Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/10 | 09:43 Dövlət İdarəçilik Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
17/10 | 09:35 Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazanıblar
16/10 | 22:53 Lionel Messi altıncı dəfə “Qızıl buts” mükafatını qazanıb
16/10 | 21:37 FIA Lekleri cərimələməklə səhvə yol verib
16/10 | 20:02 Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16/10 | 19:33 “Egypt International 2019” turnirində mübarizə aparacaq badmintonçularımızın rəqibləri bəlli olub
16/10 | 19:06 Cüdoçumuz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/10 | 18:38 Uşu üzrə milli komandamız Çinə yollanıb
16/10 | 17:40 Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib
16/10 | 17:13 Milli yığmamız təlim-məşq toplanışı keçirəcək
16/10 | 16:53 Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
16/10 | 16:25 Sərbəst güləş üzrə millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
16/10 | 15:55 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
16/10 | 15:33 Şərurda keçirilən beynəlxalq turnirdə ikinci turun oyunları başa çatıb
16/10 | 15:24 Biləsuvarda qol güləşi üzrə rayon birinciliyi keçirilib
16/10 | 15:09 Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının ikinci turunda mübarizə aparacaq
16/10 | 14:50 Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər
16/10 | 14:16 Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq
16/10 | 13:54 Pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimizin üzvləri Vətənə dönüblər
16/10 | 13:13 Gənclər arasında dünya çempionatının birinci günündə 5 cüdoçumuz mübarizə aparır
16/10 | 12:59 Şahmatçılarımızın “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turundakı rəqibləri müəyyənləşib
16/10 | 11:53 AFFA-nın baş katibi UEFA-dakı həmkarı ilə görüşüb
16/10 | 11:00 Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatları
16/10 | 10:53 Mərakeşdə dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
16/10 | 10:02 “FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 3 heç-heçə, 1 məğlubiyyət
16/10 | 09:51 Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarını iki medalla başa vurublar
16/10 | 09:13 “Avro 2020”: İtaliyadan böyükhesablı qələbə, İspaniyadan heç-heçə
15/10 | 22:53 Futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
15/10 | 21:37 Millimiz San Marino yığmasına qalib gəlib
15/10 | 20:13 Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
15/10 | 19:00 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
15/10 | 18:52 Yeniyetmə qılıncoynadanımız Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb
15/10 | 18:15 Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız Vətənə dönüblər
15/10 | 18:03 Azərbaycan çempionatının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
15/10 | 17:42 “Turan Tovuz” və “Kəpəz” futbol klublarının üzvləri üçün seminar keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
Tarix: 07.10.2003 | Saat: 17:49:00 | E-mail | Çapa göndər
- Əziz bərdəlilər!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olimpiya İdman Kompleksinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən sizə söz verirəm ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleksləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindirir. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə təmsil edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan idmançılarımız Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır. Azərbaycanın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək səviyyədə qura biliblər. İdmançılarımız bütün beynəlxalq yarışlarda iştirak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın milli bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük mükafat məhz bunlardır. Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə idmançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma təəssüflər olsun, elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kimdir? Bizim müxalifət. Nəyə görə? Çünki onlar hesab edirlər ki, bir halda ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr əlavə siyasi kapital verəcəkdir.
Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə böhtanlar atırlar. Bu, bir daha göstərir ki, onların maraqları Azərbaycan xalqının maraqları ilə üst-üstə düşmür.
Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək. Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki, bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait yaradılmalıdır və biz bu şəraiti yaradırıq. Bu gün burada açılan, bütün müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təsdiqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun. Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələrində məşğul olsunlar. Bu, onları fiziki cəhətdən, eyni zamanda, mənəvi cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alacaqdır. Bu, artıq baş verir. Azərbaycanın müxtəlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə verilibdir. Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri də Qarabağ torpağında tikilsin. Mən çox xoşbəxtəm ki, biz bunu etmişik və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.
Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün doğma yerdir, doğma məkandır. Bərdə çox inkişaf edib, gözəlləşir, abadlaşır. Siz bilirsiniz ki, möhtərəm cənab prezident keçmişdə, 1970-ci illərdə də, ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş, bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və Bərdə camaatına daim diqqət göstərmişdir. Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bərdəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.
Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərirlər. Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların özlərinin də imkanları məhduddur. Amma o qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bundan sonra da belə olacaqdır.
Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz torpaqlarını itirmiş insanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər görülür. Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məskunlaşmış insanlar üçün möhtərəm cənab prezidentin fərmanları ilə yeni qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışında iştirak etdim. 2600 ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır. Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir evlər tikək. Mən sizə söz verirəm ki, bu, belə də olacaqdır. Bir dənə də çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkünlər yeni, müasir evlərə köçürüləcəklər.
Bütün bu tədbirləri görmək üçün, əlbəttə ki, Azərbaycanda gərək iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaranmışdır. Bu, ona görə baş verir ki, Azərbaycanda islahatlar keçirilir. Aqrar islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsərrüfatı ilə məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu, nə qədər böyük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirilir və on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iqtisadiyyatını özəl sektor daha fəal formalaşdırır. Ümumi daxili məhsulun 75 faizi özəl sektorun payına düşür. Bu, çox gözəl nəticədir və Azərbaycanda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əməkdaşlıq edən dünyanın aparıcı maliyyə qurumları da bunu qiymətləndirir, təsdiq edirlər.
Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Bunun nəticəsində Azərbaycanın nefti dünya bazarlarına çatdırılır. Neft kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri - Bakı-Tbilisi-Ceyhan kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşallah, yaxın gələcəkdə onun açılışında iştirak edəcəyik. Bu, bizə imkan verəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.
Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu, o məqsədlə yaradılıb ki, neftdən əldə olunan gəlirlər bir yerdə, şəffaf şəkildə saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz belə də edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə məhz Neft Fondunun vəsaiti hesabına tikilibdir. Burada, Bərdədə, Ağdamda, işğaldan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün yeni qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur, Heydər Əliyevin neft strategiyası, budur, Heydər Əliyevin neft strategiyasının təntənəsi!
Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyinə arxalanıbdır. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, bu məsələlər 1994, 1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məclisdə müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan, böhrana salan, sonra qorxaqcasına qaçıb gizlənən müxalifət tərəfindən çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır, - o vaxt da Milli Məclisin deputatı idim, - Şahdəniz layihəsi orada müzakirə olunanda, indi sizdən əbəs yerə səs istəyən Etibar Məmmədov hətta öz dəstəsi ilə Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bilirdi, Azərbaycanda vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda Heydər Əliyevin planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün olacaqsa, onda, əlbəttə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət də, - baxmayaraq ki, bu sahədə çox da böyük biliyə malik deyillər, amma o qədər də ağılsız deyillər, - bilirdi ki, bu tədbirlər Azərbaycana yaxın gələcəkdə böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm, bir daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə istəmir - biri Ermənistan, biri də Azərbaycan müxalifəti.
Ermənistan ona görə istəmir ki, başa düşür - bu layihələr həyata keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki, Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün beynəlxalq hüquq normalarına əsaslanaraq həll edək.
Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün nəzərdə tutulan məsələlər öz həllini taparsa, Azərbaycan xalqı daha yaxşı, daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç onların üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin maraqları üst-üstə düşür. Amma qoy onlar özlərini yormasınlar. Azərbaycan qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər Əliyevin siyasətini dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqımızla birlikdə bu siyasəti davam etdirəcəyəm.
Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bu məqsədlə danışıqlar aparılır. Düzdür, hələlik danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki, çox zəif fəaliyyət göstərir və onun fəaliyyəti bizi qane etmir. Bütün bunlara baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar prosesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nəhayət, Ermənistanı məcbur edəcək ki, o, işğal olunan torpaqlardan çəkilsin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatlarda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var. Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün, ədalətli mövqe nümayiş etdirmişdir.
Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki, Avropa Şurasının deputatları qəbul olunan sənədlərdə Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. Biz hesab edirik ki, bütün bunlar gələcək danışıqlar prosesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən əminəm ki, biz məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma mən dəfələrlə demişəm və bir daha burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tükənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar, sadəcə olaraq, formal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının tam haqqı var ki, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.
Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu quruculuğuna daha böyük diqqət göstərək.
Bu diqqət göstərilir. Azərbaycanda qüdrətli ordu yaradılıbdır. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın iqtisadi potensialından istifadə edərək ordunu daha da gücləndirək. Bu istiqamətdə işlər aparılacaq. Eyni zamanda, bütün bu görülən işlər, Heydər Əliyev tərəfindən on il ərzində aparılan iqtisadi siyasət, ilk növbədə, neft strategiyasının həyata keçirilməsi bizə imkan verəcək ki, Azərbaycanın sosial problemlərini də uğurla həll edək. İnsanların həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab prezidentin son sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədəniyyət işçilərinin maaşları, pensiyalar artırılıb və bu proses bundan sonra da davam edəcəkdir.
Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik enerjisi və qaz təminatı yaxşılaşır. Düzdür, bütün rayon əhalisinə qazın verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz biləsiniz ki, bu məqsədlər üçün Azərbaycan dövləti Rusiyadan alınan qazın haqqının ödənilməsinə hər il 200 milyon dollardan çox vəsait xərcləyir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət yetirilir və bundan sonra da yetiriləcəkdir. Mən böyük məmnuniyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar Bərdə şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar salınıbdır, yeni məktəblər tikilibdir. İnsanlara qayğı çox artıbdır. Bu, sevindirici haldır və mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqı, o cümlədən Bərdə camaatı daim Heydər Əliyevin siyasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.
Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qarabağ torpağında gözəl Olimpiya kompleksi açılır. Milli Olimpiya Komitəsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlamlıqlarını möhkəmləndirəcəklər. Amma bütün bu görülən işlərlə yanaşı, istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada gözəl bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edəcəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri tikməyə başlayanda üzgüçülük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə durmur, daim inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə yanaşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya gələrkən dedim ki, bir halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir və tikiləcəkdir.
Mənə verilən məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə yeni məktəblər tikilibdir. Çox sevindirici haldır ki, buna diqqət göstərilir. Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara cavab verən, ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir yeni məktəb də burada tikiləcəkdir. Bu da bizim sizə hədiyyəmizdir.
Mən qeyd etdim ki, bərdəlilər Heydər Əliyevə daim böyük hörmətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl münasibət göstərmişlər və indi də göstərirlər. Onun siyasətini daim, 1970-1980-ci illərdə də dəstəkləyiblər, son on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə iştirak edə bilməyəcəkdir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər həmişə olduğu kimi, Heydər Əliyev siyasətinə səs verəcəkdir.
Əziz bərdəlilər!
Əziz bacılar və qardaşlar!
Mənə göstərdiyiniz çox hərarətli, xoş, səmimi münasibətinizə görə sizin hamınıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Sizə söz verirəm ki, həmişə sizinlə birlikdə olacaq, problemlərinizlə daim məşğul olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inkişaf etdirəcək, dövlət müstəqilliyimizi möhkəmləndirəcəyik.
Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət yaşayacaqdır. Azərbaycan yaşayacaqdır. Heydər Əliyev yaşayacaqdır və daim yaşayacaqdır.
Sağ olun!

7 oktyabr 2003-cü il
Xəbər 1769 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru