“Neftçi” Avroliqada ilk matçını səfərdə keçiricək
“Neftçi” Avropa Liqasının qrup mərhələsində debüt matçına səfərdə çıxacaq. İdman.com.az saytının məlumatına görə, bu təşəbbüslə klub rəhbərliyi çıxış edib.

“Ağ-qaralar” birinci matçını Bakıda keçirmək istəməməsinin səbəbi sentyabrın 20-də paytaxtımızda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının olmasıdır. Çünki mundialın baş tutacağı arenalardan biri - “Neftçi”nin də ev matçlarını təşkil edəcəyi Tofiq Bəhrəmov adına Respublika stadionudur.

Qeyd edək ki, “Neftçi” “H” qrupunda “İnter” (İtaliya), “Partizan” (Serbiya) və “Rubin” (Rusiya) ilə mübarizə aparacaq.

20 sentyabr. «Partizan» - «Neftçi»
4 oktyabr. «Neftçi» - «İnter»
25 oktyabr. «Rubin» – «Neftçi»
8 noyabr. «Neftçi» - «Rubin»
22 noyabr. «Neftçi» - «Partizan»
6 dekabr. «İnter» - «Neftçi»


Xəbər 1201 dəfə oxundu.