Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/06 | 21:22 Kriştiano Ronaldo Avropanın ən yaxşı hücumçusu seçilib
05/06 | 18:35 Kiyev 2021-ci ildə keçiriləcək badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək
05/06 | 17:02 “Aze Nakhcıvan-Köln” Futbol Klubuna stadion tikilir
05/06 | 16:43 “Bayer” futbolçusunu “Real”a 80 milyon avroya satmaqdan imtina edib
05/06 | 15:35 “Nyu-York Niks” Mayk Vudsona tapşırıla bilər
05/06 | 15:00 Azarkeşlər Formula 1 Braziliya Qran-Prisini tribunalardan izləyə biləcəklər
05/06 | 14:34 MBA növbəti mövsümə dekabrda başlayacaq
05/06 | 14:02 Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək
05/06 | 13:40 Beynəlxalq Gimnastika Federasiyası daha bir mötəbər yarışın tarixini açıqlayıb
05/06 | 13:09 Futbol üzrə İtaliya kubokunun təqvimi müəyyənləşib
05/06 | 12:52 Azərbaycan-İspaniya oyunu təxirə salınmayacaq
05/06 | 12:23 Soçidə iki Formula 1 Qran-Prisi təşkil edilə bilər
05/06 | 11:46 Yaponiya höküməti “Tokio-2020”nin sadələşdirilmiş qaydada keçirilməsi ilə bağlı danışıqlar aparır
05/06 | 11:12 Tokio Olimpiadasına qalan müddətin sayılması ilə bağlı tədbirlər ləğv olunacaq
05/06 | 10:54 Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib
05/06 | 10:08 Velosiped üzrə dünya çempionatı gələn il Aşqabadda keçiriləcək
05/06 | 09:54 Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirdə iştirak edəcək
04/06 | 21:42 “Neftçi” klubu yoxlama oyunu keçirəcək
04/06 | 21:13 FIFA Rusiya klubuna transfer qadağası qoyub
04/06 | 20:49 Virtual Formula 2 Azərbaycan Qran-Prisinin iştirakçıları müəyyənləşib
04/06 | 20:14 İdman gimnastikası üzrə Avropa çempionatının ev sahibliyi Azərbaycana həvalə olunub
04/06 | 20:05 “Sabah” klubu iki futbolçu ilə müqavilə imzalayıb
04/06 | 19:03 Təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku üçün yeni tarix müəyyənləşib
04/06 | 18:54 “Pekin-2022”nin iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək
04/06 | 18:50 MOK Mətbuat Günü münasibətilə yazı müsabiqəsi elan edir
04/06 | 17:23 Çinin Hançjou şəhərində Asiya Oyunları üçün yeraltı kompleks tikilir
04/06 | 17:02 “Mançester Siti” və “Real Madrid” klublarının tanınmış futbolçuları Azərbaycan Qran-Prisində güclərini sınayacaqlar
04/06 | 16:16 Formula 1 Meksika Qran-Prisi vaxtında keçiriləcək
04/06 | 15:13 “Mançester Siti” klubu “Milan”ın əlcəzairli futbolçusu transfer etmək istəyir
04/06 | 15:00 “Neftçi Esports” E Milli Liqaya qələbə ilə başlayıb
04/06 | 14:46 Futbol üzrə Macarıstan kubokunun sahibi müəyyənləşib
04/06 | 14:05 Volf mövsümün sonunda Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib
04/06 | 13:53 Milli Basketbol Assosiasiyası mövsümün bərpa olunacağını elan edib
04/06 | 13:31 Futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib
04/06 | 12:49 Bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Bu Premyer Liqa da qalmaqalla başladı
Tarix: 06.09.2012 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

Ötən ay Azərbaycan Premyer Liqası start götürdü. Ötən çempionatda olduğu kimi, XXI futbol yarışması da qalmaqalla başladı. Maraqlıdır ki, hər 2 birincilikdə ilk gərginlik 3-cü turda təsadüf etdi. Keçən Premyer Liqada «İnter» - «Bakı» matçında qarışıqlıq qeydə alınmışdısa, bu dəfə insident «Xəzər Lənkəran» - «İnter» görüşündə baş verdi. Fərq ondadır ki, ötən hadisədə «bankçılar» mübarizənin 3 dəqiqə qalmış hakimin onların qapısına oyun ərzində 2-ci penaltini təyin etməsinə etiraz olaraq, rəqabəti davam etdirməkdən boyun qaçırmışdı. Bu dəfə isə olaylar başqa gür cərəyan edib: qarşılaşmanın sonunda 2 komandanın futbolçuları dava salıblar. Belə ki, matçın final fiti səslənən kimi «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadze, onun həmyerlisi İliya Kandelaki ilə «Xəzər Lənkəran»ın futbolçuları Elnur Allahverdiyev, eləcə də Branimir Subaşiç və Sadio Tunkara əlbəyaxa olublar. Qalmaqala səbəb Kandelakinin matçın sonlarında Tunkaranın ünvanına irqçi söyüşlərlə təhqir etməsi olub. Hər halda, «gəmiqayıranlar» bu barədə baş hakim Əliyar Ağayevi də məlumatlandırıblar. Güman ki, hadisə ilə bağlı açıqlamalar zamanı tam təfərrüatı da öyrənmək mümkün olacaq.

Premyer Liqanın belə məcrada başlaması yaxşı heç nə vəd etmir. Son çempionatlardakı gərginliyi nəzərə alsaq, vəziyyətin yaxşılığa doğru düzəlmədiyini görürük. Elə ötən yarışda olan hadisələri yada salaq: Premyer Liqada nə istəsən baş verdi.

«İnter» - «Bakı» matçında ev sahibləri oyunu davam etdirməkdən boyun qaçırdılar, «Qəbələ» - «Neftçi» görüşündə azarkeşlərin qarşıdurması nəticədə «ağ-qaralar»ın bir neçə fanatı xəstəxanaya düşdü; Tovuzda «Turan» - «Qarabağ» görüşündə baş hakim Rauf Cabbarovun referilərin otağında döyülməsi son dövrün ən səs-küylü hadisə oldu; «Xəzər Lənkəran» - «İnter» oyununda isə çoxdan rastlaşmadığımız hadisə baş verdi: yerli azarkeş qonaq komandanın baş məşqçisi Kaxabar Sxadadzenin başına yabançı əşya atdı. Qalmaqallı futbol mövsümü elə qalmaqalla sona çatdı. «Bakı» və «Neftçi»nin 15 yaşlılardan ibarət komandalarının final mübarəzisində, «ağ-qaralar»ın 1:0 qalib gəldiyi hesabla barışmayan əks düşərgə matçdan sonra gərgiklik yaratdı. Nəticədə kütləvi dava baş verdi.

Bizdə hələ ki, böyük oyun mədəniyyəti formalaşmayıb. Amma rəqabət artıb, şərtləri ağırlaşdıqxa bu problemlərin qarşısını almaq xeyli çətinləşəcək. Yekunda itirən də, uduzan da Azərbaycan futbolu olacaq. Yarış təşkilatçsısı kimi PFL əslində elə indidən dünyada baş verən prosesləri də izləmək bacarığını göstərməlidir. Xatırlayırsınızsa, Misirdə böyük tələfatla nəticələnən hadisə onu göstərdi ki, hakim obyektiv qərar verməyəndə, fanatlar hisslərini cilovlaya bilmir və emosiyalarını çılğın hərəkətləri ilə söndürürlər. Belədə, yekunda stadionda iğtişaş baş verir və böyük fəsadlar yaranır.

Götürək elə Türkiyəni. Hələ də bu ölkədə nə azarkeşləri, nə də hakimlərlə bağlı şişirdilmiş qalmaqalların qarşısını ala bilmirlər. Səbəb isə məlumdur - artıq azmanlaşmış klublar yarış təşkilatçılarının diktəsi ilə barışmaq istəmirlər. Bu ölkədə medianın da xüsusi məlum bölünmə və cəbhələşmə prinsiplərini nəzərə alsaq, bu nümunənin Azərbaycanı da gözlədiyi şəksizdir. Təkcə baş verənləri deyil, müxtəlif ölkələrin təcrübəsinə baxmaq heç də pis olmazdı. Məncə, Peşəkar Futbol Liqası olanlardan nəticə çıxarmalı, kardinal qərarlar verməli, düzgün və obyektiv addımlar atmalıdır. Futbol da bir mədəniyyətdir. PFL təqvim düzəldib, yarış keçirməklə yanaşı, fəaliyyət dairəsində bu mövzunu aktuallaşdırmalıdır. Hələ bu təşkilatın bundan çox vəzifələri olmalıdır. Vaxtı gələndə, onları da bir-bir sadalayarıq.

Xəbər 1899 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
11.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru