Bu gün Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq | |
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək. Komandamız Xomutov şəhərində Bakı vaxtı ilə saat 20:00-da Çexiya millisi ilə qarşılaşacaq. Oyunu macarıstanlı hakim Eszter Urban idarə edəcək. Ona həmyerliləri Xudit Kulçşar və Katalin Török kömək edəcəklər. Dördüncü hakim funksiyasını belaruslu Volqa Tsiareşka yerinə yetirəcək. |
|
Xəbər 436 dəfə oxundu. |
|
|