Futbol üzrə İspaniya ikinci liqasının 8-ci turunda “Albasete” növbəti matçına çıxıb.
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.
Start heyətdə meydana çıxan E. İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.