Azərbaycanın yunan-Roma güləşçisi Kamran Rəcəbli (72 kq) Qazaxıstanın Çimkənd şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən U-20 millimizin digər 3 üzvü isə fəxri kürsüyə yüksələ bilməyib.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.
|