İtaliyanın Pesaro şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanan Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov vətənə qayıdıblar.
İdmançıları daşıyan təyyarə saat 01:59-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Onları hava limanında yaxınları, Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.