“Neftçi” Avropa Liqasının qrup mərhələsində debüt matçına səfərdə çıxacaq. İdman.com.az saytının məlumatına görə, bu təşəbbüslə klub rəhbərliyi çıxış edib.
“Ağ-qaralar” birinci matçını Bakıda keçirmək istəməməsinin səbəbi sentyabrın 20-də paytaxtımızda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının olmasıdır. Çünki mundialın baş tutacağı arenalardan biri - “Neftçi”nin də ev matçlarını təşkil edəcəyi Tofiq Bəhrəmov adına Respublika stadionudur.
Qeyd edək ki, “Neftçi” “H” qrupunda “İnter” (İtaliya), “Partizan” (Serbiya) və “Rubin” (Rusiya) ilə mübarizə aparacaq.