“Masters” turnirində Eltac Səfərli liderlər qrupunda mübarizə aparır
Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri davam edir.

Keçirilmiş dörd turdan sonra yarışın “Masters” turnirində Azərbaycan şahmatçılarından Eltac Səfərli 5 xalla liderlər qrupunda mübarizə aparır. Təmsilçilərimiz Ülvi Sadıqov, Aydın Süleymanlı, Pərviz Qasımov liderdən cəmi yarım xal geridədirlər.

Qeyd edək ki, “Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.

Xəbər 373 dəfə oxundu.