Hər il Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusuna təqdim olunan “Golden Boy” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
25 nəfərlik siyahıda Türkiyə millisinin və İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Gülərin də adı var.
O, bu siyahıda yer alan yeganə Türk futbolçudur.
Siyahıda adıçəkilən futbolçular: Cud Bellingem (“Real Madrid”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Alexandro Balde (“Barselona”, İspaniya), Florian Virtz (“Bayer 04”, Almaniya), Benjamin Şeşko (“Leyptsiq”, Almaniya), Corcio Skalvini (“Atalanta”, İtaliya), Rasmus Höylund (“Mançester Yunayted”, İngiltərə), Levi Kolvill (“Çelsi”, İngiltərə), Yohan Bakayoko (PSV, Niderland), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Artur Vermeren (“Antverpen”, Belçika), Evan Ferqyuson (“Brayton”, İngiltərə), Lukas Qurna-Duat (“Zaltsburq”, Avstriya), Varren Zair-Emri (PSJ, Fransa), Usman Diomande (“Sportinq”, Portuqaliya), Arnau Martines (“Jirona”, İspaniya), Matis Tell (“Bavariya”, Almaniya), Andi Diuf (“Lans”, Fransa), Arda Gülər (“Real”, Türkiyə), Bilal El-Hannus (“Genk”, Belçika), Martin Baturina (“Dinamo”, Xorvatiya), Joau Neveş (“Benfika”, Portuqaliya), Lamin Yamal (“Barselona”, İspaniya).
Qeyd edək ki, 2003-cü ildə təsis olunan “Golden Boy” mükafatının son sahibi İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Qavidir.
|