Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/10 | 10:21 Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək
17/10 | 09:43 Dövlət İdarəçilik Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
17/10 | 09:35 Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazanıblar
16/10 | 22:53 Lionel Messi altıncı dəfə “Qızıl buts” mükafatını qazanıb
16/10 | 21:37 FIA Lekleri cərimələməklə səhvə yol verib
16/10 | 20:02 Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16/10 | 19:33 “Egypt International 2019” turnirində mübarizə aparacaq badmintonçularımızın rəqibləri bəlli olub
16/10 | 19:06 Cüdoçumuz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/10 | 18:38 Uşu üzrə milli komandamız Çinə yollanıb
16/10 | 17:40 Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib
16/10 | 17:13 Milli yığmamız təlim-məşq toplanışı keçirəcək
16/10 | 16:53 Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
16/10 | 16:25 Sərbəst güləş üzrə millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
16/10 | 15:55 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
16/10 | 15:33 Şərurda keçirilən beynəlxalq turnirdə ikinci turun oyunları başa çatıb
16/10 | 15:24 Biləsuvarda qol güləşi üzrə rayon birinciliyi keçirilib
16/10 | 15:09 Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının ikinci turunda mübarizə aparacaq
16/10 | 14:50 Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər
16/10 | 14:16 Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq
16/10 | 13:54 Pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimizin üzvləri Vətənə dönüblər
16/10 | 13:13 Gənclər arasında dünya çempionatının birinci günündə 5 cüdoçumuz mübarizə aparır
16/10 | 12:59 Şahmatçılarımızın “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turundakı rəqibləri müəyyənləşib
16/10 | 11:53 AFFA-nın baş katibi UEFA-dakı həmkarı ilə görüşüb
16/10 | 11:00 Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatları
16/10 | 10:53 Mərakeşdə dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
16/10 | 10:02 “FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 3 heç-heçə, 1 məğlubiyyət
16/10 | 09:51 Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarını iki medalla başa vurublar
16/10 | 09:13 “Avro 2020”: İtaliyadan böyükhesablı qələbə, İspaniyadan heç-heçə
15/10 | 22:53 Futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
15/10 | 21:37 Millimiz San Marino yığmasına qalib gəlib
15/10 | 20:13 Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
15/10 | 19:00 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
15/10 | 18:52 Yeniyetmə qılıncoynadanımız Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb
15/10 | 18:15 Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız Vətənə dönüblər
15/10 | 18:03 Azərbaycan çempionatının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
“Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
Tarix: 05.09.2003 | Saat: 17:50:00 | E-mail | Çapa göndər
- Hörmətli xanımlar və cənablar!
- Əziz dostlar!
Bu gün Azərbaycanda bayramdır. Azərbaycan üçün, ölkəmiz üçün iki mühüm hadisə baş verir. Professor Əziz Əliyevin adını daşıyan tanker istismara verilir, eyni zamanda, Azərbaycanda gözəl Yaxt-klub açılır. Hər iki hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti son illər ərzində çox yüksək səviyyəyə qalxıbdır. Gəmiçilik tərəfindən həyata keçirilən böyük tədbirlər öz əyani nəticələrini verməkdədir. Çox sevindirici haldır ki, gəmiçilik öz vəsaiti hesabına öz donanmasını yeniləşdirib, yeni avadanlıq alınır, o cümlədən yeni gəmilər, tankerlər alınır. Mənim üçün çox əzizdir ki, bu tanker görkəmli dövlət xadimi, gözəl alim, qayğıkeş həkim, mənim babam Əziz Əliyevin adını daşıyır.
Belə gəmilərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsi çox müsbət haldır. Gəmiçilik tərəfindən alınan birinci gəmiyə maestro Niyazinin adı verilib, ondan sonra alınacaq tankerin adı “Cəlil Məmmədquluzadə” olacaqdır. Bilirəm ki, Gəmiçiliyin planlarında digər iri tankerlər alınması da vardır. İnanıram ki, onlara da Azərbaycanın tarixində mühüm rol oynamış şəxslərin adları veriləcəkdir.
Bu tankerin istismara verilməsi, hesab edirəm, təkcə Gəmiçilik üçün deyil, bütün iqtisadiyyatımız üçün çox önəmli bir hadisədir. Bu, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Heydər Əliyevin neft strategiyası çoxşaxəlidir, çox istiqamətlərdən ibarətdir. Təbii ki, ilkin mərhələdə əsas vəzifə Azərbaycana xarici sərmayə gətirmək, Azərbaycanın bütün maraqlarını nəzərə almaq və qorumaq şərti ilə xarici şirkətlər üçün gözəl şərait yaratmaq və beləliklə, ölkəmizdə neft sənayesini canlandırmaq idi. Bu mərhələ uğurla başa çatdı və artıq Azərbaycan adambaşına düşən xarici sərmayələrin qoyuluşuna görə MDB ölkələri arasında birinci yerlərdədir.
Azərbaycan neft hasil edən elə ölkədir ki, onun dünya bazarlarına açıq çıxışı yoxdur. Belə olan halda, təbii ki, neft kəmərlərinin tikilməsi zəruridir. Çox çətin bir şəraitdə, iqtisadi, siyasi və digər çətinliklərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyevin iradəsi ona imkan verdi ki, Azərbaycan qısa bir müddət ərzində bir neçə neft kəmərinin tikilməsinə nail oldu. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri vasitəsilə Azərbaycan nefti dünya bazarlarına çatdırılır. İndi isə Bakı-Tbilisi-Ceyhan kimi nəhəng, irimiqyaslı, dünya üçün önəmli neft kəməri çəkilməkdədir. Heydər Əliyevin neft strategiyasının təntənəsi budur.
Bu strategiyanın bir tərkib hissəsi də Azərbaycanı tranzit ölkəyə çevirməkdən ibarət idi. Çünki Azərbaycan neft-qaz hasil edən ölkəyə çevrilib, gələcəkdə çıxarılacaq neftin həcmi 50 milyon tona çatacaqdır. Bəlkə, ondan da çox olacaqdır. Amma, eyni zamanda, Azərbaycan öz coğrafi vəziyyətindən istifadə edərək, başqa ölkələr üçün tranzit ölkəyə çevrilir.
Əlbəttə, bu tankerin əsas vəzifəsi Xəzər dənizinin şərqində yerləşən yataqlardan çıxarılan nefti Bakıya çatdırmaqdır, ondan sonra neft Şərq-Qərb dəhlizi vasitəsilə dünya bazarlarına göndəriləcəkdir. Bu işlər getdikcə daha da genişlənəcəkdir. Artıq Qazaxıstan ilə gələcək əməkdaşlıq haqqında danışıqlar aparılıbdır. Danışıqların nəticələri çox müsbətdir və yaxın gələcəkdə, yəqin ki, Qazaxıstandan və başqa ölkələrdən Azərbaycan vasitəsilə daşınan yüklərin, o cümlədən neft məhsullarının, xam neftin həcmi artırılacaqdır.
Ümumiyyətlə, Azərbaycanda nəqliyyat infrastrukturu genişlənir, güclənir. Əlbəttə, bunun əsas səbəbi ondadır ki, Azərbaycanın iqtisadiyyatı çox sürətlə, hərtərəfli inkişaf edir. Nəqliyyatla bilavasitə məşğul olan idarələr, qurumlar, şirkətlər yeni pilləyə qalxıblar. Dəmir Yolu İdarəsində çox müsbət dəyişikliklər baş verir, çox böyük işlər görülübdür. Dübəndi neftdoldurma terminalı tikilib istifadəyə verilibdir. Yüzdən artıq sistern alınıb istifadəyə buraxılıbdır. Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Astara, Bakı-Dərbənd sərnişin qatarları istifadəyə verilibdir. Lokomotiv deposunda gözəl təmir-bərpa işləri aparılıbdır. Dəmir-beton şpallar zavodu istifadəyə verilibdir və digər işlər görülübdür. Bütün bunlar Azərbaycan üçün lazımdır, vacibdir. Əminəm ki, gələcəkdə də işlər bu istiqamətdə davam etdiriləcəkdir.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xətti ilə böyük işlər görülübdür. Bakının hava limanı ən müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilibdir. Yerli xətlərlə məşğul olan qurum işini çox yüksək səviyyədə saxlaya bilib və Bakıda köhnə hava limanının inzibati binası və aerovağzal kompleksi demək olar ki, tamamilə sökülərək, əvəzinə yeni müasir bina tikilib istifadəyə verilibdir.
Naxçıvanda yeni aerovağzal kompleksi və hava limanı tikilir. Prezidentin göstərişi ilə inşa olunan hava limanı ən yüksək standartlara cavab verəcəkdir. Eyni zamanda, orada dünyada ən böyük təyyarələrin, o cümlədən yük təyyarələrinin qalxıb-enməsinə imkan verən uçuş zolaqları olacaqdır. Bu da təbiidir. Çünki blokada şəraitində yaşayan, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan daim cənab prezidentin diqqət mərkəzindədir və hökumət də daim oraya diqqət göstərir və bundan sonra da göstərəcəkdir.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xətti ilə iki “Boinq-757” təyyarəsi alınıbdır. İndi vertolyot parkı yeniləşdirilir. Fransadan ən müasir vertolyotlar alınır ki, bunlar da Azərbaycanda həm neftçilərə xidmət edəcək, həm də müvafiq qurumlara gözəl kömək olacaqdır.
Azərbaycanda avtomobil yolları kreditlər, daxili imkanlar vasitəsilə yeniləşir, təzə yollar salınır. Bakı-Qazax avtomobil yolu Gürcüstan sərhədinədək ən yüksək səviyyədə inşa edilir. Gələcəkdə Bakı-Astara yolunun inşası nəzərdə tutulur. Başqa yollar da ən yüksək, müasir standartlara uyğun şəkildə təmir olunacaq və yenidən tikiləcəkdir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda nəqliyyat infrastrukturu güclənir, yeniləşir və əlbəttə, bu, ölkəmiz üçün çox vacib bir amildir, gələcəyimiz üçün çox mühüm bir haldır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin iştirakçısıdır və bu dəhliz vasitəsilə artıq böyük işlər görülübdür. Eyni zamanda, Şimal-Cənub dəhlizinə də qoşulmaq niyyətindəyik. Hesab edirik, bu da ölkəmizə böyük uğurlar gətirəcəkdir.
Bir sözlə, Heydər Əliyevin siyasəti, müdrikliyi, uzaqgörənliyi bizə imkan verib ki, XXI əsrin əvvəllərində Azərbaycan dünya üçün mühüm neft-qaz hasil edən ölkəyə çevrilib, eyni zamanda, mühüm tranzit məntəqəsinə çevrilibdir.
Əziz dostlar, biz bu gün idman qurğusunun da açılışını edirik. Bu gözəl Yaxt-klub idmançıların sərəncamına verilir. Hesab edirəm ki, təkcə yelkənli qayıq idmanı növü üzrə federasiyanın nümayəndələri deyil, eyni zamanda, digər idman növləri ilə məşğul olanlar bu gözəl Yaxt-klubdan səmərəli istifadə edəcəklər. Bu da ən yüksək müasir, dünya standartları səviyyəsində yaradılmışdır. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində görülən bütün işlər yüksək səviyyədədir.
Azərbaycanda idman inkişaf edir, bundan sonra da inkişaf edəcəkdir. Gözəl maddi-texniki baza yaradılır. İdmançılarımız beynəlxalq yarışlarda çox böyük nəticələr göstərirlər, ölkəmizi təbliğ edirlər, bayrağımızı qaldırırlar. Mən buna görə onlara minnətdaram. Mən federasiyalara minnətdaram ki, onlar Milli Olimpiya Komitəsinin təşəbbüsünü dəstəkləyərək, özləri də müvafiq idman qurğuları tikməyə başlayıblar. Biz bu gün yelkənli qayıq idmanı növü üzrə federasiyanın idman kompleksini açırıq.
Bundan əlavə, Azərbaycanda taekvondo, voleybol, həndbol, otüstü hokkey, stend atıcılığı və başqa federasiyalar da özləri üçün müvafiq idman kompleksləri tikirlər. Bu, çox müsbət haldır. Əminəm ki, digər federasiyalar da bu təşəbbüsə qoşulacaqlar. Beləliklə, Azərbaycanda qısa müddət ərzində idmanda böyük bir dönüş yarada bildik. Hesab edirəm ki, bizim gözəl imkanlarımız var ki, Azərbaycan qarşıdan gələn Afina Yay Olimpiya Oyunlarında da yüksək nəticələr qazana bilsin. Mən buna əminəm. Bizim idmançılarımızın nəticələri bunu göstərir. Qısa müddət ərzində idmançılarımız bir neçə növ üzrə dünya çempionu olublar. Bu, çox müsbət haldır. Əlbəttə, bu, bizim hamımızın - Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, müvafiq federasiyaların, idmançıların, onların məşqçilərinin işinin nəticəsidir. Mən çox şadam ki, Azərbaycanda idmana cavabdeh olan bütün qurumlar vahid komanda şəklində çıxış edirlər. Əminəm ki, bundan sonra da belə olacaqdır. İdmançılarımız gələcəkdə də idman yarışlarında Azərbaycanın şərəfini daim yüksək tutacaqlar.
Mən bir məsələyə toxunmaq istəyirəm. Bəlkə də bunun yeri deyil, amma istəyirəm fikrimi sizə çatdıram. İndi biz prezident seçkiləri ərəfəsindəyik. Əlbəttə, hər bir namizəd üçün imkan verilib ki, öz fikrini camaata çatdırsın. Bu, çox müsbət haldır. Amma arzum budur ki, hərə gördüyü işlər haqqında danışsın. Başqa adamların gördüyü işləri öz adına çıxmasın.
Dünən namizədlərin biri fərəhlə deyirdi ki, 1992-ci ildə guya onların səyləri nəticəsində Nazim Hüseynov Olimpiya çempionu olubdur. Nazim Hüseynov buradadır. O, doğrudan da 1992-ci ildə Olimpiya çempionu olubdur. Amma inanmıram ki, bir ay hakimiyyətdə qalan insanların buna köməyi dəysin. Təklifim budur ki, hərə gördüyü işlərə görə qiymət almalıdır. Sabah ola bilər, deyəcəklər ki, bu Yaxt-klubun da təməlini onlar 1992-1993-cü ildə qoyublar. Necə ki, indi deyirlər ki, Bakı-Ceyhanın təməlini, sən demə, 1993-cü ildə onlar qoymuşlar. Nə Bakı-Ceyhan haqqında, nə cüdo idman növü haqqında, ümumiyyətlə, onların təsəvvürü belə yoxdur. İdman nədir, onlar bilmirlər. Təəssüf edirəm ki, müxalifətdə on il qalmalarına baxmayaraq, sivil, mədəni, siyasi mübarizə üsullarını qavraya bilməyiblər.
Nazim Hüseynov görkəmli idmançıdır, 1992-ci ilin yayında, avqust ayında çempion olmuşdur. O vaxtkı iqtidar iki ay ondan əvvəl hakimiyyətə gəlmişdi, iki ayda Nazimi belə gözəl hazırlamışdılar? Eyni zamanda, onunla birlikdə gimnast Belenki var idi. Moskvada olur.
Əlbəttə, idmançının idman ömrü uzun olmur, qısa olur. Nazim də idmanı tərk etdi.
Mən Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlayanda Nazimi qiyabi olaraq tanıyırdım, onun haqqında eşitmişdim. Onu dəvət etdim, idmana qaytardım, ona gözəl şərait yaratdım. Onun yaşayış şəraitini yaxşılaşdırdım. Onu bizim milli yığma komandaya təhkim elədim və o, bütün məşqlərdə öz nüfuzundan, peşəkarlığından istifadə edərək, milli komandaya böyük töhfə verir, böyük xidmət edir. İşlə təmin olunmasında kömək etdim.
Bilirəm, indi onun arzusu var. Bir idman bölməsi, yəni, cüdo üzrə bir məktəb yaratsın. Bu istiqamətdə də ona kömək göstəriləcəkdir. Nazim mənim təklifimlə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilibdir. Mən bunların heç birini bu vaxta qədər deməmişdim və deməyəcəkdim də. Çünki bu, mənim borcumdur. Milli Olimpiya Komitəsinin prezidenti kimi mənim borcumdur. Təkcə indi yarışlarda iştirak edən idmançılara yox, ilk növbədə, veteran idmançılara, xüsusilə, Azərbaycanın şöhrətini qaldıran idmançılara qayğı göstərmək mənim borcumdur və mən də bunu edirəm.
Çünki mən başa düşürəm ki, onların idman ömrü qısa olur. İdmanla məşğul olan dövrdə bütün səylərini qoyur, özlərini, bütün qəhrəmanlığını göstərirlər. İdmandan gedəndən sonra bəzi hallarda unudulurlar. Amma bizdə, Azərbaycanda unudulmurlar. O cümlədən Nazim də unudulmur. Onun qələbəsini öz xidməti kimi təqdim edən insanlara məsləhətim odur ki, doğrudan da getsinlər kiməsə əl tutsunlar. Hansısa daşı daş üstünə qoysunlar. Azərbaycan üçün bir faydalı iş görsünlər. Təəssüflər olsun ki, biz bunları hələ görmürük.
Əziz dostlar, bir sözlə, bu gün Azərbaycanda çox gözəl bir gündür, idman bayramıdır. İki gözəl hadisə baş veribdir. Bu Yaxt-klub eyni zamanda şəhərin, Bakının sakinləri üçün də açıq olacaqdır. O, Bakının memarlığına da gözəl bir töhfədir. Hər tərəfdən, daxildən də, bayırdan da görürsən ki, Yaxt-klub çox gözəl memarlıq üslubu ilə tikilmişdir. Mən hər ikisinə - tankerə də, bu Yaxt-kluba da uğurlar arzulayıram. Azərbaycanın gələcəyi çox gözəl olacaqdır. Mən bu gələcəyə nikbinliklə baxıram. Azərbaycan hərtərəfli, sürətlə inkişaf edir, iqtisadiyyatımız yüksəlir. Siyasi müstəvidə, beynəlxalq aləmdə ölkəmiz böyük uğurlar əldə edibdir və əminəm ki, bundan sonra da əziz cənab prezidentin rəhbərliyi altında biz yeni qələbələrə, yeni uğurlara doğru birlikdə gedəcəyik. Sağ olun.

5 sentyabr 2003-cü il
Xəbər 1647 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru