Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri davam edir.
Keçirilmiş dörd turdan sonra yarışın “Masters” turnirində Azərbaycan şahmatçılarından Eltac Səfərli 5 xalla liderlər qrupunda mübarizə aparır. Təmsilçilərimiz Ülvi Sadıqov, Aydın Süleymanlı, Pərviz Qasımov liderdən cəmi yarım xal geridədirlər.
Qeyd edək ki, “Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.