Şahmat üzrə Avropa çempionatı: Rauf Məmmədov Polşa təmsilçisi ilə mübarizə aparacaq
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı, qitə birinciliyində turnir cədvəlinin lideri Rauf Məmmədov polşalı Kacper Piorun ilə üz-üzə gələcək.

Digər şahmatçılarımız - Nicat Məmmədov fransalı Maksim Laqard, Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta, Read Səmədov isveçrəli Nikolas Kuenq ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, 6 turdan sonra Rauf Məmmədov 5,5 xalla liderdir. N.Məmmədov 4,5, N.Abasov, A.Süleymanlı 3,5, R.Səmədov 3 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 324 dəfə oxundu.