“Sabah”ın qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqibi müəyyənləşib
Bakının “Sabah” futbol klubunun Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqibi müəyyənləşib.

Azsport.az saytı kluba istinadla xəbər verir ki, “Sabah” toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.

Bakı təmsilçisi ilk yoxlama oyununda – yanvarın 11-də Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” Antalyada keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər 871 dəfə oxundu.