Futzal üzrə Yüksək Liqada IV turun oyunlarına hakim təyinatları açıqlanıb.
Turun oyunları oktyabrın 4-də keçiriləcək.
Tura “Yasamal”– EKOL oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramil Namazov olacaq.
Saat 14:00-da start götürəcək “Record club”–“Neftçi” qarşılşaması Azər Əsgərova tapşırılıb.
“Bakı”-“Premier” oyununda Mehman Mahmudov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.
“Araz” və “Xızı” arasında keçiriləcək oyuna Əli Cəbrayılov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.
“Marafon”–“Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.
Qeyd edək ki, 9 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL, “Baku Fire” və “Bakı” 6 xalla 3-5-ci yerdə qərarlaşıblar.