02 | 09:54 Şahmatçımız İranda keçirilən “Caspian Cup” festivalında liderliyə yüksəlib
19/02 | 09:49 Azərbaycan şahmatçısı Praqada beynəlxalq festivalda növbəti qələbəsini qazanıb
18/02 | 22:14 İvan Litvinoviç: Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb
18/02 | 21:04 Voleybol üzrə Gürcüstan yığması Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümündə birinci oyununu keçirib
18/02 | 19:22 UEFA Çempionlar Liqasının cari mövsümü üçün yeni topunu təqdim edib
18/02 | 18:33 Masallıda yeniyetmələr arasında boks üzrə rayon birinciliyi başa çatıb
18/02 | 17:46 Fərqli güləş növləri üzrə açıq Bakı turniri keçiriləcək
18/02 | 17:05 Bakıda bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda açıq turnir təşkil ediləcək
18/02 | 16:45 Azərbaycanın U-21 komandasının futbolçuları üçün seminar təşkil olunub
18/02 | 16:37 Kapoeyra üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
18/02 | 16:33 Azərbaycan badmintonçusu Uqandada beynəlxalq turnirə qatılacaq
18/02 | 16:15 “Qarabağ” klubunun üzvü Premyer Liqanın XVII turunun ən yaxşı futbolçusu seçilib
18/02 | 16:02 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18/02 | 15:12 Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası açıqlanıb
18/02 | 14:07 Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib
18/02 | 13:24 AFFA “Keşlə” klubunun futbolçusunu milliləşdirir
18/02 | 12:54 Azərbaycan İdman Jurnalistlərinin Respublika Toplantısı təşkil ediləcək
18/02 | 12:23 Ağcabədi rayonunda taekvondo üzrə rayon turniri keçirilib
18/02 | 12:11 “Məhsul” həndbol komandası ölkə çempionatında liderliyini davam etdirir
18/02 | 11:39 Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 50 ölkədən idmançılar iştirak edəcəklər
18/02 | 11:11 Bu gün iki oyunla UEFA Çempionlar Liqasının səkkizdədir final mərhələsinə start verilir
18/02 | 10:12 “Tokio-2020” zamanı Bakıda Olimpiya festivalı təşkil olunacaq
18/02 | 09:52 Şahmatçımız “Caspian Cup” festivalında liderlər qrupunda mübarizə aparır
17/02 | 22:16 Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah” klubu ilə müqavilə imzalayıb
17/02 | 20:29 “AZE Nakhcivan-Köln” futbol klubu Almaniyada rəsmən fəaliyyətə başlayıb
17/02 | 19:17 Stolüstü tennisçilərimiz Latviyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər
17/02 | 18:59 Azərbaycanın gənc qılıncoynadanları İsveçrədə dünya kubokunun mərhələ yarışında iştirak ediblər
17/02 | 18:42 Muay-tay üzrə XII Azərbaycan çempionatına yekun vurulub
17/02 | 18:01 UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17/02 | 17:48 Parapauerliftinqçilərimiz “Tokio-2020”yə reytinq xalları qazandıran turnirdə iştirak edirlər
17/02 | 17:11 Sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 17 8 6 3 26-13 30
3 Keşlə 17 7 5 5 21-17 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 17 3 4 10 18-32 13
Bakı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
Tarix: 21.10.2000 | Saat: 17:45:00 | E-mail | Çapa göndər
- Möhtərəm cənab prezident!
- Avropa Olimpiya Komitəsinin hörmətli prezidenti cənab Roq!
- Hörmətli xanımlar və cənablar!
Bu gün biz yeni idman-sağlamlıq kompleksinin açılışı münasibətilə buraya toplaşmışıq. Bu, çox əlamətdar hadisədir. Bu hadisənin gözəlliyi ondan ibarətdir ki, bu idman mərkəzi Milli Olimpiya Komitəsi tərəfindən tikilib istifadəyə verilən ilk idman qurğusudur. Bir il bundan qabaq Milli Olimpiya Komitəsi qərar qəbul etdi ki, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında yeni, müasir, dünya standartlarına cavab verən idman mərkəzləri tiksin. Qısa bir zaman içərisində biz bu sahədə işə başladıq və deyə bilərəm ki, indi birinci addımı atdıq. Bir il ərzində Bakıda gözəl, müasir, yeni, bütün dünya standartlarına cavab verən idman kompleksinin tikintisinə nail olduq.
Bu idman kompleksi iki salondan ibarətdir. Burada müxtəlif idman növləri üzrə həm məşqlər keçiriləcək, eyni zamanda turnirlər, çempionatlar, beynəlxalq yarışlar təşkil etmək mümkün olacaqdır.
Onu da qeyd etmək istəyirəm ki, elə bu ərazidə Milli Olimpiya Komitəsi öz inzibati binasını da inşa edir. Azərbaycanda Milli Olimpiya Komitəsi yeddi ildən çoxdur ki, fəaliyyət göstərir. Ancaq bu vaxta qədər onun öz binası olmamışdır. Bu məqsədlə burada Milli Olimpiya Komitəsi öz inzibati binasını ba inşa edir. Yeni bina elə buradan da görünür. Yaxın gələcəkdə biz onun da açılış mərasiminə toplaşacağıq və beləliklə Azərbaycanda Olimpiya Hərəkatının mərkəzi yaradılır.
Mən demək istərdim ki, Milli Olimpiya Komitəsi kompleksin tikilməsi ilə bu sahədə öz işini bitmiş hesab etmir. Azərbaycanın bütün bölgələrində buna oxşar idman mərkəzləri yaradılacaqdır. Artıq Naxçıvan şəhərində buna bənzər idman kompleksi inşa edilir. Biz tezliklə Gəncə şəhərində də idman kompleksinin inşasına başlayacağıq. Bizim arzumuz budur ki, Azərbaycanın hər bir güşəsində idmanla məşğul olmaq üçün lazımıi yeni, müasir şərait yaradılsın.
Əlbəttə, bizə olimpiya çempionları lazımdır və onlar var. Bizə Avropa, dünya çempionları lazımdır. Amma eyni zamanda, biz gərək idmanın kütləviliyini mütləq təmin edə bilək, buna nail olaq. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyədə saxlaya bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. Buna görə də mən bütün uşaqları, bütün gəncləri idmanla məşğul olmağa dəvət edirəm.
Əlbəttə, bunun üçün həvəs olmalıdır. Hesab edirəm ki, bizim idmançılarımızın Sidney olimpiadasında göstərdikləri yüksək nəticələr o həvəsi qat-qat artıracaqdır. Eyni zamanda şərait də olmalıdır. Məhz həmin şəraiti biz yaradırıq və gələcəkdə də yaradacağıq.
Azərbaycanda hər şey yeniləşir, hər şey inkişaf edir. O cümlədən idman. Əgər Azərbaycanda son yeddi il ərzində ictimai-siyasi sabitlik bərqərar olmasaydı, əgər Azərbaycanda güclü iqtisadiyyat yaradılmasına güclü təkan verilməsədi, əgər əmin-amanlıq, sülh olmasaydı, biz idmanda da heç bir nailiiyyətə çata bilməzdik. Dövlətimizin başçısının ardıcıl siyasəti, deyə bilərəm ki, ölkənin yenidən qurulması, müasir, siviliyasiyalı Azərbaycan qurulması idmana da böyük təsir etmişdir. Məhz bu qayğı və diqqətin nəticəsində bizim idmançılarımız 1999-cu ildə müxtəlif beynəlxalq yarışlarda 100-dən çox medal qazana biliblər. Bu qayğının və diqqətin məntiqi nəticəsidir ki, bizim idmançılarımız Sidneydən qələbə ilə qayıtdılar.
Mən fürsətdən istifadə edərək, idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Onlara uğurlar arzulamaq istəyirəm. Onlar həqiqətən böyük qəhrəmanlıq göstəriblər. Bütün xalqımız sevinc, bayram içində idi. Bizim bayrağımız qaldırılmışdır. Bizim Dövlət himnimiz səslənmişdir. İdmançılarımız olimpiya oyunlarından əvvəl söz vermişdilər ki, Vətənə qələbə ilə qayıdacaqlar və öz sözlərinə sadiq çıxdılar.
Hörmətli xanımlar və cənablar!
Mən əminəm ki, bu idman kompleksində məşq edəcək uşaqlarımızın, gənclərimizin arasında gələcəyin dünya və olimpiya çempionları olacaqdır. Mən bütün gənclərimizi bir daha idmana dəvət edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, 2004-cü ildə Afinada olimpiya oyunlarında da Azərbaycanın bayrağı qaldırılacaq, Azərbaycanın Dövlət himni səsləndiriləcəkdir.
Sağ olun.

21 oktyabr 2000-ci il
Xəbər 2213 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru