Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/10 | 09:43 Dövlət İdarəçilik Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
17/10 | 09:35 Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazanıblar
16/10 | 22:53 Lionel Messi altıncı dəfə “Qızıl buts” mükafatını qazanıb
16/10 | 21:37 FIA Lekleri cərimələməklə səhvə yol verib
16/10 | 20:02 Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16/10 | 19:33 “Egypt International 2019” turnirində mübarizə aparacaq badmintonçularımızın rəqibləri bəlli olub
16/10 | 19:06 Cüdoçumuz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/10 | 18:38 Uşu üzrə milli komandamız Çinə yollanıb
16/10 | 17:40 Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib
16/10 | 17:13 Milli yığmamız təlim-məşq toplanışı keçirəcək
16/10 | 16:53 Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
16/10 | 16:25 Sərbəst güləş üzrə millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
16/10 | 15:55 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
16/10 | 15:33 Şərurda keçirilən beynəlxalq turnirdə ikinci turun oyunları başa çatıb
16/10 | 15:24 Biləsuvarda qol güləşi üzrə rayon birinciliyi keçirilib
16/10 | 15:09 Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının ikinci turunda mübarizə aparacaq
16/10 | 14:50 Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər
16/10 | 14:16 Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq
16/10 | 13:54 Pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimizin üzvləri Vətənə dönüblər
16/10 | 13:13 Gənclər arasında dünya çempionatının birinci günündə 5 cüdoçumuz mübarizə aparır
16/10 | 12:59 Şahmatçılarımızın “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turundakı rəqibləri müəyyənləşib
16/10 | 11:53 AFFA-nın baş katibi UEFA-dakı həmkarı ilə görüşüb
16/10 | 11:00 Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatları
16/10 | 10:53 Mərakeşdə dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
16/10 | 10:02 “FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 3 heç-heçə, 1 məğlubiyyət
16/10 | 09:51 Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarını iki medalla başa vurublar
16/10 | 09:13 “Avro 2020”: İtaliyadan böyükhesablı qələbə, İspaniyadan heç-heçə
15/10 | 22:53 Futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
15/10 | 21:37 Millimiz San Marino yığmasına qalib gəlib
15/10 | 20:13 Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
15/10 | 19:00 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
15/10 | 18:52 Yeniyetmə qılıncoynadanımız Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb
15/10 | 18:15 Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız Vətənə dönüblər
15/10 | 18:03 Azərbaycan çempionatının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
15/10 | 17:42 “Turan Tovuz” və “Kəpəz” futbol klublarının üzvləri üçün seminar keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
Tarix: 09.10.2003 | Saat: 17:43:00 | E-mail | Çapa göndər
- Əziz lənkəranlılar!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi təbrik edirəm. Eyni zamanda, bu gün zəhmət çəkib buraya gələn astaralılar, leriklilər, sizi də ürəkdən salamlayıram, bu görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
2001-ci ilin oktyabrında mən Lənkəranda olarkən, camaatla görüşərkən, müəyyən məsələləri müzakirə edərkən, eyni zamanda, çıxışımda bəyan etmişdim ki, Milli Olimpiya Komitəsi qərar qəbul edib ki, Lənkəranda müasir Olimpiya idman kompleksi tikilsin. Mən çox şadam ki, biz buna nail ola bilmişik və bu gün sizinlə birlikdə bu gözəl kompleksin açılışında iştirak edirik, ona öz xeyir-duamızı veririk.
Azərbaycanda idman kütləvi xarakter alır, yeni-yeni idman qurğuları yaradılır və istifadəyə verilir. Bu çox sevindirici haldır. Bu, siyasəti Milli Olimpiya Komitəsi 2000-ci ildə başlamışdır və qısa müddətdə - 3 il ərzində Azərbaycanın, demək olar ki, bütün bölgələrində müasir komplekslər tikilib idmançılarımızın istifadəsinə verilibdir. Bu, çox böyük hadisədir. Hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Azərbaycanın hər bir yerində, hər bir bölgəsində istedadlı idmançılar, gənclər vardır. Onlar idmanla məşğul olmalıdırlar. İdmanla məşğul olan insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağlam xalq lazımdır, sağlam millət lazımdır, sağlam gənc nəsil lazımdır.
Dünən biz Bakıda yeni idman qurğusunun açılışında iştirak etmişdik. Ondan əvvəl Bərdədə idman kompleksinin açılışında iştirak edirdik, bu gün isə Lənkərandayıq. Bu, ümumiyyətlə, onu göstərir ki, Azərbaycanda idmana böyük qayğı var. Bu qayğı ən yüksək səviyyədə göstərilir. Əgər cənab prezident Heydər Əliyevin idmana qayğısı olmasaydı, əlbəttə ki, biz bu uğurları əldə edə bilməzdik. İdmanın maddi-texniki bazasının yaradılması ilə yanaşı, idmançılarımız da Azərbaycanı beynəlxalq yarışlarda çox ləyaqətlə təmsil edirlər. Azərbaycanın idman şərəfini qoruyurlar. Son 3-4 il ərzində, demək olar ki, bütün beynəlxalq yarışlarda idmançılarımız nəinki iştirak edir, eyni zamanda, medallar uğrunda mübarizə aparır və bu mübarizədə də qalib çıxırlar. Mən əminəm ki, idmançılarımız bundan sonra da beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini daim yüksək tutacaq, doğma Vətənimizə yeni-yeni qələbələr gətirəcəklər.
İdman o ölkədə inkişaf edir ki, orada iqtisadi inkişaf var, sabitlik var. Azərbaycan da Heydər Əliyevin rəhbərliyi altında son 10 il ərzində bütün bu məsələlərin həllinə nail olmuşdur. Burada qeyd olundu ki, 1993-cü ildə Azərbaycan nə vəziyyətdə idi, ölkə demək olar ki, dağılırdı. Ölkəyə rəhbərlik edən şəxslər onu elə vəziyyətə salmışdılar ki, Azərbaycan, demək olar, dünya xəritəsindən silinirdi. Məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda qısa müddət ərzində asayiş, ictimai-siyasi sabitlik yarandı və ölkədə inkişaf başlandı. Bu inkişafın nəticəsində Azərbaycan qısa müddətdə ilk uğurlarını əldə etmişdir. Bu uğurlar özünü bütün sahələrdə açıq-aydın göstərir. İqtisadiyyatımız inkişaf edir, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tuta bilibdir.
Azərbaycanda islahatlar aparılır, Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Görülən bütün bu tədbirlərin nəticəsində Azərbaycan xalqı daha yaxşı yaşamağa başlayıbdır. Bu siyasətin kökündə duran məsələ budur ki, Azərbaycan daha da inkişaf etsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bunun üçün bizdə bütün imkanlar var. Təbii sərvətlər, möhkəm siyasi iradə, xalqın dəstəyi vardır. Bütün bu amillər bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı hərtərəfli inkişaf etdirək. Bütün Azərbaycan xalqı kimi, cənub zonasında yaşayan soydaşlarımız daima Heydər Əliyevin siyasətini dəstəkləmişlər və əminəm ki, bu dəfə də Heydər Əliyevin siyasətinə səs verəcəklər.
Mən çox şadam və məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycandakı inkişaf Lənkəranda da özünü göstərir. Bu gün səhər mən bir neçə yeni obyektin açılışında iştirak etdim. Lənkəranda yeni konserv zavodu istifadəyə verildi. Bu, çox sevindirici haldır. Ümumiyyətlə, bu proses Azərbaycanın müxtəlif bölgələrində gedir. Yeni iş yerləri açılır, müasir standartlara uyğun müəssisələr yaradılır. Bu, imkan verəcək ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar heç bir problemlə üzləşmədən öz məhsullarını həmin müəssisələrə təhvil verib ondan vəsait əldə etsinlər.
Eyni zamanda, yerli istehsal da imkan verəcək ki, daxili bazar yerli məhsullarla təmin olunsun. Burada açılan konserv zavodu bir daha onu göstərir ki, bu proses gedir. Yeni iş yerlərinin açılması hökumətin siyasətində prioritet məsələdir. Bu məsələyə daim diqqət göstəriləcək və qısa müddətdə, növbəti beş il ərzində, - mən bunu artıq bir neçə dəfə bəyan etmişəm, bir də demək istəyirəm, - 600 min yeni iş yeri açılacaqdır. Bu, çox böyük rəqəmdir. Bəzilərinə elə gələ bilər ki, bu qeyri-realdır. Amma mən sizə deyə bilərəm ki, bütün iqtisadi hesablamalar aparılmışdır və bir daha mən bu rəqəmi sizin nəzərinizə çatdırıram. Belə olan halda, Azərbaycanda işsizlik problemi, demək olar ki, tamamilə aradan qaldırılacaqdır. Bu da Azərbaycanın qarşısında duran ən mühüm problemlərdən biridir. İşsizliyin qarşısı alınmalıdır, eyni zamanda, yoxsulluqla mübarizə aparılmalıdır və aparılır.
Bu məqsədlə Azərbaycan dünyanın aparıcı maliyyə qurumları ilə birlikdə xüsusi proqram həyata keçirir. Əminəm ki, bu proqramın həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə yoxsulluğun azaldılması mümkün olacaqdır.
Azərbaycanda sahibkarlıq, özəl sektor inkişaf edir. Ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən yuxarıdır. Bu, onu göstərir ki, Azərbaycanda tam mənada bazar iqtisadiyyatı prinsipləri mövcuddur və işləyir.
Bu gün başqa bir infrastruktur obyekti, yeni bir mehmanxana da açılıbdır. Mən onun açılışında da iştirak etmişəm. Çox sevindirici haldır ki, bu mehmanxana ən yüksək standartlara uyğun şəkildə tikilibdir. Lənkərana, lənkəranlılara layiq olan bir yerdir. Əminəm ki, buraya gələn hər bir qonaq orada rahat yaşaya bilər. Bu da çox sevindiricidir. Çünki indi belə səviyyəli mehmanxanalar, adətən, Bakıda tikilir. Mən Azərbaycanın bölgələrində hələ ki, belə mehmanxanaya rast gəlməmişəm. Çox şadam ki, bu ilk təcrübə məhz burada, Lənkəranda baş veribdir. Bu da öz növbəsində, Azərbaycanın dilbər guşəsi olan Lənkəranda turizmin inkişafına böyük kömək göstərəcəkdir. Burada turizmin inkişafı üçün hər bir şərait - gözəl iqlim var, gözəl təbiət var. Ən önəmlisi isə, Lənkəranın ən böyük sərvəti olan əməksevər, vətənpərvər insanları vardır. Mən sizi, əziz, doğma bacılarımızı, qardaşlarımızı bir daha salamlayıram və sizin dəstəyinizə arxalanıram. Biz bu dəstəklə, sizinlə birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.
Azərbaycan yaxın vaxtlarda zəngin dövlətə çevriləcəkdir. Son on il ərzində Heydər Əliyevin Azərbaycanda apardığı siyasət artıq öz əyani nəticələrini verməkdədir. Azərbaycanda neft strategiyası həyata keçirilir. Bunun hesabına böyük həcmdə valyuta ehtiyatları yaranıbdır. Bu isə Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməyə imkan verəcəkdir.
İndi İqtisadi İnkişaf Nazirliyi tərəfindən xüsusi proqram hazırlanıbdır. Bu proqramda Azərbaycanın bölgələri haqqında ayrıca bir bölmə var. Orada Azərbaycanın bütün bölgələrinin inkişafı, iqtisadi perspektivləri öz əksini tapır. Mən əminəm ki, seçkilərdən sonra bu proqramın həyata keçirilməsinə başlayacağıq. Azərbaycanın hər bir vətəndaşı onun xeyrini görəcəkdir.
2001-ci ildə burada olarkən mən başqa bir vəd də vermişdim. Mən vəd verməyi xoşlamıram. Bəzi müxalifət liderlərindən fərqli olaraq, mən daha çox əməli işlərə üstünlük verirəm. Yalnız o vaxt vəd verirəm ki, onun yerinə yetirilməsinə nail olacağımı bilirəm. Mənə müraciət olunmuşdu və söyləmişdilər ki, Lənkəranın ən böyük problemlərindən biri buraya təbii qazın verilməsinin dayandırılmasıdır. Şəhərə uzun illər təbii qaz verilməmişdir.
