Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
Tarix: 10.06.2013 | Saat: 19:54:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

31 may – 8 iyunda Belarus paytaxtı Minskdə usta boksçular arasında Avropa çempionatı keçirildi. Yarışda 38 ölkədən 208 idmançı iştirak etdi. Mübarizə aparanlar sırasında Azərbaycan millisi də vardı. Komandamız orada baş məşqçi Vladimir Zolotaryov və çalışdırıcı Nəriman Abdullayevin rəhbərliyi ilə tam heyətlə təmsil olundu.
Qitə çempionatı Minskin “Dvorets sporta” qurğusunda keçirildi. Yarışı İngiltərənin BBC, Rusiyanın ORT və ölkəmizin “İdman Azərbaycan” telekanalları canlı yayımladı.

Mayın 30-da qitənin ən güclülərinin yarışının püşkatması keçirildi. Püşkə əsasən, Azərbaycan boksçuları mübarizənin 2-ci günündə rinqə çıxdılar. Bizdən ilk olaraq Elvin İsayev (60 kq) döyüşdü. Həmyerlimiz uelsli Cozef Kordina ilə qarşılaşdı. Hər 3 raundda üstün olan Elvin növbəti mərhələyə adladı - 29:28, 30:27, 29:28.
Təcrübəli Samir Məmmədov (56 kq) da iyunun 2-də mübarizə apardı. 2006-cı ilin Avropa çempionatının gümüş mükafatçısı xorvatiyalı Mirsad Əhmədi ilə üz-üzə gəldi. Həmyerlimiz 2-ci raundda rəqibini noqdauna saldı. Gərgin rəqabətdə təmsilçimiz hər 3 hissəni 30:26 hesabı ilə qalib başa vurdu.
Soltan Migitinovun ailəsində baş vermiş faciə səbəbindən onu son anda əvəzləyən Elnur Süleymanov (75 kq) Ermənistan təmsilçisi Arman Hovhikyanla qarşılaşdı. İdmançımız bu yaxınlara qədər 69 kq çəkidə çıxış etdiyindən, ilk qarşılaşma onun uçün asan olmadı - nəticədə, gərgin döyüşdə həmyerlimiz uduzdu.
69 kq-da döyüşən Tamerlan Abdullayev “B” rinqində 2010-cu ilin Avropa çempionu macarıstanlı Balasz Başkai ilə qarşılaşdı. Hər 3 raundda fəal olan boksçumuz titullu həmkarını sıradan çıxardı – 30:27, 29:28, 29:28.

“Dvorets sporta”da Azərbaycan sözü

Yarışın növbəti günü Azərbaycan idmançılarından ilk olaraq Rauf Rəhimov (81 kq) rinqə çıxdı. Təssüf ki, 2011-ci ilin gənclər arasında Avropa çempionu hollandiyalı Petr Mullenberə uduzdu. Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə aldı – 29:27, 29:27, 29:26.
Günorta proqramında rinqə çıxan Heybətulla Hacəliyev (64 kq) ehtimalları alt-üst etdi. Milli komandamızın aparıcı üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəldi. Görüşün nəticəsində hər 3 hakimin rəyi onun xeyrinə oldu – 30:27, 29:28, 29:28.
52 kq-da çıxış edən Elvin Məmişzadə ispaniyalı Xose de la Nievadan güclü oldu – 30:27, 29:28, 29:28.
İyunun 4-də keçirilmiş görüşlərdə də boksçularımız qələbələri ilə bizi sevindirdilər. Elvin İsayev 2009-cu ilin dünya çempionu Detelin Dalakliyevi məğlub etdi – 29:28, 29:28, 30:27.
Son Avropa çempionu Salman Əlizadə (46-49 kq) qitə çempionatında ilk görüşdə qələbə qazandı. O, İsrail idmançısı David Albridanı məğlub etdi. Hər 3 hakim 30:27 hesabı ilə həmyerlimizə üstünlük verdi.
Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) da 1-ci görüşdə sevindi. O, Xorvatiya idmançısı Marko Kaliçi üstələdi – 30-27, 30:27, 30:27.
Axşam, saat 21:00-da başlayan görüşlərdə Samir Məmmədov da adını 1/4 finalçılar sırasına yazdırdı. Təcrübəli boksçumuz Pekin olimpidasının bürünc mükafatçısı Vyaçeslav Qojanı mübarizədən kənarlaşdırdı.
Sevindiricidir ki, Tamerlan Abdullayev (69 kq) 2-ci döyüşündə yunanıstanlı PavlosTsagrakosu məğlub etməklə, günü maksimum nəticə ilə başa vurmağımıza səbəb oldu.
Qeyd edim ki, Avropa çempionatının görüşlərini Minskdə yaşayan həmyerlilərimiz də izləyirdilər. Onların arasında məhşur idmançı Zabit Səmədov da vardı.

Yarımfinala 4 boksçumuz çıxdı

İyunun 5-də yarımfinala çıxış uğrunda son döyüşlər keçirildi. Bizdən arenaya ilk olaraq Salman Əlizadə daxil oldu. O, “A” rinqində gürcüstanlı Dato Nanava ilə görüşdü. Gərgin keçmiş görüşdə son Avropa çempionumuz 17 yaşlı rəqibini üstələdi - 10:9, 10:9, 9:10.
“B” rinqində Samir Məmmədov ermənistanlı Aram Avaqyanla üz-üzə gəldi. Gərgin görüşdə boksçumuz həmkarından daha fəal olsa da, hakimlər qələbəni rəqibə verdilər - 28:29, 30:27, 28:29.
Günorta təşkil edilən döyüşlərdə Heybətulla Hacıəliyev “B” rinqində moldovalı Dmitri Qalaqotla qarşılaşdı. Qitə çempionatının bürünc mükafatçısı çox çalışsa da, dəqiq zərbələri yetərincə olmadı və məğlub oldu - 28:28, 29:28, 27:30.
Aparıcı boksçumuz Teymur Məmmədov yarımfinal uğrunda qarşılaşmada irlandiyalı Tomas Makkartini məğlub etdi.
Nəhayət, Məhəmmədrəsul Məcidov (+91 kq) da mübarizəyə qoşuldu. Qızıl medal iddialılarından sayılan boksçumuz 1/4 finalda rumıniyalı Mihay Nistorla üz-üzə gəldi. London olimpiadasının bürünc medalçısının rəqibin güclü zərbələri önündə aciz qaldığını görən rinq hakimi 2-ci raundda görüşü saxladı və qələbəni Məhəmmədrəsula verdi.
Axşam saat 21:00-da başlanan görüşlərdə Elvin İsayev rusiyalı Dmitri Polyanski ilə qarşılaşdı. İlk raundda həmyerlimiz üstün olsa da, sonradan təşəbbüsü əldən verdi və yekunda uduzdu. Tamerlan Abdullayevin də rəqibi rusiyalı idmançı oldu. Gərgin döyüşdə Aleksandr Besputin sevindi.
“A” rinqində Elvin Məmişzadə macarıstanlı Norbert Kaluja ilə görüşdü. Hər 3 hissədə fəal olan idmançımız, yarımfinala adlayan 4-cü boksçumuz oldu.

İyunun 6-da yarışda istirahət günü idi. Bundan istifdə edib, şəhərin gəzməli-görməli yerləri ilə tanış olmaq qərarına gəldim. Düzünə qalsa, Minskdə, ümumiyyətlə, Belarusda ilk dəfə olurdum. Bu şəhər haqqında çox eşitmişdim. Amma eşitmək ayrı, gözlə görmək ayrı.
Belarus paytaxtı adi sovet şəhəri olsa da, bir müddət əvvəl başlamış geniş miqyaslı tikinti işləri Minski müasirləşdirir, inkişaf etdirir və Avropa şəhərləri cərgəsinə çıxarır. Ötən günlər ərzində izlədiyim boksçular arasında Avropa çempionatı son vaxtların ən mötəbər beynəlxalq tədbiri sayılmayacaq. Gələn il Minsk daha möhtəşəm tədbirə, buz üstündə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla bağlı Çijovka rayonunda müasir idman kompleksi tikilir; yollar çəkilir, enlənir və genişlənir. Bir müddət sonra arenanın ucalacağı Daşkənd prospekti abad görkəm alacaq. Çijovka rayonundakı mehmanxanada yerləşdiyimdəm, vaxtaşırı oradakı gedişatı canlı izləmək imkanı qazanırdım.
Yerlilərin söylədiyinə görə, hazırda bu ölkənin əhalisi 10 milyon nəfərdir. Onlardan 2 milyonu paytaxtda yaşayır. Əlbəttə, ərazicə böyük məmləkət üçün bu, aşağı göstəricidir. Nəzərə alaq ki, Belarusdan ərazicə qat-qat kiçik olan Azərbaycanda əhalinin sayı 9 milyonu ötüb.
Bakıda sütunsuz metro bir neçə il əvvəl tikilsə də, Minskdə deyərdim, bu, sovet dövründən var. Üstəlik, yeraltı nəqliyyat bizdəki kimi basırıq olmur. Şəhərdaxili nəqliyyatda iri həcmli avtobuslara üstünlük verilir. Paytaxtımızdan fərqli, Minskdə indi də tramvay və trolleybuslar şütüyür.
Gediş haqqını ödəmək üçün, dayanacaqların yanında yerləşən köşkdən bilet almalısan. Sərnişin nəqliyyatına daxil olanda, bileti, sovet dövrundə olduğu kimi, tutacaqların ortasında yerləşən düymədə “möhürləməlisən”. Mənə elə gəldi ki, orada hamı gediş haqqını ödəmir. Ya da, ola bilər, çoxunda aylıq gediş kartı var.
Diqqətimi çəkən başqa məqam şəhərin əksər rayonlarında fəaliyyətdə olan 4-mərtəbəli “Dom bıta”lar oldu. Öyrəndim ki, orada əhaliyə müxtəlif xidmətlər göstərilir: ayaqqabı, xəz-dəri, zərgərlik və elektrik cihazlarının təmiri, kimyəvi təmizləmə, bərbərxana, paltar tikişi, foto çəkilişləri və sair. Bir sözlə, eyni zamanda bir neçə xidmətə ehtiyac duyduqda, ora-bura qaçmaq lazım deyil, hamısi bir binada cəmlənib.
Düzü, Belarus paytaxtı dəbdəbəli olmasa da, yaşıllığı, təmizliyi və səliqə-sahmanı ilə məndə xoş ovqat yaradırdı. İnsanları mehriban, gülərüz və düzgündürlər. Qısası, isti aylarda Minskdə olmağa dəyər.

“Ən super oğlan”

Həftəsonu Avropa çempionatında yarımfinal görüşləri baş tutdu. Bizdən ilk olaraq mübarizəyə Salman Əlizadə qoşuldu. Onun rəqibi irlandiyalı Patrik Barnes oldu. Üstün boks nümayiş etdirən adalı idmançı həlledici mərhələyə yüksəldi.
Gündüz təşkil edilən qarşılaşmalarda çempionluğa iddialılardan sayılan Teymur Məmmədov ukraynalı Denis Poyatskla münasibətinə aydınlıq gətirdi. Gərgin mübarizədə həmyerlimiz hər 3 raundda 29:28 hesabı ilə qalib gələrək, finala adladı.
Saat 21:00-da başlayan görüşlərdə rinqə Elvin Məmişzadə çıxdı. İdmançımız uelsli Endryu Selbi ilə üz-üzə gəldi. Gərgin mübarizədə təmsilçimiz üstün görünsə də, qələbəni rəqib qazandı.
Məhəmmədrəsul Məcidov (+91 kq) isə döyüşmədən finala çıxdı. Onun belaruslu həmkarı dünya çempionumuzla görüşməkdən imtina etdi. Beləliklə, finalda 2 rinq ustamız döyüşmək imkanı qazandı.
İyunun 8-də “Dvorets sporta”da son görüşlər keçirildi. 91 kq-da çıxış edən Teymur Məmmədov rusiyalı Aleksey Yeqorovla qarşılaşdı. Yarımfinal rəqabətində sol əlindən zədələndiyindən, təmsilçimizin bu görüşdə rinqə çıxmağı sual altında idi. Həkimlərin səyi nəticəsində döyüşə çıxmaga qərar verən Teymurun zədəsi mübarizənin gedişində sözünü dedi və idmançımız görüşü dayandırmaq məcburiyyətində qaldı. Halbuki bu döyüşdə o, hesabda öndə idi.
Ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov da şimallı boksçu, London olimpiadasının bürünc mükafatçısı Sergey Kuzminlə münasibətinə aydınlıq gətirdi. Üstün döyüş nümayış etdirən dünya çempionumuz sonda Avropa çempionu oldu.
Ötən il Ankarada keçirlmiş eyni yarışda Azərbaycan boksçuları 2 qızıl və 1 bürünc medal qazanmışdılar. Bu dəfə mükafatların əyarı yüksək olmasa da, sayı çox oldu.
Qeyd edim ki, bu yarışda hakimlər briqadasında ölkəmizi Rövşən Hüseynov təmsil etdi. Yarışda fərqlənənlər sırasında yer alan gənc referi təşkilatçılar tərəfindən xüsusi mükafat aldı.
Qayıdış biletimə əsasən, Avropa çempionatı bitən gün, yəni iyunun 8-də, gecə Bakıya geri dönməli idim. Minsk şimal şəhəri olduğundan, hava orada tez-tez dəyişirdi. Həmin gün yenə yağmurlu oldu. Qısamüddətli yağış yağdı, havanın temperaturu xeyli aşağı düşdü. Avtovağzaldan Minsk hava limanına gedərkən, çoxdan görmədiyim mənzərənin şahidi oldum: mavi səmada göy qurşağı peyda oldu.



Xəbər 3089 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru