Fransanın “Paris Sen-Jermen” futbol klubu müdafiəçisi Levin Kurzava ilə yeni müqavilə imzalayıb.
27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılıb.
Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.