Mən o vaxt Bakıya qayıdarkən bu məsələni ciddi araşdırdım. Biz xüsusi tədbirlər planı hazırlayıb həyata keçirdik və bunun nəticəsində Azərbaycanın bir neçə rayonuna, o cümlədən Lənkərana təbii qazın verilməsi bərpa olundu. İndi mənə verilən məlumata görə, şəhərin 85 faizi qazla təmin edilmişdir. Məqsədimiz isə budur ki, lənkəranlılar təbii qazla yüz faiz təmin olunsunlar. Mən söz verirəm ki, biz buna nail olacağıq.
Azərbaycan vahid ölkədir. Azərbaycanın hər bir vətəndaşı eyni şəraitdə yaşamalıdır. Əgər Bakıda elektrik enerjisi, təbii qaz varsa, deməli, hər yerdə, o cümlədən Lənkəranda da elektrik enerjisi də, qaz da olmalıdır. Biz bunu təmin edirik və bundan sonra da edəcəyik.
Siz bilirsiniz ki, möhtərəm cənab prezident Lənkərana, bu zonada yerləşən digər rayonlara daim diqqət və hörmətlə yanaşmışdır. Siz hamınız bu diqqəti hiss etmisiniz. Cənab prezident dəfələrlə burada olmuşdur, insanlarla görüşmüşdür, problemlərin həlli istiqamətində öz köməyini göstərmişdir. İndi cənab prezident səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməyəcəkdir. Mən iştirak edəcəyəm. Sizi əmin etmək istəyirəm ki, onun siyasətini davam etdirəcəyəm. Biz daim birlikdə olacağıq və mən sizə daim diqqət göstərəcəyəm.
Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ siyasət yoxdur. Alternativ siyasət Azərbaycanı uçuruma apara bilər. Azərbaycan xalqı 1992-1993-cü illərdə o çox ağır günləri yaşayıbdır. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmiz böhran içində idi, anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Ölkədə qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. Belə olan halda Azərbaycanın gələcəyi, ümumiyyətlə, sual altında idi. 1993-cü ildə Azərbaycan xalqı öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyevi Bakıya dəvət etdi. Ondan sonra bütün bu xoşagəlməz halların qarşısı alındı. Azərbaycanı bu çətin vəziyyətə salan o vaxtkı iqtidar, indiki müxalifət qaçıb gizləndi və bir neçə il ərzində onlar gizlənmişdilər, xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Özlərini biabır edən, Azərbaycan dövlətçiliyinə xəyanət edən şəxslər indi yalnız Heydər Əliyevin həyata keçirdiyi demokratik proseslərin nəticəsində yenidən siyasətə qayıdıblar. İndi onlar sizə müxtəlif yalan vədlər verirlər, fantaziya danışırlar. Mən bilirəm ki, Azərbaycan xalqı onların vədlərinə inanmır, çünki əgər onlarda belə bir niyyət olsaydı, elə hakimiyyətdə olduqları dövrdə bunu həyata keçirərdilər.
İndi Azərbaycan bütün bəlalardan qurtarıbdır. Azərbaycanda müharibə dayanıbdır. Artıq Azərbaycanda iqtisadi tənəzzül yoxdur, əksinə, inkişaf var. Başqa qonşu ölkələrlə müqayisədə Azərbaycan birinci yerdədir. Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa ölkələrini də qabaqlayır. Azərbaycan ümumi daxili məhsulun artım səviyyəsinə görə dünyanın aparıcı ölkələrinin sırasındadır. İnflyasiyanın səviyyəsinə görə də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin sırasındadır.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində iki neft kəməri tikilib istifadəyə verilibdir. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng, bütün dünya üçün əhəmiyyətli, ilk növbədə, Azərbaycan xalqının milli maraqlarına cavab verən neft kəməri inşa edilir. İnşallah, 2005-ci ildə biz hamımız birlikdə onun istismara verilməsini qeyd edəcəyik.
Azərbaycanda Heydər Əliyevin sərəncamı əsasında Neft Fondu yaradılıbdır. İndi Azərbaycanın 1 milyard 400 milyon dollar valyuta ehtiyatı var. Halbuki 1993-cü ildə bu rəqəm sıfıra bərabər idi. Nə var idisə, onu da indi sizdən səs istəyən İsa Qəmbərov, Etibar Məmmədov və onlar kimiləri dağıtmışdılar, aparıb xarici banklarda öz hesablarına yerləşdirmişdilər.
Azərbaycan neft strategiyasının həyata keçirilməsini davam etdirəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac etmək iqtidarında olacaq və bu da təkcə növbəti beş il ərzində ölkəyə 5 milyard dollar vəsait gətirəcəkdir. Əlbəttə ki, bu vəsaitlə Azərbaycanı hərtərəfli inkşaf etdirmək mümkün olacaq, yeni zavodlar, fabriklər, məktəblər, xəstəxanalar tikiləcək, yeni iş yerləri açılacaqdır. Yaxşı, müxalifətdən soruşmaq lazımdır ki, axı siz bu ölkəni dağıdırdınız, siz vətəndaş müharibəsini başlamışdınız, siz Bakıda hakimiyyət uğrunda mübarizə apararkən Dağlıq Qarabağda torpaqlarımız əldən gedirdi. Heydər Əliyev sizə indiki bütün bu şəraiti yaratdı. Nəyə görə yaratdı? Yaratdı ki, siz yenidən gəlib dağıdasınız?! Heç vaxt bu, olmayacaq, Azərbaycan xalqı öz seçimini edib və bu seçimə də sadiq qalacaqdır.
Biz imkan verməməliyik ki, səriştəsiz, bacarıqsız insanlar, Vətənə xəyanət etmiş insanlar yenidən hakimiyyətə gəlsinlər və mən əminəm ki, Azərbaycan xalqı buna imkan verməyəcək, Heydər Əliyevin siyasətini dəstəkləyəcək və oktyabrın 15-də bu siyasətə səs verəcəkdir.
Bizim planlarımız genişdir, çoxdur. Qarşıda duran məsələlər həll olunmalıdır. Mən qeyd elədim ki, Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda sosial məsələlər öz həllini tapır, o cümlədən əhalinin təbii qazla, elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bundan sonra daha da yaxşı olacaqdır. Növbəti beş il ərzində hər biri 400 meqavat gücündə iki elektrik stansiyası tikilib istifadəyə veriləcəkdir. Ondan sonra respublikada, ümumiyyətlə, elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaqdır. Əksinə, Azərbaycan elektrik enerjisini ixrac edə biləcəkdir.
Təbii qazın idxalı davam edəcəkdir. Biz bu məqsədlər üçün böyük həcmdə vəsait xərcləyirik. Amma bunu etməliyik ki, bu sahədə də heç bir problem olmasın. Digər məsələlər də öz həllini tapmalıdır. Amma bütün bu görülən işlərlə, qazanılan uğurlarla yanaşı, əlbəttə ki, Azərbaycanda böyük problemlər də var. Biz bunu bilirik. Mən demək istəmirəm ki, Azərbaycanda hər şey öz qaydasındadır. İlk növbədə, qeyd etdiyim kimi, biz sosial məsələlərə daha çox diqqət göstərməliyik. İnsanlara daha böyük diqqət göstərməliyik. Bəzi hallarda müxtəlif məmurlar bu işdə lazımi səviyyədə fəaliyyət göstərmirlər, müraciətlərə, ərizələrə biganə yanaşırlar. Mən dəfələrlə bunu demişəm. Son on gün ərzində respublikanın müxtəlif bölgələrində olarkən çoxlu sayda ərizələr, məktublar almışam. Deyə bilərəm ki, keçmişdə də belə olubdur. Keçmişdə həm Azərbaycan Dövlət Neft Şirkətinə, Milli Məclisə, Milli Olimpiya Komitəsinə mənim adıma yüzlərlə, bəlkə də minlərlə ərizə və məktublar göndərilmişdir. Hər bir məktuba reaksiya verilmiş, hər bir məktuba cavab göndərilmiş, aidiyyəti orqanlara göstərişlər verilmişdir. Bu proses davam edir.
Son 8-10 gün ərzində bölgələrdə mənə verilən bütün ərizələrə operativ qaydada baxılır və deyə bilərəm ki, onların 90 faizi öz müsbət həllini tapacaqdır. Bunu ona görə deyirəm ki, burada da mənə ərizələr verilibdir. Mən sizi əmin edirəm ki, bunlara da baxılacaqdır. Əgər bu ərizə mənə verilirsə, o deməkdir ki, yerlərdə bu məsələ öz həllini tapmır. Düzdür, ola bilər ki, bu məsələ yerli orqanlar tərəfindən həll oluna bilməz. Bunu mərkəzi orqanlar həll edə bilərlər. Ərizələrin əksəriyyəti də bu məzmundadır. Amma bununla yanaşı, mən Azərbaycanda vəzifədə çalışan, işləyən insanlara müraciət edib demək istəyirəm ki, daha diqqətli olmaq lazımdır. Biz vəzifədə ona görə oturmuşuq ki, xalqa xidmət edək.
Misal üçün, mən öz vəzifəmi belə başa düşürəm. Bunu mənə, nəinki mənə, bütün Azərbaycan xalqına Heydər Əliyev öz nümunəsi ilə göstəribdir. Biz hamımız, vəzifədə olan şəxslər, dövlət orqanlarında çalışan şəxslər ilk növbədə, insanların problemləri ilə məşğul olmalıyıq. Mən şəxsən bu yoldayam və bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında işləyən insanları bu yola dəvət edirəm. Əgər hamımız belə hərəkət etsək, Azərbaycanda heç bir problem qalmayacaq, insanlarımız daha rahat, firavan yaşayacaqlar.
Əziz lənkəranlılar!
Mən gözəl bilirəm ki, lənkəranlılar Azərbaycanın müstəqilliyi uğrunda, ərazi bütövlüyünun qorunması uğrunda böyük işlər görmüş, itkilər vermiş, şəhidlər vermişlər. Lənkəranlılar mərd insanlardır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov kimi mərd oğulun davamçılarıdır. Mən buna görə sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də biz hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirəcəyik.
Mən bu barədə dedim, bir daha demək istəyirəm. 2001-ci ildə Lənkəranda olarkən bəyan etmişdim ki, sizin üçün gözəl idman kompleksini tikəcəyik və onun açılışında iştirak edəcəyəm. Görürsünüz ki, həm tikdik, həm də açılışında iştirak edirəm. Deyə bilərəm ki, bu, mənim təşəbbüsüm idi. Bəzi yerlədə olarkən yerli camaat məndən xahiş edir, deyirlər ki, bizdə də tikin. İmkan daxilində biz bunu edəcəyik.
Azərbaycanın bütün bölgələrində, ondan sonra hər bir rayonda idman kompleksləri tikiləcəkdir. Amma Lənkəranda kompleksin tikilməsi haqqında qərarı şəxsən öz təşəbbüsümlə qəbul etmişdim. Çıxışlarımın birində qeyd etdim ki, həyat yerində durmur. Biz bu proqrama 2000-ci ildə başlamışdıq. O vaxt şərait başqa idi, indi imkanlarımız daha da artıbdır. Ona görə bəzi yerlərdə, rayonlarda bu komplekslərlə yanaşı, üzgüçülük hovuzu da tikilir. Mən sizə bir vəd də verirəm ki, burada üzgüçülük hovuzu tikiləcək, onun açılışında birlikdə iştirak edəcəyik.
Əziz lənkəranlılar!
Əziz astaralılar!
Əziz leriklilər!
Bu görüşə gəldiyinizə və mənə göstərdiyiniz səmimi münasibətinizə görə hamınıza öz təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, mən Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Biz hamımız birlikdə Heydər Əliyevin siyasətini davam etdirəcəyik.

9 oktyabr 2003-cü il
Xəbər 1878 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru