Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
21/10 | 22:56 Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
21/10 | 16:48 Azərbaycan Badminton Federasiyasına yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib
21/10 | 16:42 Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib
21/10 | 10:09 Gənclər və İdman Nazirliyi "Sağlam həyat" layihəsi çərçivəsində Goranboyda tədbir keçirib
20/10 | 18:37 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının gümüş medalını qazanıb
20/10 | 17:46 Azərbaycan boksçusu Avropa çempionatında gümüş medal qazanıb
19/10 | 12:05 Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
18/10 | 13:51 Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
18/10 | 09:39 Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Göygöl və Naftalanda tədbir keçirib
17/10 | 19:27 Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən turniri 4 medalla başa vurublar
17/10 | 14:34 Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıblar
17/10 | 12:22 Füzulidə "Mingəçevir reqatası-2024”ün rəsmi açılış mərasimi keçirilib
17/10 | 11:35 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
16/10 | 23:17 Azərbaycan karateçiləri “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnirdə 15 medal qazanıblar
16/10 | 19:25 FHN-in əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr qazanıblar
16/10 | 18:24 "Mingəçevir reqatası-2024”: Azərbaycan avarçəkənləri ilk gündə 9 medal qazanıblar
16/10 | 16:43 Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
16/10 | 14:19 Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidentini qəbul edib
16/10 | 12:46 Azərbaycan təmsilçisi Mingəçevirdəki reqatada qızıl medal qazanıb
16/10 | 12:15 Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Daşkəsəndə tədbir keçirib
16/10 | 09:53 Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində üç bürünc medal qazanıblar
15/10 | 16:09 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medalı təmin edib
15/10 | 08:41 Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb
14/10 | 18:39 Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
14/10 | 12:59 Azərbaycan qrapplinqçiləri dünya çempionatında doqquz medal qazanıblar
14/10 | 10:23 2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
13/10 | 22:30 Azərbaycan klubu Avropa Kubokunun qalibi adını qazanıb
13/10 | 21:29 Azərbaycan güləşçisi Xorvatiyadakı Dünya Seriyasında çempion olub
13/10 | 20:16 Azərbaycan cüdoçuları Açıq Asiya turnirində 4 medal qazanıb
13/10 | 19:35 Azərbaycan cüdoçusu Əbu-Dabidə gümüş medal qazanıb
13/10 | 18:58 Avropa Kuboku: "Azərreyl" çempion olub
13/10 | 18:35 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb
13/10 | 17:33 Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb
13/10 | 12:01 Azərbaycan gimnastı Xorvatiyada bürünc medal qazanıb
13/10 | 09:50 Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb
Digər xəbərlər 
Azərbaycan karateçiləri “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnirdə 15 medal qazanıblar
Tarix: 16.10.2024 | Saat: 23:17:00 | E-mail | Çapa göndər
2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnir keçirilib.

Adıçəkilən turnirdə Kata və Kumite növləri üzrə yarışlarda federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə Vətənə qayıdıblar.

Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) və “Bolmart” supermarketlər şəbəkəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə yarışlara qatılaraq uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ etdirən bu əhəmiyyətli festival-turnirdə də həmişə olduğu kimi yüksək nəticələr göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq yarışlarda əldə olunan böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını, federasiyanın yüksələn inkişaf xətti üzrə inamla irəlilədiyini bir daha sübut ediblər.

Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya, Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız Kata və Kumite yarışlarında 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.

Kata üzrə nəticələr aşağıdakı kimidir:

Mövsümzadə Xədicə Nazim qızı ( 6-7) yaşlar arasında - 1-ci yer;
Salayev Fuad Əlibala oğlu (10-11) yaşlar arasında - 2-ci yer;
Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında - 3-cü yer;
Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında - 1-ci yer;
Fətullayev Ramal Arif oğlu (16-17) yaşlar arasında - 2-ci yer;
İsmayılzadə Kənan İsmayıl oğlu ( 18+) böyüklər arasında - 1-ci yer;
Mövsümzadə Sevinc Nazim qızı (18+) böyüklər arasında - 1-ci yer;
Mövsümzadə Nazim Gülağa oğlu veteranlar arasında - 1-ci yer.
Kumite üzrə nəticələr isə belədir:

Mövsümzadə Xədicə Nazim qızı (6-7) yaşlar arasında (-25kq) çəki dərəcəsində - 1-ci yer;
Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında (-30kq) çəki dərəcəsində - 2-ci yer;
Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində - 3-cü yer;
Balayev Xənifə-Amil Ramil oğlu (12-13) yaşlar arasında (+55kq) çəki dərəcəsində - 3-cü yer;
Məmmədov Teymur Rövşən oğlu (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində - 1-ci yer;
İsmayılzadə Kənan İsmayıl oğlu (18+) böyüklər arasında (-65kq) çəki dərəcəsində - 2-ci yer;
Əliyev Vüsal Akif oğlu (18+) böyüklər arasında (+85kq) çəki dərəcəsində - 1-ci yer.
Dövlətlərimiz arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin, vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, habelə yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.

Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti cənab Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər, inamlı nailiyyətlər qazanacaqlar.
Xəbər 12 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2024 Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb
22.09.2024 Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar
10.09.2024 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
24.07.2024 Azərbaycanın karate komandası Türkiyədə bürünc medal qazanıb
16.07.2024 Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
05.07.2024 Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub
29.06.2024 Azərbaycan karateçisi Xorvatiyada keçirilən turnirdə qızıl medal qazanıb
28.06.2024 Azərbaycan karateçisi Xorvatiyada bürünc medal qazanıb
11.06.2024 Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb
11.06.2024 Azərbaycan karateçiləri Gürcüstanda 3 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru