Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İlk Avropa Oyunları Bakıda keçiriləcək
Tarix: 08.12.2012 | Saat: 11:05:00 | E-mail | Çapa göndər
Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İlham Mədətov, MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil ediblər.

Baş Assambleyanın ikinci iş günü Bakı şəhəri və şəhərin idman qurğuları barədə təqdimatla başlayıb. Çıxış edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikkey bu oyunların keçirilməsi ideyasının tarixindən danışıb və Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyib. Paytaxtımızın əldə etdiyi uğurları, inkişafı barədə danışan AOK prezidenti şəhərə ayaq basan hər kəsin bunun şahidi olduğunu deyib. AOK prezidentinin müşaviri Endrü Qreq Avropa Oyunlarının konsepsiyası haqqında danışıb. Daha sonra çıxış edən AOK prezidentinin xüsusi nümayəndəsi Pirs Okalaqan Azərbaycan tərəfi və federasiyalarla Bakının bu oyunları qəbul etməyə hazır olması barədə aparılmış danışıqlar barədə məlumat verib.

AOK təmsilçilərinin çıxışlarından sonra söz Azərbaycan tərəfə verilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında Bakının Avropa Oyunlarını keçirməkdə nə qədər istəkli olduğu, gənclərin, şəhər əhalisinin bu xəbəri nə qədər şövqlə qarşıladığı barədə danışıb. O həmçinin qeyd edib ki, hökumət və ictimai strukturlar, Azərbaycanın idman federasiyaları bugünkü qərarı gözləyirlər: “Bu, Avropa Olimpiya Hərəkatı tarixində tarixi andır”.

Daha sonra söz MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayevaya verilib. O, iştirakçılara ölkəmizin iqtisadi, siyasi stabilliyi və inkişafı barədə, Bakının bütün dünyada olan turistlər üçün yeni istiqamətə çevrilməsi barədə məlumat verib. Xanım Nurullayeva əhalinin tolerantlığı, tarixdən bu günümüzə qədər iqtisadi və mədəni yolların necə kəsişməsi barədə da danışıb.

Təqdimat mərasimində çıxış edən AFFA prezidenti Elxan Məmmədov şəhərin idman infrastrukturu, Bakıda keçirilmiş beynəlxalq idman turnirləri, yarışlar barədə iştirakçıları məlumatlandırıb.

Təqdimatın sonunda Azərbaycan hökuməti adından çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan hökuməti adından siyasi və maliyyə qarantiyaları, həmçinin iştirakçıların təhlükəsizliyinin təmin olunması, Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturunun tam hazır olması barədə qarantiyalar verib. Nazirin çıxışından sonra Bakı şəhərinin tarixinə, idman və mədəni infrastrukturuna həsr olunmuş film nümayiş olunub.

Çıxışlardan sonra gizli səsvermə keçirilib. Səsvermə nəticəsində Avropa Olimpiya Komitəsinin Baş Assambelaysı tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib. Səsvermədə iştirak etmiş 48 iştirakçıdan 38-i qərarın lehinə, 8-i əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.
Xəbər 1255 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru