Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 16:24:55  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Dilqəm Quliyev -70
Tarix: 06.08.2020 | Saat: 04:16:00 | E-mail | Çapa göndər
Bu gün Azəbaycan idman pedaqogikasının görkəmli nümayəndəsi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Bədən Tərbiyəsi və İdman Əlaçısı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının professoru, pedaqogika üzrə elmlər doktoru Dilqəm Quliyevin 70 yaşı tamam olur.

Onun idmana gəlişi hərbi xidmət illəri ilə bağlı olub. 1967-ci ildə Naxçıvanın Şərur rayonunun Şaxtaxtı kənd orta məktəbini bitirdikdən sonra, Rusiyanın Lipetsk şəhərində keçirdiyi hərbi xidmətdən beşnövçülük üzrə idman ustası kimi dönən Dilqəm 1972-1974-cü ildən Naxçıvanın “Spartak” könüllü idman cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb.1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, institutun güləş və onun metodikası kafedrasında baş laborant vəzifəsində saxlanılan Dilqəm Quliyev, bundan 5 il sonra oradakı fəaliyyətini müəllim kimi davam etdirib, 1990-cı ildə isə baş müəllim təyin edilib. 1991-ci ildən başlayaraq, düz 10 il, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2015-ci ilə kimi ADBTİA-nın idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsini yerinə yetirib.

Dilqəm Quliyev pedaqoji fəaliyyətini paralel olaraq praktiki şəkildə də davam etdirib. 38 illik məşqçiliyi dövründə onun Akademiyadakı tələbələrindən 6 nəfəri Əməkdar idman ustası adına layiq görülüb. 76-sı Beynəlxalq dərəcəli idman ustası, 1591-i idman ustası, 1673 nəfəri idman ustalığına namizəddir. Onların arasında dünya, Avropa çempionları və mükafatçıları var.

D.Quliyevin respublikamızda milli güləşin təbliğində, habelə milli xalq oyunlarının əhali arasında yayılmasmında xidmətləri böyükdür. Radio, televiziya və dövrü mətbuatda müxtəlif çıxışları və yazıları ilə xalq oyunlarını, habelə milli güləşin qədim köklərini, bədən tərbiyəsi və idmanın inkişaf tarixini geniş təbliğ edir, bu növlər üzrə yarışların fəal təşkilatçısı olmaqla yanaşı, yarışları idarə edən hakimlər sırasında təmsil olunur. Onu da qeyd edək ki, Dilqəm müəllimin hakimlik təcrübəsi də var. SSRİ və respublika miqyasında keçirilən milli və sərbəst güləş yarışlarında hakimlik edib.

Dilqəm Quliyev ömrünün böyük bir hissəsini idmanda elmi pedaqogikanın inkişafına, Azərbaycanın idman tarixinin tədqiqinə həsr edib və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir. Dilqəm Quliyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2000-ci ildən Ali Attestasiya Komissiyasının qərarı ilə dissertant və aspirantlara elmi rəhbər olmaq səlahiyyəti aldıqdan sonra, professor Dilqəm Quliyev yüksək ixtisaslı kadrların hazırlanması ilə daha ciddi şəkildə məşğul olmağa başlayır və indiyə kimi 27 nəfərin elmi rəhbəri olub, 2 nəfərin namizədlik dissertasiyasına opponentlik edib. O, 300-ə yaxın elmi-pedaqoji məqalələrin, 100-dən artıq kitabın müəllifidir. İndiyə kimi 8 dərslik, 25 monoqrafiya, 16 dərs, 7 tədris, 21 metodik vəsait, 10 metodiki göstəriş, 3 metodiki tövsiyə hazırlayıb. İnternet saytında Azərbaycanın idman tarixinin tərtibatçısı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yubileyləri münasibətilə hazırlanan salnamələrin, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsinə daxil edilən məqalələrin müəllifidir. Onun məqalələri Polşada, Rusiyada, Yunanıstanda, Bolqarıstanda, Türkiyədə və başqa ölkələrdə çap olunub.

Dilqəm mülləmin ictimai-kütləvi fəaliyyəti də əhatəliyi, genişliyi ilə diqqətə layiqdir. Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi idman” bölməsinin sədri, Azərbaycan DBTİA-nin “İdmançı” qəzetinin baş redaktoru, Gənc Vətənpərvərlər Birliyinin ABTİA dayaq mərkəzinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodika şurasının sədr müavini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Elmi xəbərlər” jurnalının baş redaktorunun müavini, “OlimpSport” jurnalının fəxri redaksiya heyətinin üzvü, milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədridir.
Dilqəm müəllimin Azərbaycanda idman pedaqogikasının inkişafındakı və ümumiyyətlə görkəmli ictimai xadim kimi nailiyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək, o, 2001-ci ildə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. ADBTİA-nın 85 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Fəxri fərmanla təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin elm adamı” fəxri ada layiq görülüb. Bu mükafatlar sırasında “General Həzi Aslanov” adına Fəxri fərman; “Kamil sənətkar” Fəxri diplomu, “İnam və şərəf” diplomu; “Azərbaycan bayrağı” mükafatı, “Nurlu qələm ustası”; “Qızıl qələm” media mükafatı da var.

Bu gün də Dilqəm Quliyev fəal həyat mövqeyini davam etdirməkdədir. Elmi axtarışlara, araşdırmalara həvəsi tükənməzdir. İnanırıq ki, daha böyük uğurlar hələ qarşıdadır.






Xəbər 809 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.11.2024 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
27.11.2024 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
25.11.2024 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
17.11.2024 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
17.11.2024 Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
12.11.2024 Azərbaycan təmsilçisi kəmər güləşi üzrə dünya çempionatında gümüş medal qazanıb
12.11.2024 Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
05.11.2024 Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
03.11.2024 Dənizkənarı Milli Parkda “Qələbə qaçışı”nın qalibi müəyyənləşib
25.10.2024 Azərbaycan təmsilçiləri ciu-citsu üzrə dünya çempionatında qızıl və bürünc medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru