“Mançester Siti” nin sahibi Şeyx Mənsur Nyu-Yorkun hökumət dairələri ilə danışıqlar aparır.
İdman.com.az saytının məlumatına görə, milyarder burada futbol klubu yaratmaq və MLS-də çıxış etmək fikrindədir. Komandanın adının isə “Nyu-York Siti“ olması nəzərdə tutulub.
Qeyd edək ki, Şeyx Mənsur MLS-də çıxış üçün 10 milyon dollar ödəməlidir. Bundan əlavə o, 35 min nəfərlik stadionun inşasına 340 milyon dollar qoymalıdır.