“Albasete” klubu futbolçumuzun qolu ilə qalib gəlib
Futbol üzrə İspaniya ikinci liqasının 8-ci turunda “Albasete” növbəti matçına çıxıb.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.

Start heyətdə meydana çıxan E. İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.

Xəbər 547 dəfə oxundu.