Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.
Azərbaycan şahmatçısı, qitə birinciliyində turnir cədvəlinin lideri Rauf Məmmədov polşalı Kacper Piorun ilə üz-üzə gələcək.
Digər şahmatçılarımız - Nicat Məmmədov fransalı Maksim Laqard, Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta, Read Səmədov isveçrəli Nikolas Kuenq ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, 6 turdan sonra Rauf Məmmədov 5,5 xalla liderdir. N.Məmmədov 4,5, N.Abasov, A.Süleymanlı 3,5, R.Səmədov 3 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.