Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
07/06 | 09:31 UFC turniri Əbu-Dabidə keçiriləcək
06/06 | 20:46 Futbolumuzun 100 illik yubileyi günlərində futbolla vidalaşmış Aqşin Kazımzadə
06/06 | 20:23 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vurulub
06/06 | 20:01 WTA prezidenti: Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq
06/06 | 19:24 UEFA öz yarışlarında ətraf mühitin çirklənməsini minimuma endirməyə çalışır
06/06 | 18:16 Xorxe Masvidal da UFC-ni tərk etməklə hədələyib
06/06 | 16:49 Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq
06/06 | 16:46 Azərbaycan Milli Olimpiya Komitəsi kanadalı professorun hesabatına münasibət bildirib
05/06 | 21:22 Kriştiano Ronaldo Avropanın ən yaxşı hücumçusu seçilib
05/06 | 18:35 Kiyev 2021-ci ildə keçiriləcək badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək
05/06 | 17:02 “Aze Nakhcıvan-Köln” Futbol Klubuna stadion tikilir
05/06 | 16:43 “Bayer” futbolçusunu “Real”a 80 milyon avroya satmaqdan imtina edib
05/06 | 15:35 “Nyu-York Niks” Mayk Vudsona tapşırıla bilər
05/06 | 15:00 Azarkeşlər Formula 1 Braziliya Qran-Prisini tribunalardan izləyə biləcəklər
05/06 | 14:34 MBA növbəti mövsümə dekabrda başlayacaq
05/06 | 14:02 Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək
05/06 | 13:40 Beynəlxalq Gimnastika Federasiyası daha bir mötəbər yarışın tarixini açıqlayıb
05/06 | 13:09 Futbol üzrə İtaliya kubokunun təqvimi müəyyənləşib
05/06 | 12:52 Azərbaycan-İspaniya oyunu təxirə salınmayacaq
05/06 | 12:23 Soçidə iki Formula 1 Qran-Prisi təşkil edilə bilər
05/06 | 11:46 Yaponiya höküməti “Tokio-2020”nin sadələşdirilmiş qaydada keçirilməsi ilə bağlı danışıqlar aparır
05/06 | 11:12 Tokio Olimpiadasına qalan müddətin sayılması ilə bağlı tədbirlər ləğv olunacaq
05/06 | 10:54 Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib
05/06 | 10:08 Velosiped üzrə dünya çempionatı gələn il Aşqabadda keçiriləcək
05/06 | 09:54 Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirdə iştirak edəcək
04/06 | 21:42 “Neftçi” klubu yoxlama oyunu keçirəcək
04/06 | 21:13 FIFA Rusiya klubuna transfer qadağası qoyub
04/06 | 20:49 Virtual Formula 2 Azərbaycan Qran-Prisinin iştirakçıları müəyyənləşib
04/06 | 20:14 İdman gimnastikası üzrə Avropa çempionatının ev sahibliyi Azərbaycana həvalə olunub
04/06 | 20:05 “Sabah” klubu iki futbolçu ilə müqavilə imzalayıb
04/06 | 19:03 Təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku üçün yeni tarix müəyyənləşib
04/06 | 18:54 “Pekin-2022”nin iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək
04/06 | 18:50 MOK Mətbuat Günü münasibətilə yazı müsabiqəsi elan edir
04/06 | 17:23 Çinin Hançjou şəhərində Asiya Oyunları üçün yeraltı kompleks tikilir
04/06 | 17:02 “Mançester Siti” və “Real Madrid” klublarının tanınmış futbolçuları Azərbaycan Qran-Prisində güclərini sınayacaqlar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Uğurumuzun növbəti təntənəsi - beynəlxalq velotur
Tarix: 14.05.2012 | Saat: 23:26:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

Mayın 9-13-də ulu öndər Heydər Əliyevin xatirəsinə 23 yaşadək velosipedçilər arasında beynəlxalq velotur keçirildi. 5-mərhələli yarış ölkəmizdə baş tutan ilk peşəkar velosiped yarışı oldu. Turnirə, hər biri 6 idmançıdan ibarət 18 komanda dəvət edilmişdi. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq kollektiv - dən ümumilikdə 180 velosipedçi mübarizə apardı ki, bunlardan da 16-sı qadın idi. İdmançıları 50-yə yaxın heyət müşayiət etdi. Kişilər komanda, xanımlar şəxsi yarışda qüvvələrini sınadılar. Qaydaya əsasən, turun ümumi lideri göy köynək geyindi. “Tur de Frans”da bu, sarı rəngdədir. Hər mərhələdə xal hesabında qalib gələnə yaşıl idman geyimi verildi. Çətin keçilən dağ yollarını birinci bitirən velosipedçi qırmızı göynək qazandı. Ən yaxşı Azərbaycan idmançısı ağ rəngli forma ilə mükafatlandırıldı. Bu köynək “Odlar yurdu” adlanırdı. Belə seçim ölkə bayrağındakı rənglərlə əlaqədardır. Qaliblər yürüş zamanı həmin köynəklərdə ön sırada oldular. Bundan savayı, sonda qalib gələnlərə bu 4 rəngli idman geyimi hədiyyə edildi.
Azərbaycanı bu yürüşdə 4 kişi idmançı təmsil etdi. Bunlar “Sumqayıt” komandasından Emil Rüstəmov və Qurban Tağıyev, “Atasport”dan Akif Abdullayevlə Tural İsgəndərov idi. Onlar hamısı peşəkar yarışda ilk addımlarını atırdılar. Qadınların yarışında yeganə təmsilçimiz Yelena Çalıx oldu.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur Bakının “Azadlıq” meydanından başlandı.

