Bakının “Sabah” futbol klubunun Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqibi müəyyənləşib.
Azsport.az saytı kluba istinadla xəbər verir ki, “Sabah” toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.
Bakı təmsilçisi ilk yoxlama oyununda – yanvarın 11-də Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” Antalyada keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq.