Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda üçüncü yarış günü başa çatıb.
Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan turnirin ikinci günündə dörd görüş keçirilib.
İlk oyunda “Polad” komandası “Köhlən”i 4-0 hesabı ilə məğlub edib. İkinci matçda “Sərhədçi-Qarabağ” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Omar” “Zəfər” üzərində 6:0 hesablı qələbə qazanıb. Günün mərkəzi qarşılaşmasında isə “Sərhədçi-Dilbaz” “Embavood”u üstələyib - 3-0.
Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 24-də yekun vurulacaq.