Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin superfinalında sonuncu oyununu keçirib.
İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub. Millimizin hər iki qolunu İsa Zeynallı vurub.
Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa Oyunlarına vəsiqə qazanıb.