Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb | |
İtaliyanın Pesaro şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanan Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov vətənə qayıdıblar. İdmançıları daşıyan təyyarə saat 01:59-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Onları hava limanında yaxınları, Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. |
|
Xəbər 267 dəfə oxundu. |
|
|