Nazir gənclərin peşəkarlaşacağına inanır

Startdan əvvəl təntənəli açılış oldu. Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə ilk dəfə təşkil olunan beynəlxalq yarışın əhəmiyyətini xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir, maddi-texniki baza möhkəmləndirilir, yeni infrastruktur yaradılır. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Turnirdə mübarizə aparan gənclərin gələcəkdə idmanın bu növündə də peşəkar olacaqlarına inandığını qeyd edən nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan da danışdı, bunun nəticəsində gənclərimizin idmanın bu növündə də böyük uğurlar qazanacaqlarına əminliyini ifadə etdi. London Oyunlarında idmançılarımızın uğurla çıxış edəcəklərinə inamını dilə gətirən A.Rəhimov, 2020-ci il Yay olimpiya oyunlarının Bakıda keçiriləcəyinə ümid etdiyini bildirdi.
Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) beynəlxalq komissarı, veloturun komissarı Pavel Skorek turnirin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın bir idman ölkəsinə çevrildiyini dedi, idmaçılarımızın qazandığı nailiyyətlərdən danışdı; BVİ-nin prezidenti Pet Makkueydin adından iştirakçıları təbrik etdi və vurğuladı ki, bu yarış beynəlxalq federasiyanın təqviminə edilən xoş əlavədir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov, öz növbəsində, ölkəmizin iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl yerlərdən birini tutduğunu vurğuladı, bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısı göstərildiyini bildirdi. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir, olimpiya idealları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə İdman ili elan olunub. Gənclərin idmanla müntəzəm məşğul ola bilmələri üçün yeni idman və olimpiya kompleksləri, stadionlar tikilir. Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir.

Yelena Çalıx 1-ci oldu

Çıxışlardan sonra dövlət himni səsləndirildi, üzərində veloturun loqosu olan şarlar havaya buraxıldı, velotura rəsmən start verildi.
İlk gün qadınlar mübarizəyə başladılar. Şəxsi yarışda velosipedçilər 25 kilometr məsafəni qət etdilər. Bu mərhələdə qalib Azərbaycan idmançısı Yelena Çalıx oldu. London oyunlarının lisenziyaçısı 34 dəqiqə 57 saniyə nəticə göstəridi.
Kişilər arasında keçirilən ilk mərhələ yarışında 18 komanda 30 kilometr məsafəyə yürüş etdi. Rusiyanın “İtera Katyuşa” klubu finiş xəttinə 36 dəqiqə 38 saniyəyə çataraq, qalib oldu. Qazaxıstan millisi 2-ci, Almaniyanın “Specialized Consept Store” klubu 3-cü yer tutdu.
Yarışda fərqləndikləri üçün “İtera Katyuşa” klubunun velosipedçisi Aleksandr Qriqoryev “Ata Holding”in göy, Qazaxıstan millisinin üzvü Roman Semyonov “Azpterol”un yaşıl, “Specialized Consept Store”nin idmançısı Emanuel Buxman “Paşa Holding”in qırmızı, Tural İsgəndərov “Sinerji Group”un “Odlar yurdu” köynəkləri ilə mükafatlandırıldılar. İlk üç yerin sahibinə kubok təqdim edildi.
Yarış başa çatdıqdan sonra “Hilton Bakı” mehmanxanasında qaliblər mətbuat konfransı keçirdilər. Ölkəmizdə ilk dəfə belə mötəbər yarışın keçirilməsinin əhəmiyyətindən danışan Yelena Çalıx qələbə qazandığı üçün fərəhləndiyini bildirdi: “Əsas hədəfim London Yay olimpiya oyunlarıdır. Hazırda bu istiqamətdə hazırlaşır və öz üzərimdə işləyirəm. İnanıram ki, Londonda qələbə qazanıb, azarkeşlərimi bir daha sevindirəcəyəm”.

İlk cəhddə fərqləndi

Mayın 10-da velosipedçilər 2-ci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 kilometr məsafə, o cümlədən, Böyük Qafqaz dağlarında 3 yüksəklik qət etdilər. 150 km-dən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatdı və enişli yolla İsmayıllıya - finiş xəttinə istiqamətləndi. Bu mərhələdən başlayaraq, velosipedçiləri KİV nümayəndələri də izlədilər. Ümümən, yürüşçüləri 50-yə yaxın heyət müşayiət etdi. Pelaton daim qida və su ilə təhciz olunurdu. Hər ölkəyə bir “Şkoda” markalı avtomobil təhkim edilmişdi. Həmin maşınların banında ehtiyat velosipedlər vardı.
Yolda bizi Qəbələyə aparan avtobus xarab oldu. Qrupa daxil digər nəqliyyat vasitəsinə keçənədək, yürüş iştirakçıları bizi ötdülər. Onları hər vəziyyətdə ötmək yasaq olduğundan, finişə anında çata bildik.
2-ci mərhələdə qalib adını ispaniyalı Rubio Hernandes qazandı. 1-ci yerin sahibi məsafəni 4 saat 41 dəqiqə 39 saniyəyə başa vurdu. 2 mərhələnin lideri əlcəzairli Yusif Regigi oldu. O, pireneyli həmkarından 12 saniyə geri qaldı. Azərbaycan komandasından ən yaxşı nəticəni Qurban Tağıyev göstərdi. O, finişə qalibdən 18 dəqiqə gec çatdı. “İdman”a açıqlamasında gənc velosipedçi dedi:
- Komanda yoldaşlarım arasında yaxşı nəticə göstərəcəyimi gözləmirdim. Amma ilk dəfə peşəkar yarışda iştirak etməyimə rəğmən, həyəcan hiss etmədim. Yerli olduğum üçün yola bələd idim. Yarış mənə rahat keçdi. Amma öz üzərimdə hələ çox işləməliyəm. Hədəfim növbəti olimpiadaya vəsiqə qazanmaqdır.

Tural İsgəndərov söz verdi

3-cü mərhələ Qəbələdən 20 kilometrlik enişli yolla başlandı. Yürüşçülər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət etdilər. Ümumilikdə 160 km-lik çətin keçilən məsafəni geridə qoyan yarış iştirakçıları 782 metrlik yoxuşlu yolla finiş xəttinə, Qəbələyə çatdılar. Beynəlxalq veloturun 3-cü mərhələsində qalib adını Dmitri Vernidub qazandı. Rusiyalı velosipedçi məsafəni 4 saat 51 dəqiqəyə qət etdi. 2-ci yeri əlcəzairli Yusif Regigi tutdu. Dünya Velosipedçilər Mərkəzini təmsil edən idmançı qalibdən 1 metr geri qaldı. O, ilk 3 mərhələnin yekununda liderliyini davam etdirməklə, ara məsafələrdə ən çox xal toplamaqla göy köynəyə də sahib çıxdı. 3-cü pilləni ukraynalı Maksim Vasilyev tutdu. Bundan öncəki mərhələnin qalibi Rubio Hernandes bu dəfə 4-cü oldu. Dağ yürüşündə ən çox xal yığan qazaxıstanlı Bəxtiyar Qozatayev qırmızı köynəyə sahib çıxdı.
Azərbaycan komandasından ən yaxşı nəticəni Tural İsgəndərov göstərdi. O, finişə qalibdən 53 saniyə gec çatdı. 20 yaşlı idmançıya “Odlar yurdu” köynəyi təqdim edildi. İdman.com.az saytına açıqlamasında perspektivli velosipedçi bunları söylədi:
- Dünən keçirilmiş Bakı - İsmayıllı marşrutu çox ağır idi. Ona görə müvafiq taktika ilə hərəkət edərək, gücümü qorudum. Yaxşı nəticə göstərdiyimə görə sevincliyəm. Həmyerlilərim arasında mərhələni birinci başa vurduğuma görə mənə xüsusi köynək verdilər. Onu sonadək özümdə saxlamaq istəyirəm.
Bu mərhələdə 90 idmançı iştirak etdi. Qaydaya əsasən, hər hansı bir raundda finişə çatmayan velosipedçi rəqabətdən xaric olunur.
Axşam federasiya KİV əməkdaşlarına Qəbələnin məşhur «Xan bağı» restoranında ziyafət təşkil etdi. Orada nəzərimdən qaçmayan bir məqam ezamiyyəboyu gülüş hədəfimizə çevrildi. Belə ki, bizim məclisin 2 qonaq iştirakçısı - yarış qaliblərinə öpüş hədiyyə edən xanım qızlar mətbəximizə yad olan təam sifariş etdilər. Əvvəlcə bunun zarafat olduğunu zənn etdik. Amma sonradan anladıq ki, nərmə-nazik qızların həqiqətən də könüllərindən qurbağa əti yemək keçirmiş.

Yenə “Odlar yurdu”

4-cü mərhələnin başlanması üçün iştirakçılar İsmayıllıya yollandılar. 35 kilometrdən sonra pelaton Qəbələyə çatdı. Burada yarış iştirakçıları 12 dövrə vurdular. İdmançılar hər dövrə çərçivəsində 798 metrlik hündürlüyə qalxdılar. Bu mərhələdə yürüşçülər ümumilikdə 114 km məsafə qət etdilər. Sözü gedən raundda da qalib adını rusiyalı Gennadi Tatarinov qazandı. O, məsafəni 2 saat 41 dəqiqə 18 saniyəyə keçdi. 2-ci yeri Maksim Vasilyev tutdu. Ukraynalı velosipedçi qalibdən 17 saniyə geri qaldı. Donetsk klubunu təmsil edən idmançı ara və ümumi finiş məsafələrində ən çox xal yığaraq, yaşıl köynəyə sahib çıxdı. İlk üçlüyü qazaxıstanlı Maydos Telegin qapadı.
Əlcəzairli Yusif Regigi yarış ərzində liderliyini qorudu. Dünya Velosipedçilər Mərkəzinin şərəfini qoruyan idmançı yenə göy köynəyə yiyələndi. Dağ yürüşündə ən çox xal yığan qazaxıstanlı Bəxtiyar Qozatayev dünənki uğurunu təkrarladı - qırmızı köynək aldı.
Mayın 11-də də Azərbaycandan ən yaxşı nəticəni Tural İsgəndərov göstərdi. O, finişə qalibdən 1 dəqiqə 10 saniyə gec çatdı. Gənc idmançı növbəti dəfə “Odlar yurdu” köynəyinə yiyələndi.
4-cü mərhələdə 88 idmançı iştirak edirdi. Onlardan 73-ü finişə çatdı.

Lider sonacan dəyişmədi

Yarışın 5-ci raundunun keçirilməsi üçün iştirakçılar Bakıya döndülər. Sonuncu mərhələdə onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 km olmaqla, 10 dövrə vuraraq, yarışı başa çatdırdılar. Bu rəqabətdə qazaxıstanlı Nurpolad Qulubetov 1-ci oldu. O, məsafəni 2 saat 57 dəqiqə 16 saniyəyə qət etdi. Növbəti yeri bundan əvvəlki mərhələnin qalibi Gennadi Tatarinov tutdu. Rusiyalı idmançı qalibdən 6 saniyə geri qaldı. Fil Dişi Sahilindən olan İssaka Sisse finişi 3-cü keçdi. O, şimallı velosipedçiyə bir neçə addım uduzdu. Tural İsgəndərov bizdən yenə ən yaxşı oldu. 20 yaşlı sprinter 3 saat 16 dəqiqə 7 saniyə nəticə göstərdi.
2-ci mərhələdən liderliyi ələ alan Yusif Regigi, üstünlüyünü sonadək qorudu. Göy köynəyə yiyələnən əlcəzairli velosipedçi şəxsi yarışda qalib adını qazandı. Ara və yekun finiş məsafələrində ən çox xal toplayan Maksim Vasilyev yaşıl, dağ keçidlərində qalib gəlmiş Bəxtiyar Qozatayev qırmızı köynəyə sahib çıxdılar. Komanda hesabında “İtera Katyuşa” 1-ci (43.51.04), Dünya Velosipedçilər Mərkəzi 2-ci (43.51.20) və İSD “Donetsk regionu” 3-cü yer (43.52.50) tutdular.
Veloturda 65 iştirakçıdan 21-i finiş xəttinə çatmadı.

“Tur de Azerbaijan”a doğru

Yarış başa çatdıqdan sonra “Hilton Bakı” mehmanxanasında mətbuat konfransı keçirildi. Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bu cür irimiqyaslı yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu bir daha qeyd etdi, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdi. AVİF-in rəhbəri analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırdı, bu istiqamətdə Beynəlxalq Velosipedçiler İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söylədi.
UCİ-nin prezidenti Patrik Mcquayd Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu dedi. O, veloturun yüksək səviyyədə təşkil olunduğuna görə ölkə rəhbərliyinə və AVİF-ə təşəkkürünü bildirdi. Qonaq qeyd etdi ki, Azərbaycanda gələcəkdə mötəbər yarışlar təşkil oluna bilər: “Beynəlxalq arenalarda “Tur de Frans” və “Djiro de İtaliya” kimi məşhur yarışlar var. Yaxın gələcəkdə “Tur de Azerbaijan” da keçirilə bilər.

Kamran HACI
Bakı-Qəbələ-Bakı
Xəbər 2552 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
11.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru