Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
24/05 | 16:54 Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
24/05 | 16:44 Sumoçumuz Camal Feyziyev "Caspian Power" Idman Festivalının qalibi olub
24/05 | 16:29 Bakıda aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib
24/05 | 16:06 "Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışların finalçılar müəyyənləşib
24/05 | 15:43 Aerobika gimnastikası üzrə Avropa çempionatı: gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb
24/05 | 15:08 Azərbaycanlı FIFA referiləri beynəlxalq turnirlərə təyinat alıblar
24/05 | 14:53 Azərbaycanın iki boksçusu Usti-nad-Labem Qran-Prisində yarımfinala yüksəlib
24/05 | 14:05 Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
24/05 | 13:55 Bakıda "Caspian Power" İdman Festivalına start verilib
24/05 | 13:01 “Şüvəlan” komandası IV “Heydər Əliyev kuboku” turnirinin qalibi olub
24/05 | 12:23 Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb
24/05 | 11:52 Yelkənli İdman Federasiyasının komandası Avropa çempionatına hazırlığını davam etdirir
24/05 | 11:20 Azərbaycan-Rumıniya oyununu çexiyalı baş hakim idarə edəcək
24/05 | 10:27 VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında futbol yarışlarının qalibləri müəyyənləşib
24/05 | 10:01 Atçılıq üzrə cıdır yarışlarının növbəti mərhələsi keçirilib
24/05 | 09:57 XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
23/05 | 16:42 Bakıda keçiriləcək aerobika üzrə Avropa çempionatında 22 ölkədən 400-dək idmançı mübarizə aparacaq
23/05 | 16:01 Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib
23/05 | 15:02 Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23/05 | 14:05 Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23/05 | 13:58 Monrealda keçiriləcək Qran-Pridə Azərbaycanı doqquz cüdoçu təmsil edəcək
23/05 | 12:54 UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23/05 | 12:15 Lənkəranlı boksçu beynəlxalq turnirdə erməni idmançısını məğlub edərək qızıl medal qazanıb
23/05 | 11:52 “Qətər 2022” dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq
23/05 | 11:13 Bakıda keçiriləcək beynəlxalq badminton turnirində 39 ölkədən 220 idmançı yarışacaq
23/05 | 10:40 UEFA İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb
23/05 | 10:14 Gənclər arasında Avropa kuboku turnirində beş qadın cüdoçumuz mübarizə aparacaq
23/05 | 09:57 Çexiyada boks üzrə Qran-Pridə dörd boksçumuz mübarizə aparır
22/05 | 16:53 Qadın güləşçilərimiz İtaliyada güclərini sınayacaqlar
22/05 | 16:01 Azərbaycanın yeddi cüdoçusu Çində keçiriləcək Qran-Pri turnirində mübarizə aparacaq
22/05 | 15:52 Niyaməddin Paşayev : “Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq"
22/05 | 15:43 Bakıda keçiriləcək Avropa Çempionatı II Avropa Oyunlarına təsnifat xarakteri daşıyacaq
22/05 | 15:04 Yeniyetmə güləşçilərimiz Xaçmazda hazırlığı davam etdirirlər
22/05 | 14:03 Bakı 14 ildən sonra yenidən bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
22/05 | 13:40 Azərbaycan atletləri Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
Tarix: 13.10.2003 | Saat: 17:41:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
Bu gün MOK-un İcraiyyə Komitəsinin növbəti toplantısıdır. Biz bu görüşləri mütəmadi qaydada keçiririk, vəziyyəti müzakirə edirik, idmançılarımızın uğurlarına sevinirik. Eyni zamanda, ilin yekunları haqqında da məlumat veririk. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların sayı ildən-ilə artır. 1997-ci ildən bugünə qədər bütün beynəlxalq yarışlarda - dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən çox medal qazanılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu nəinki biz deyirik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir.
Beynəlxalq Olimpiya Komitəsi ilə çox işgüzar münasibətlərimiz var. Onların bir neçə tədbiri Azərbaycanda keçirilibdir. Beynəlxalq federasiyalarla əməkdaşlığımız uğurla davam edir.
Beynəlxalq federasiyaların prezidentlərinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Biz bu əlaqələri önəmli hesab edirik və istəyirik ki, dünya idman təşkilatları ilə əməkdaşlığımız daha da genişlənsin.
Azərbaycanda idmanın maddi-texniki bazası yaradılıb və bundan sonra da yaradılacaqdır. Çox sevindirici haldır ki, müvafiq federasiyalar özləri də bu təşəbbüsə qoşulublar. Azərbaycanda son müddət ərzində bir neçə federasiya idman kompleksi yaradıbdır. Görülən bütün bu işlər bir məqsədə qulluq edir. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman inkişaf etsin və idmançılarımız xalqımızı sevindirsinlər, sağlam gənc nəsil yetişsin. Bu sahədə qarşımıza qoyduğumuz bütün məsələləri müvəffəqiyyətlə həyata keçiririk.
Son iki həftə ərzində Azərbaycanın bir neçə bölgəsində yeni olimpiya kompleksləri açılıbdır. Bu müddət ərzində mən Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşam və bəzi görüşlərdə də məndən xahiş edilmişdir ki, bu komplekslərin sayı artsın, digər yerlərdə də tikilsin. Mən də söz verdim ki, biz bu siyasətimizi davam etdirəcəyik. Beləliklə, elə bir vəzifə yoxdur ki, Milli Olimpiya Komitəsi onu yerinə yetirməsin. Azərbaycanın idman potensialı ildən-ilə güclənir, idman bölmələrinə axın artır və bunun nəticəsində idmançılarımız uğurlar qazanırlar.
Sidney Olimpiadasında idmançılarımızın uğurla çıxış etmələrini xatırlasaq, bu, hesab edirəm ki, o dövr üçün Azərbaycan idmanında baş verən ən mühüm hadisə, idmanda əldə etdiyimiz zirvə idi. Amma o dövrdən sonra atletlərimiz idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatlarından doğma Vətənə qələbə ilə qayıtmışlar. Bu da onu göstərir ki, olimpiya oyunlarından sonra bu işlər davam edir və mən əminəm ki, qarşıdan gələn Afina Olimpiadasında da idmançılarımız müxtəlif növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmək üçün Azərbaycanda bütün tədbirlər görülür. Bildiyiniz kimi, Azərbaycanda üç idman növü üzrə lisenziya turniri keçiriləcəkdir. Bu da beynəlxalq idman qurumları ilə uğurlu münasibətlərimizin təzahürüdür. Əgər bu münasibətlər olmasaydı, əlbəttə ki, bizə bu diqqət göstərilməzdi.
Hesab edirəm ki, bu turnirlərin Azərbaycanda keçirilməsi idmançılarımızın olimpiya oyunlarında çıxış etmək imkanlarını asanlaşdıracaqdır. Olimpiya oyunlarına hazırlıq lisenziyaları, bir növ, olimpiya oyunları keçirilməsi deməkdir. Eyni zamanda, Azərbaycanda gələcəkdə də belə mötəbər yarışların keçirilməsi imkanları daha da genişlənəcəkdir. Gələcəkdə müxtəlif idman növlərində çempionatlar keçiriləcək, beləliklə, Azərbaycanda idman daha geniş vüsət alacaqdır.
Biz idmançılarla tez-tez görüşürük. Demək olar ki, son üç ay ərzində, müəyyən səbəblərə görə, mən idmançılarla görüşə bilməmişəm. Seçki kampaniyası ilə məşğul olmuşam. Əbülfəs müəllimlə söhbət əsnasında maraqlandım ki, bu müddət ərzində idmançılarımızın çıxışları necə olubdur. Düzdür, mən bunu izləyirdim, amma, eyni zamanda, dəqiqləşdirmək istəyirdim. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bu müddət ərzində 50-dən çox idmançımız rəsmi yarışlarda, yəni Avropa və dünya çempionatlarında medal qazanıbdır.
Bildiyiniz kimi, mən idmançılarla, ola bilər ki, ayda iki dəfə, bəzən üç dəfə görüşlər keçirirəm. Hər dəfə müəyyən qrup idmançı ilə, yəni bir idman növü ilə məşğul olan idmançılarla görüşürəm. Amma bu uzun fasiləyə görə bu gün biz burada Azərbaycanın müxtəlif idman növləri ilə məşğul olan idmançılarla görüşürük. Görün qısa müddət ərzində Azərbaycanın bayrağı neçə dəfə qaldırılıb, himni səslənibdir. İdmançılarımız neçə dəfə ölkəmizi ləyaqətlə təmsil ediblər. Bu proses gedir və artıq dönməz xarakter alıbdır. Bunun qarşısını heç kim ala bilməz.
Mən əminəm ki, indi yeniyetmə yaşında çıxış edən idmançılarımız da bir müddətdən sonra bu estafeti davam etdirəcəklər. Hazırda Azərbaycanı təmsil edən idmançılar çıxışlarını dayandırandan sonra onların yeri boş qalmayacaqdır. Çox gözəl nəsil yetişir. Gənclər və yeniyetmələr arasında dünya, Avropa çempionatlarında idmançılarımızın çıxışları da bunu təsdiqləyir. Bir sözlə, Azərbaycan artıq idman ölkəsidir. Bizimlə hesablaşırlar, bizdən çəkinirlər və Azərbaycanın adı gələndə bütün yarışlarda, mən əminəm ki, rəqiblərimiz də idmançılarımıza böyük hörmətlə yanaşırlar. Bu hörməti hamımız birlikdə qazanmışıq. Bizim birgə fəaliyyətimiz bunu mümkün edibdir. Mən, ilk növbədə, idmançılarımızın, onların məşqçilərinin, idman mütəxəssislərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki bu yükün böyük hissəsi, ilk növbədə, onların üzərinə düşür.
Üzərimizə düşən vəzifələri biz gözəl dərk edirik. Çox şadam ki, hər bir tərəf, yəni idmançılar da, federasiya rəhbərləri də, nazirliyin əməkdaşları da, Milli Olimpiya Komitəsi də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Məhz bu birgə fəaliyyət nəticəsində Azərbaycan idmanda böyük uğurlar qazana bilibdir.
Burada nəticə göstərmiş, medal qazanmış 50-dən çox idmançı artıq mükafatlandırılıbdır. Onlara pul mükafatları verilibdir. Azərbaycanda bu praktika davam edir. Eyni zamanda, hökumət, dövlət tərəfindən də mükafatlar verilir. Bəzi hallarda federasiyalar tərəfindən də mükafatlar verilir və verilməlidir. Çünki mən dəfələrlə demişəm ki, idmançılar gərək heç nədən korluq çəkməsinlər. Onların həyat səviyyəsi də, məişət şəraiti də yaxşı olmalıdır. Azərbaycanı təmsil edən, ölkəmizin bayrağını qaldıran idmançı hər mənada gərək hörmətə layiq olsun. Ona görə biz keçmişdə də bu məsələlərlə məşğul olmuşuq və deyə bilərəm ki, Azərbaycanda onlarca idmançının, ilk növbədə, Azərbaycanı olimpiya oyunlarında, dünya çempionatlarında təmsil edən, qələbə qazanan idmançıların vəziyyəti yaxşılaşdırılıbdır. Bu proses bu gün də davam edir. Mən qeyd etdim ki, 50-dən çox idmançıya pul mükafatları verilibdir. Eyni zamanda, daxil olan ərizələrə də biz Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə baxırıq, idmançılarımıza diqqət göstərir, kömək edirik.
Bu gün bizim 14 idmançımıza, məşqçimizə, mütəxəssisimizə mənzillər verilir. Onların bir neçəsi burada yoxdur, yarışlarda iştirak edirlər, vətənə döndükdən sonra onlar da mənzillərini alacaqlar, orderlərini verəcəyik. Amma adlarını burada çəkərik. Burada olanlara isə mən istəyirəm bu orderləri təqdim edim, onlara xoşbəxtlik arzulayım və əmin olduğumu bildirim ki, bundan sonra da Azərbaycanın idman şərəfini onlar uca tutacaqlar.
Boks üzrə dünya çempionu Ağası Məmmədov uzun müddət idi ki, yəni 15 yaşından qardaş Türkiyənin milli yığma komandasında fəaliyyət göstərirdi. Amma mən çox şadam ki, Ağasi vətənə döndü və ondan sonra dünya çempionu oldu. Buna nail olmağa əziz vətən sənə kömək etdi. Səni təbrik edirəm. Sağ ol.

* * *

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa çempionatlarının qalib və mükafatçılarına yeni mənzillərin açarlarını təqdim etdikdən sonra salona toplaşanlara müraciətlə dedi:
- Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir. Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... O biri vəzifələr də mənim üçün əziz idi. Mən də həyatımın böyük hissəsini bu işlərə həsr etmişdim. Hesab edirəm ki, bu vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə qüsur olubdur. İndi nə qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma hələlik Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəmi saxlayacağam.

13 oktyabr 2003-cü il
Xəbər 1545 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru