“Paris Sen-Jermen” Levin Kurzava ilə yeni müqavilə imzalayıb
Fransanın “Paris Sen-Jermen” futbol klubu müdafiəçisi Levin Kurzava ilə yeni müqavilə imzalayıb.

27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılıb.

Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər 588 dəfə oxundu.