Qadın voleybolçular arasında Koreya çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan millisinin üzvü Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” “Heunqkuk”u qəbul edib.
Matç təmsilçimizin komandasının darmadağını ilə yekunlaşıb – 3:0 (25:21, 25:21, 25:19). Ağayeva qarşılaşmada yenə “Hyundai”nin bombardiri olub. O, bu dəfə 21 xal toplayıb.
Beləliklə, X turdan sonra “Hyundai” 15 xalla 4-cü yerdə qərarlaşıb.