Koreya çempionatında növbəti turun oyunları keçirilib
Qadın voleybolçular arasında Koreya çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan millisinin üzvü Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” “Heunqkuk”u qəbul edib.

Matç təmsilçimizin komandasının darmadağını ilə yekunlaşıb – 3:0 (25:21, 25:21, 25:19). Ağayeva qarşılaşmada yenə “Hyundai”nin bombardiri olub. O, bu dəfə 21 xal toplayıb.

Beləliklə, X turdan sonra “Hyundai” 15 xalla 4-cü yerdə qərarlaşıb.

Xəbər 886 dəfə oxundu.