Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Komandamız Xomutov şəhərində Bakı vaxtı ilə saat 20:00-da Çexiya millisi ilə qarşılaşacaq.
Oyunu macarıstanlı hakim Eszter Urban idarə edəcək. Ona həmyerliləri Xudit Kulçşar və Katalin Török kömək edəcəklər. Dördüncü hakim funksiyasını belaruslu Volqa Tsiareşka yerinə yetirəcək.