Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Oyunlarına vəsiqə qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin superfinalında sonuncu oyununu keçirib.

İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub. Millimizin hər iki qolunu İsa Zeynallı vurub.

Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa Oyunlarına vəsiqə qazanıb.

Xəbər 235 dəfə oxundu.