Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
07/12 | 14:06 Uşu üzrə millimiz Dağıstanda beynəlxalq turnirdə gücünü sınayır
07/12 | 13:31 AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
07/12 | 13:09 Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib
07/12 | 12:51 Uşaq taekvondoçular arasında Avropa birinciliyində Azərbaycanı 10 nəfər təmsil edəcək
07/12 | 11:36 Şahmatçımız Avropa çempionatının rapid yarışlarında gümüş medal qazanıb
07/12 | 10:07 Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07/12 | 09:58 “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
06/12 | 23:37 “Qarabağ” - “Keşlə” oyununda qalib müəyyənləşməyib
06/12 | 20:02 Azərbaycanın U-16 komandası monteneqrolu həmyaşıdlarına məğlub olub
06/12 | 19:04 Güllə atıcıları açıq Bakı turnirində mübarizə aparırlar
06/12 | 18:25 İdman gimnastlarımız Rusiyada yeddi medal qazanıblar
06/12 | 17:32 “IL’Azero”nun İndoneziyada təqdimatı olub
06/12 | 16:50 “Mercedes” növbəti F1 mövsümündə iştirak üçün rekord məbləğdə vəsait ödəyəcək
06/12 | 15:45 Şumaxerin beşinci çempionluq ilində çıxış etdiyi “Ferrari F2002” maşını satışa çıxarılıb
06/12 | 14:50 Sabirabadda Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib
06/12 | 14:17 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi seminar başa çatıb
06/12 | 13:10 Şahmatçılarımız Avropa çempionatının rapid turnirinin sonuncu turlarında mübarizə aparacaqlar
06/12 | 12:42 “Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06/12 | 11:37 Futbol üzrə XVIII payız/yaz birinciliyinin 5 turu artıq keçirilib
06/12 | 10:55 Polşada idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb
06/12 | 10:43 Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər
06/12 | 10:04 Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12 | 09:56 Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar
05/12 | 22:20 Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol birinciliyində 6 komanda mübarizə aparır
05/12 | 21:08 Luis Hemilton: 2020-ci ildə rəqabət artacaq
05/12 | 20:30 "Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
05/12 | 20:03 AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb
05/12 | 19:52 Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
05/12 | 19:16 Şahmatçılarımız Avropa çempionatının blits turnirində mübarizə aparacaqlar
05/12 | 18:09 Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
05/12 | 17:17 “Racing Point” komandası “Aston Martin” adlana bilər
05/12 | 16:54 Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayıblar
05/12 | 16:31 2020-ci il Olimpiya oyunlarının Təşkilat Komitəsi isti havaya görə iki idman növü üzrə yarışların vaxtını dəyişib
05/12 | 16:13 2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05/12 | 16:02 San-Remo marafonunda Azərbaycan idmançıları da iştirak edəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 13 9 3 1 22-5 30
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi
Tarix: 11.10.2002 | Saat: 17:53:00 | E-mail | Çapa göndər
- Möhtərəm cənab prezident!
- Hörmətli qonaqlar!
- Xanımlar və cənablar!
Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının on ili tamam olur. Müasir olimpiya hərəkatının və olimpiya oyunlarının tarixi ilə müqayisədə on il böyük müddət deyildir. Buna baxmayaraq, belə qısa müddətdə idmançılarımız olimpiya oyunlarında müstəqil Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuş, onun şan-şöhrətini artırmışlar. Eyni zamanda, Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.
Müasir dünyada idmançıların olimpiya oyunlarındakı nəticələri, olimpiya hərəkatında fəal iştirakı hər hansı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, eyni zamanda, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında mühüm rol oynayır. Ona görə də hər bir dövlət öz idmançılarının olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir.
İdmançılarımızın olimpiya oyunlarında iştirakı 1952-ci ildən başlanmışdır. Bizim ilk olimpiya medalımız da elə həmin ildə qazanılmışdır. Bu, heç də Azərbaycanda idmanın inkişafının başlanğıc tarixi deyildir. Hamıya məlumdur ki, Azərbaycan qədim idman ənənəsi olan bir ölkədir. Tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, Azərbaycanda eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdı. Azərbaycanın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında bu barədə dönə-dönə danışılır. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda məşhur olmuşdur. Ölkəmizdə qədim tarixə malik idman növlərindən biri də güləşdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Əksinə, onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə xaos, anarxiya, hərc-mərclik, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü. 1990-1993-cü illərdə idmanımız da başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü, onlardan təyinatı üzrə istifadə olunmurdu, idman avadanlığı dağıdılırdı. Yüksək idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. Azərbaycan Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilmədi.
Möhtərəm Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. 1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq respublikada olimpiya hərəkatının vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəldilər. Respublika Prezidenti qonaqları qəbul etdi. Bu qəbulda Azərbaycanda olimpiya hərəkatının real vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.
Təbii ki, Milli Olimpiya Komitəsinin fəaliyyəti respublikanın idman ictimaiyyətini, idmançıları qane etmirdi. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində mövcud vəziyyət geniş müzakirə olundu və Baş Məclis Milli Olimpiya Komitəsinin yeni rəhbər orqanlarını seçdi.
Yeni heyət fəaliyyətinin ilk günlərində Azərbaycanda Olimpiya hərəkatının real vəziyyətini təhlil etdi, mövcud problemləri aşkara çıxardı, işə əngəl törədən amilləri müəyyənləşdirdi və onları aradan qaldırmaq üçün tədbirlər görməyə başladı. Bütün bunlar nə qədər çətin olsa da, qarşıya qoyulan vəzifələr yerinə yetirildi, Milli Olimpiya Komitəsinin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yaradıldı. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin adı beynəlxalq olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu, bir tərəfdən MOK-un ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin olimpiya hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.
Ən böyük uğuru idmançılarımız Sidney Olimpiya Oyunlarında qazandılar. Zemfira Meftahəddinova stend atıcılığı, Namiq Abdullayev sərbəst güləş üzrə gərgin idman mübarizəsi şəraitində qızıl medal qazanıb olimpiya çempionu oldular. Gənc idmançımız Vüqar Ələkbərov isə boks yarışlarında bürünc medal əldə etdi. Bundan əlavə, daha səkkiz idmançımız fəxri diplomlarla təltif olundu. Rəsul Səlimov və Ruslan Xairov 5-ci, İslam Duquçiyev 6-cı, Elçin İsmayılov, Zülfiyyə Hüseynova, Natiq Eyvazov, Şamil Əfəndiyev 7-ci, Elxan Süleymanov 8-ci yerləri tutaraq, Azərbaycanın həqiqətən güclü idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdilər.
Atlanta Olimpiya Oyunlarında müstəqil dövlət kimi ilk dəfə iştirakımız tarixə bir gümüş medal ilə yazılmışdısa, Sidneydə ikinci dəfə təmsil olunmağımız 2 qızıl və 1 bürünc medalla nəticələndi. Atlantada 198 ölkə arasında 61-ci olan Azərbaycan komandası, Sidneydə 199 ölkə arasında 34-cü yeri tutdu, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, çox yüksək nəticədir. Təsadüfi deyil ki, Sidney oyunlarının bağlanış mərasimində olimpiya stadionunda Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Xuan Antonio Samaranç idmançılarımızın bu qələbəsi münasibətilə Respublika Prezidentinə təbrik teleqramı göndərdi.
Azərbaycan idmançılarının Sidneydəki qələbələri hər birimizin qəlbində böyük sevinc və iftixar hissi oyatdı. Vətən öz olimpiyaçılarını böyük məhəbbətlə qarşıladı. Azərbaycan Prezidenti Heydər Əliyev olimpiyaçıları qəbul etdi və idmançılarımızın Sidneydəki çıxışlarını yüksək qiymətləndirdi. Olimpiya çempionlarımız Zemfira Meftahəddinova, Namiq Abdullayev, onların məşqçiləri Hafiz Cəfərov, Vahid Məmmədov, sərbəst güləş üzrə yığma komandanın məşqçisi Yaqub Məmmədov “Şöhrət” ordeni, Olimpiya oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov, onun məşqçisi Rəşid Məmmədov, boks üzrə yığma komandanın baş məşqçisi Rauf Cabbarov “Tərəqqi” medalı ilə təltif olundular. Bütün idmançılarımız mükafatlar aldılar.
Sidney oyunları zamanı Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra tədbirlərin təşkilatçısı oldu. Biz Sidneydə “Azərbaycan günü” keçirdik. “Azərbaycan günü”ndə qonaqlara ölkəmizin ictimai-siyasi vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edənlər ölkəmizin iqtisadi, ictimai, mədəni və idman həyatı ilə tanış oldular.
Milli Olimpiya Komitəsi həmişə mədəniyyətimizi, incəsənətimizi təbliğ etməyə çalışmışdır. Biz hələ 1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Oyunları uşaqların gözü ilə”, sonra “Olimpiya, incəsənət, idman - 2000” beynəlxalq müsabiqələrinə qoşulmuşduq.
Milli Olimpiya Komitəsi rəhbərliyinin Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samarançla, Avropa Olimpiya Komitəsinin, 2001-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqla keçirdiyi çoxsaylı görüşlərdə respublikada olimpiya hərəkatının, idmanın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Avropa Olimpiya Komitəsinin 2000-ci ilin noyabrında Varşavada keçirilən 29-cu Baş Assambleyasında cənab Jak Roq öz çıxışında olimpiya hərəkatında fəal mövqe tutan ölkələr sırasında Azərbaycanın da adını çəkdi. O, Azərbaycan idmançılarının Sidney oyunlarında qazandıqları böyük nailiyyətlərin respublikada olimpiya hərəkatına və idmana hərtərəfli qayğının nəticəsi olduğunu qeyd etdi. Jak Roq yeni olimpiya komplekslərinin tikintisi, idmançıların sosial problemlərinin həllinə qayğı və kütləvi idman sahəsindəki fəaliyyətimizi yüksək qiymətləndirdi.
2001-ci ilin aprelində Bakıda Avropa Olimpiya Komitəsinin iclası keçirildi. Avropa Olimpiya Komitəsinin üzvləri respublikamızda olimpiya hərəkatının inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldular. Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin Bakıdakı iclasında Jak Roqun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə namizədliyi irəli sürürdü.
Azərbaycan Milli Olimpiya Komitəsinin keçdiyi 10 ilə nəzər saldıqda, bu müddətin qısa olmasına baxmayaraq, onun iki mərhələyə bölündüyü açıq-aşkar hiss olunur: 1992-1997 və 1997-2002-ci illər. Bu mərhələlər zaman etibarilə bərabər olsa da, görülən işlər baxımından bir-birindən çox kəskin fərqlənir. Lakin onları müqayisə etmək, bu fərqin səbəbini araşdırmaq indi o qədər də vacib deyildir. Vacib olanı odur ki, son beş ildə əldə edilmiş uğurlarla kifayətlənməmək, onları daim artırmaq, Azərbaycanda idmanın, olimpiya hərəkatının mütəmadi inkişafına nail olmaq lazımdır. Milli Olimpiya Komitəsi son beş ildə öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurmuşdur.
İdmançıların, məşqçilərin, veteranların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmişdir və 1998-2002-ci illərdə 3 milyard manat məbləğində təqaüd vermişdir. Olimpiya təqaüdləri idmançıları daha çox məşq etməyə, qələbə uğrunda mübarizəyə həvəsləndirdi. 1998-ci ildən Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər sürətlə artmağa başladı. 1997-2001-ci illərdə Azərbaycan idmançıları 803 medal, o cümlədən 289 qızıl, 218 gümüş, 286 bürünc medal qazanmışlar.
Medalların sayındakı artım qeyri-olimpiya idman növlərində də özünü aşkar göstərir. Bunun səbəblərindən biri odur ki, Milli Olimpiya Komitəsi respublikada idmanın qeyri-olimpiya növlərinin inkişafına da yardım edir. Karate, bodibildinq, pauerliftinq, uşu, kikboksinq, alpinizm, şahmat və bir çox başqa idman növlərindən atletlərin müxtəlif yarışlarda iştirakı təmin edilmiş, bu növlər üzrə federasiyaların işinə kömək göstərilmişdir. 1999-cu ildə Milli Olimpiya Komitəsi Azərbaycan alpinistini Everest zirvəsini fəth etmək üçün təşkil olunmuş beynəlxalq ekspedisiyanın tərkibinə daxil etdi. Ekspedisiyanın iştirakçıları Everest zirvəsinə Azərbaycan bayrağını sancdılar.
Milli Olimpiya Komitəsi 1998-ci ildə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ilk dəfə olaraq Yeniyetmələrin Respublika Oyunlarını keçirmişdir. Oyunların gedişi göstərdi ki, bu tədbirin ənənə şəklinə salınması məqsədəuyğundur. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildə Yeniyetmələrin II Respublika Oyunları təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyev hər iki tədbirin təntənəli açılış mərasimində iştirak etdi.
Ümumiyyətlə, Milli Olimpiya Komitəsi yeniyetmələr arasında istər ölkədaxili, istərsə də beynəlxalq yarışlara xüsusi diqqət verir. 1998-ci ildə Moskvada Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında, 1999-cu ildə Danimarkanın Esbyork şəhərində, 2001-ci ildə İspaniyanın Mursiya şəhərində Yeniyetmələrin Avropa Olimpiya festivalında, 2002-ci ildə Moskvada MDB ölkələri və Baltikyanı ölkələrin yeniyetmələrinin oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar.
Olimpiya Komitəsində elmi-metodiki sahədə də böyük iş aparılır. 1998-ci ildə Azərbaycanda Milli Olimpiya Akademiyası yaradılmışdır. Bu illər ərzində Olimpiya Akademiyası 3 beynəlxalq, bir sıra respublika konfransları keçirmişdir.
Milli Olimpiya Komitəsinin qarşısında duran mühüm məsələlərdən biri də onun fəaliyyətini işıqlandıran və əhali arasında olimpizmin təbliğinə xidmət edən mətbuat orqanını nəşr etdirmək olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” jurnalının ilk nömrəsi 1998-ci ilin may ayında işıq üzü gördü. Qeyd etməliyəm ki, bu, respublikamızda nəşr olunan ilk idman jurnalı oldu. Artıq beşinci ildir ki, bu jurnal iki dildə - Azərbaycan və ingilis dillərində çap olunur. 1999-cu ildən başlayaraq, Milli Olimpiya Komitəsinin aylıq bülleteninin nəşrinə başlanmışdır.
2000-ci ildə “Azərbaycan 27-ci Olimpiya Oyunlarında” kitabını çap etdik, 2001-ci ildə “Olimpiya dünyası” qəzetinin çapına başladıq.
Yubiley ərəfəsində bizim yeni bir kitabımız çapdan çıxmışdır. 440 səhifəlik, nəfis tərtibatlı bu kitabda Milli Olimpiya Komitəsinin 10 illik fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin olimpiya hərəkatındakı rolu, Azərbaycan idmanının tarixi, Azərbaycan idmanının ulduzları haqqında geniş məlumatlar verilmişdir.
Milli Olimpiya Komitəsinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Komitənin maddi-texniki bazasının yaradılması olmuşdur. Yaxşı nəticə göstərmək üçün yaxşı da şərait olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Olimpiya Komitəsinin özünün idman kompleksləri və inzibati binası yox idi.
2000-ci ilin oktyabrında Bakıda Milli Olimpiya Komitəsinin tikdiyi Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycanın Prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin Prezidenti Mario Peskante iştirak edirdilər. Jak Roq Milli Olimpiya Komitəsinin fəaliyyətindən məmnun olduğunu qeyd etmiş və demişdir: “Sizin fəaliyyətiniz keçmiş sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda olimpiya hərəkatının inkişafı barədə soruşanda, böyük məmnunluqla sizin ölkənizi misal göstərirəm”.
2001-ci ilin martında Bakıda Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimi oldu.
Elə həmin ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir böyük Olimpiya İdman Mərkəzinin tikintisi başa çatdırıldı.
Azərbaycanın daha iki şəhərində - Naxçıvanda və Gəncədə də yeni olimpiya kompleksləri tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bütün bu idman komplekslərinin açılış mərasimində iştirak etmişdir.
Ötən il Şəkidə və Bərdədə Milli Olimpiya Komitəsinin idman komplekslərinin təməli qoyulmuşdur. Artıq bu şəhərlərdə tikilən idman komplekslərində son tamamlama işləri gedir. Bu yaxınlarda Lənkəran və Quba şəhərlərində də idman komplekslərinin tikintisinə başlanmışdır. Eyni zamanda, Bakıda otüstü hokkey üçün stadion, çimərlik voleybolu üçün meydançalar, basketbol, taekvando, voleybol, qılıncoynatma və s. üçün xüsusi salonlar inşa edilir. Milli Olimpiya Komitəsi bu sahədəki işini yeni idman qurğularının tikilməsi ilə bitmiş hesab etmir. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə, Bakının ən iri idman obyektlərindən olan İdman Sarayı, İdman-Konsert Kompleksi, İdman Akademiyasının stadionu təmir olundu. Bütün bunlar idmançılar üçündür, gənclər üçündür, millətimizin gələcəyi üçündür.
Bizim arzumuz budur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi şərait yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. İdmana vəsait qoyulması, millətin gələcəyinə sərmayə qoyulması deməkdir.
Bütün bu görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycanda, Bakıda iri beynəlxalq yarışların keçirilməsi mümkün olmuşdur. 1999-cu ildə kadetlər arasında boks üzrə Avropa çempionatı, 2001-ci ildə bodibildinq üzrə Avropa və yeniyetmələrin boks üzrə dünya çempionatları məhz ölkəmizin paytaxtında keçirildi. Elə həmin il sərbəst güləş və cüdo üzrə beynəlxalq turnirlər də keçirildi.
Müasir idman qurğularının tikintisi və bərpası Azərbaycanda idmanın komanda növlərində keçmiş ənənəni dirçəltməyə əsas yaratdı. Bakıda keçirilən final yarışlarında voleybolçu qızlarımız Avropa Top-komanda kubokunun sahibi oldular. Bu, çox böyük nəticə, komanda oyunlarında irəliyə atılmış ilk böyük addım oldu. Qeyd etməliyəm ki, voleybol üzrə Avropa Top-komanda Kuboku uğrunda yarışlar öz səviyyəsinə görə futbol üzrə UEFA kuboku uğrunda yarışlara bərabər tutulur.
2002-ci ilin mayında Bakıda həndbol komandaları arasında “Çağırış kuboku” turniri keçirildi. Bu yarışda da Azərbaycan həndbolçuları güclü rəqiblərinə qalib gələrək kuboka sahib oldular.
Sərbəst güləş üzrə 45-ci Avropa çempionatı da Azərbaycanda keçirildi. Bu çempionatda 25 ölkə iştirak edirdi. Güləşçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazandılar.
2002-ci ilin iyununda Bakıda gənclər arasında şahmat üzrə Avropa çempionatı keçirilmişdir. Ölkəmiz şahmat ənənəsi ilə həmişə seçilmişdir. Dünya şahmat tacı bir vaxtlar Bakıdan aparılıb. İnanıram ki, onu yaxın gələcəkdə geri qaytaracayıq.
Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri, bu qələbələrin dövlət tərəfindən yüksək qiymətləndirilməsi, yeni olimpiya komplekslərinin tikilməsi, respublikamızda Avropa Olimpiya Komitəsinin tədbirlərinin, beynəlxalq səviyyəli yarışların keçirilməsi, Olimpiya Hərəkatının və idmanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılması ölkədə uşaqların və yeniyetmələrin idmana güclü axınına səbəb olmuşdur. Son 5 ildə Azərbaycan idmanı, doğrudan da, özünün dirçəliş dövrünü yaşayır.
Milli Olimpiya Komitəsi son 5 ildə qarşısında qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirmiş, bu dövr üçün nəzərdə tutulmuş məqsədlərinə çatmışdır.
Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə doğurmağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında Azərbaycanın himni səsləndirilir, Azərbaycanın bayrağı qaldırılır.
Biz Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirməyə söz vermişdik. Biz bunu etdik. İndi ölkəmizdə qitə və dünya çempionatları, beynəlxalq idman yarışları bir-birini əvəz etməkdədir.
Biz ölkəmizdə hər bir insanın idmanla məşğul olması üçün gözəl şərait yaratmağa söz vermişdik. Azərbaycanda neçə-neçə yeni idman kompleksi, qurğusu tikilib istifadəyə verilmişdir. Bu gün quruculuq işləri yüksək sürətlə davam etdirilir.
Biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsinə söz vermişdik. Biz bunu etdik. İndi ölkə yalnız güləş sahəsində deyil, atıçılıq, ağırlıqqaldırma, boks, cüdo, taekvando, voleybol, həndbol, otüstü hokkey, qılıncoynatma və başqa idman növlərindəki uğurları ilə seçilir.
İndi Azərbaycan Milli Olimpiya Komitəsinin adı hər yerdə yalnız hörmətlə çəkilir, təcrübəmiz örnək göstərilir. Bu gün biz Milli Olimpiya Komitəsinin 10 illik yubileyini başımız uca, qəlbimiz fərəhlə dolu, sabahımıza inamla qeyd edirik. Bizim yolumuz irəliyə və daim irəliyədir. Qarşıda bizi Afina Olimpiya Oyunları gözləyir. Əminəm ki, biz bu sınaqdan da uğurla çıxacağıq, doğma Azərbaycanımıza yeni-yeni qələbələr gətirəcəyik.

11 oktyabr 2002-ci il
Xəbər 1837 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru