Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
London Olimpiadası günbəgün yaxınlaşır - I yazı
Tarix: 05.04.2011 | Saat: 09:00:00 | E-mail | Çapa göndər
Açılış mərasimi gələn il iyulun 27-də London olimpiya stadionunda olacaq 30-cu Yay Olimpiya Oyunlarına doğru say başlandı. Təntənəli açılış mərasiminin keçiriləcəyi gündən bizi cəmi 500 gün ayırır. Bu ərəfədə ovqatı yüksəltmək və bunu açıq hiss etdirmək üçün təşkilat komitəsi də bir çox işlər görüb. Artıq bir çox arenada ilk sınaq tədbirlər təşkil olunub. Tikinti və təmir-bərpa meydanlarından işlərin gedişi ilə bağlı məlumatlar yayılıb. Ən vacibi isə, həmin günü yaxınlaşdıran əsas məsələyə bilet satışına məhz bu gündən start verilib. Deməli, olimpiadanın təqvimi də bəllidir. Biz isə idmançılarımızın yarış arenasına çıxacağı günlərlə bağlı məlumatları bir qədər ələkdən keçirə bilərik. Doğrudur, ölkəmiz olimpiadaya hələ vəsiqə əldə etməyib. Lakin bu sırada, ənənə üzrə, ən azı, ağırlıqqaldıranların, cüdoçuların, hər üç növdə güləşçilərin və boksçuların olacağını güman etmək olar. Amma bunlardan savayı, idmansevərlərimiz bu olimpiadada əvvəlki illərin ənənəsinin təkrarlanması ilə yanaşı, bəzi növlərdə də uzun illərin həsrətinə son qoyulmasını gözləyirlər. Məsələn, qayıq idmanında 70-80-ci illərin nəfəsinin duyulduğu bir vaxtda idmançılarımızın olimpiya meydanında qüvvələrini sınaması xoş təəssürat oyadardı. Bir sözlə, olimpiadanın başlamasına 500 gün qalır. Gəlin, London-2012-yə doğru həm keçilən yola, həm bu günə, həm də sabaha baxaq.

İlk dəfə bir şəhərdə 3-cü olimpiada

London 3-cü dəfə bu möhtəşəm idman bayramının ev sahibi olacaq və buna görə onun adı olimpiya tarixinə rekordçu kimi düşəcək. İlk dəfə 1908-ci ildə, Roma öz hüququndan imtina etdiyinə görə, olimpiada Londonda keçirilmişdi. O illər olimpiya hərəkatı hələ ayaq üstə dayanmağı öyrənirdi. Sayca 4-cü olan bu oyunlarda iştirakçı sayına görə o özündən əvvəlki olimpiadalara idmançıların cəmindən də çox olimpiyaçını ocağına toplaya bilmişdi. Sonra ona bu hüquq 1948-ci ildə verildi. Bu dövr də müharibədən sonrakı illərə təsadüf etmişdi. Müharibənin ağır, od-alovlu illəri geridə qalsa da, onun vurduğu zərbənin aradan qaldırılması üçün kifayət qədər uzun vaxt gərək idi. Elə bu məqamda olimpizmin, o cümlədən də London-48-in əvəzsiz xidmətləri tarixin yaddaşıdır. Oyunları keçirmək üçün namizədlər kifayət qədər olsa da, 1946-cı ildə keçirilən seçmələrdə, zənnimcə, BOK ən düzgün qərarı verdi: namizədliyi irəli sürülən ABŞ şəhəri olimpiya hərəkatının aparıcı ölkələrindən uzaq, optimal sayılan İsveçrə təmsilçisi isə məhdud imkanlı idi.
İndi tarixin 3-cü dövrüdür. Elə bu dəfə də ən doğru qərar verildiyini söyləmək olar. Çünki Çində möhtəşəm təşkilatçılıq olacağı əvvəlcədən bilinirdi; Bundan sonra olimpiada mütləq xüsusi inkişaf səviyyəsi olan şəhərdə keçirilməli idi. Bu mənada dünyanın ən qocaman mərkəzlərindən biri olan London ən optimal seçimə çevrildi. 2003-cü il iyulun 15-də başlanan seçimlərin son qərarı 2005-ci il iyulun 6-da verildi. Bundan bir il əvvəl şəhərin baş inkişaf planı qəbul edilmişdi və o oyunlara qədər Temza sahillərində yarış üçün optimal imkanlar yaratmağa kömək edəcəkdi. Ən vacibi, şəhər nəqliyyatı təkmilləşdiriləcəkdi. Londonda olimpiya stadionu da inşa edilir. Maraqlıdır ki, onun tikinti xərcləri 30 milyon funt hesablansa da, indi bu rəqəm 250-280 milyon funt arası olacaq. Son illər dünyanı bürüyən iqtisadi böhranı da nəzərə alsaq, olimpiadanın Londonda keçirilməsi BOK üçün daha bir xoş təsadüf sayılmalıdır. Ümumiyyətlə, olimpiadanın inşaat xərcləri 2,4 milyard hesablansa da, bu rəqəmin 5 milyardı aşacağı gözlənilir. Ötən həftə dərc olunmuş məlumatda deyilir ki, olimpiya və paralimpiya oyunlarının ümumi büdcəsi 9 milyard 298 milyon funtdur. Olimpiya naziri Hyu Robertson deyir: «Tikinti işləri vaxtında yekunlaşdırılacaq və hələ ki, hər şey büdcəyə uyğun davam edir». Təşkilat komitəsinin icraçı direktoru Denis Houn isə «hələ qarşıda xeyli ağır işlər var, lakin işlərin 79 faizi artıq başa çatıb» deyir. Yeri gəlmişkən, oyunların başlamasına xeyli vaxt qalsa da, artıq obyektlərin, o cümlədən də olimpiya stadionunun yarışlardan sonrakı aqibəti də məlumdur. Onu «Uest Hem» futbol klubu istismar edəcək. Dövlət naziri Tesa Couell oyunlara hökumətin xərclərinə də aydınlıq gətirib. O 2003-cü ildə 2 milyard 375 milyon funt xərclənməsinin planlaşdırıldığını, bu rəqəmin 4 il sonra 5,3 milyarda çatdığını, indi isə bir qədər də artacağını deyib. Bununla belə qeyd edir ki, bu günə qədər görülən işləri fantastik adlandırmaq olar. Çünki indiki dördə işlərin böyük həcmini problemsiz yekunlaşdırmaq elə də asan məsələ deyil. Artıq ilk obyekt-velodrom da velosipedçilərin ixtiyarına verilib və burada test yarışı da təşkil olunub. Pekin medalçıları Ser Kris Hoy, Viktoriya Pendlton, Ceyson Kenni və Ross Edqardan ibarət Britaniya seçməsinin üzvləri 6 min tamaşaçı qəbul edən arenadan tam məmnun qalıblar.
Bir sözlə, London seçimi artıq indidən, bütün tarixi, sosial-iqtisadi, ictimai-siyasi mənzərə nəzərə alınmaqla, özünü tam doğruldur.

Böyük yolun astanasında

Seçimə doğru keçilən yol da asan olmamışdı. Bu yarışların təşkilatçılığı uğrunda mübaizəyə 9 şəhər atılmışdı. Bunlar Londonla yanaşı, Paris (Fransa), Leypsiq (Almaniya), Nyu York (ABŞ), İstanbul (Türkiyə), Havana (Kuba), Moskva (Rusiya), Madrid (İspaniya) və Rio de Janeyro (Braziliya) idi. 2004-cü il mayın 18-də BOK İcraiyyə Komitəsi onlardan 5-ni yarışda saxlamaqla, qalanlarının namizədliyinin üzərindən xətt çəkdi. Beləcə, BOK-un Sinqapurda keçirilən 117-ci sessiyasında səsvermənin birinci raundunu 15 səslə Moskva (London – 22 səs, Paris – 21, Madrid – 20, Nyu York - 19) tərk etdi. Sonra 16 səslə Nyu York (London – 27, Paris – 25, Madrid – 32) kənarda qaldı. Ən nəhayət, Avropanın 3 nəhəng şəhərinin mübarizəsində cəmi 2 səslə Madrid (London – 39, Paris – 33) uduzdu. 5-ci turda London 54, Paris isə 50 səs topladı.

Yarışa gəzə-gəzə get

Yarışların mərkəzi Londonun şərqində inşa edilən Olimpiya parkı olacaq. Burada hər gün 180 min tamaşaçı Oyunların gedişindən həzz ala biləcək. Əsas arenalar, atletika yarışlarından savayı, açılış və bağlanış mərasiminin də baş tutacağı olimpiya stadionu, su idmanı mərkəzi, velodrom və BMX yarışları üçün yeni inşa olunan mərkəzlərdir. Parkda həmçinin hokkey, basketbol və həndbol arenaları inşa olunur. Ən vacib məqamlardan biri - buradakı olimpiya kəndindən parkdakı arenalara elə ayaqla da getmək mümkündür. Bu yeniliklər öz yerində, lakin əfsanəvi "Uembli"də futbolu, "Uimbldon"da tennisi hansı idmansevər izləmək istəməz ki! Məşhur "Lord Kriket Qraund"da oxatma, "Hors Qardz Pəreyd"də həm də çimərlik voleybolunu, Hayd Parkda triatlonu, Kral artilleriya kazarmasında hədəfin nişan alınmasını izləmək həm də idman tarixinin ən məşhur məkanlarına gələnlərə ikiqat fərəh hissi yaşadacaq.
Ümumiyyətlə, olimpiadanın əksər obyektləri "Böyük London" adlandırılan hissədə keçiriləcək. Olimpiya parkı ilə yanaşı, yarışların məkanı daha iki istiqamətdə yerləşir. Biri "ÇAY ZONASI" adlanır. Temza çayı boyunca 4 idman mərkəzi yerləşəcək. London Sərgi Mərkəzində Azərbaycan idmançılarının da əksəriyyəti mübarizə aparacaq. Burada boks, cüdo, taekvondo, ağırlıqqaldırma, güləş üzrə təmsilçilərimiz qüvvələrini sınayacaqlar. Arenada qılıncoynatma və stolüstü tennis yarışları da keçiriləcək.
"Arena 2" və "Arena Qrinviç"də badminton, basketbol və gimnastikanın bütün növləri üzrə yarışlar keçirləcək. Qrinviç parkında atçılıq və müasir beşnövçülük üzrə yarışlar təşkil olunacaq. Güllə atanlar isə hədəfi Kral artilleriya kazarmasında nişan alacaqlar.
Şəhərin yarışları qəbul edəcək digər hissəsi "MƏRKƏZ ZONA"dır. Burada yuxarıda sadaladığım məşhur mərkəzlər - "Uembli" və "Uimbldon"un da daxil olduğu "Lord laun-tennis ənd Kriket Qraund", "Hors qardz pəreyd", Hayd parkla yanaşı, Ricents park (veloşosse) və "Örlz kort" (voleybol) yerləşir.
Ümumən dördilliyin ən möhtəşəm idman bayramı 10500-dək olimpiyaçının iştirakı ilə, 26 idman növündə 600-dək yarışla 34 məkanda keçəcək. Paralimpiya oyunlarını isə (4200 idmançı 20 növdə) 21 arena qəbul edəcək. Böyük yarış ovqatına Mançester, Qlazqo, Nyukasl, Koventri və Kardiff də köklənəcəklər. Londondan kənarda başqa yarışlar da olacaq: Ueltem Krossda, Broksbördə, Dornidəki eyniadlı göldə avarçəkmə, kanne-kayak mərkəzləri yerləşir. Ueymut və Portlənddə yelkənli idman milli akademiyası var. Hadli qəsri yaxınlığındakı şəhərətrafı parkda mauntinbayksevərlər toplaşacaqlar. Bütün bunlar Şotlandiyadan Uelsə qədər Britaniyaının ərazisinin əksər hissəsi deməkdir.
Olimpiadada 20 min mətbuat təmsilçisinin yarışları işıqlandırması üçün ən rahat şərait yaradılacaq və onlar texnoloji tərəqqinin ən son imkanlarından istifadə edəcəklər.

Rəmzlərin rəmz dünyasında

Yarışın düzgün olmayan dördbucaqlı kimi çəkilmiş emblemi 4 hissədən ibarətdir və hər biri olimpiadanın keçiriləcəyi ilin bir rəqəminin rəmzinə çevrilib. Hissələrdən birində "London", digərində halqalar yerləşdirilib. Göy, yaşıl, narıncı və çəhrayı - emblemin qəbul edilmiş təsvir rəngləridir. Loqonu "Vulf Olinz" şirkəti hazırlayıb və o, 400 min funta başa gəlib.
Yaışın ən vacib atributlarından biri canlandırılmış rəmzlərdir. 2010-cu il mayın 19-da olimpiadanın əsas "dəcəllər"inin adları açıqlanıb: Venlok və Mandevil. Müəllifi Maykl Morpurqo olan rəmzlərin adları 19-cu əsrdə olimpiya oyunlarına bənzər ilk yarışın keçirildiyi Şropşirin Maç Venlok şəhəri və Bukinhemşirdə ilk paralimpiya oyunlarının keçirildiyi Stok Mandevil hospitalından götürülüb. Onların hərəsinin bir gözü var və başlarına velosiped dəbilqəsi keçiriblər. Məhz Maç Venlokda keçirilmiş yarışlar haqqında məlumat əldə edən baron Pyer de Kuberten böyük idman oyunları təşkil etmək fikrinə düşmüş və bu istək onu Yunanıstana, olimpiya oyunlarının vətəninə aparıb çıxarmışdı.

Açılışdan bağlanışa qədər

Olimpiada, qeyd etdiyimiz kimi, 2012-ci il iyulun 27-də start götürəcək. Həmin gün təşkil olunacaq təntənəli açılış mərasimi yerli vaxtla saat 19:30-da başlanacaq və 3 saat çəkəcək. Avqustun 12-nə təyin edilmiş bağlanış mərasiminin də müddəti və keçirilmə saatları belə planlaşdırılır. Martın 15-dən satışa çıxarılan biletlərdən almaq istəyənlərə də məlumat vermək zamanı yetişib.
Açılış günü AA kateqoriyalı ən bahalı biletin qiyməti 2012 funt sterlinqdir. A kateqoriyadan olan oturacağı tutmaq üçün 1600 funt ödəmək lazımdır. Sonrakı 3 kateqoriyadan olan biletlərin qiymətləri isə belədir: 995; 150 və 20,12 funt sterlinq. Bu tədbirdə E kateqoriyalı bilet yoxdur. Bir nəfər cəmi 4 bilet əldə edə bilər.
Bağlanış mərasiminin də biletləri elə bu qayda ilə satılacaq. Lakin bu dəfə qiymətlər bir qədər aşağı olacaq. Onların kateqoriya üzrə sıralanması belədir: 1.500; 995; 655; 150 və 20.12 funt sterlinq.

Mübarizədə kimlər var

Söz yox ki, həmin günlərdə Londonda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı da dalğalanacaq və həmişə olduğu kimi, bu dəfə də idmançılarımızdan fəxri kürsüdə yer gözləyəcəyik. Təbii ki, yarış meydanlarında baş verəcək hər bir hadisə ilə bağlı araşdırma, təhlil və proqnozları yalnız oyunlar ərəfəsində vermək olar. Hələliksə onu qeyd edək ki, bu turnirə ilk vəsiqə əldə edənlər məlumdur. Bu sırada 48 ölkənin təmsilçisinin olacağı indidən qətiləşib. Söz yox ki, ən çox təmsilçisi olan ölkələrin siyahısına təşkilatçı şəhərin yerləşdiyi ölkə, yəni Böyük Britaniya başçılıq edir. Onun bütün proqramlarda təmsil olunma hüququ var. Vəsiqə əldə edənlər arasında isə bu günə qədər ən çox təmsilçi hüququnu ABŞ və Almaniya idmançıları alıblar. Hər iki ölkənin 15 idmançısının lisenziyası indidən var. Sonrakı yerlərdə 13 idmançı ilə Rusiya və 8 güllə və stend atıcısı ilə yanaşı, otüstü hokkey komandasının da vəsiqəsi olan Çin gəlir. Komanda idman növlərindən söz düşmüşkən, artıq bəzi olimpiada iştirakçılarını qeyd etmək də olar. Futbol turnirində Braziliya həm kişi, həm də qadın komandaları ilə təmsil olunacaq. Yeri gəlmişkən, bu ölkə güllə/stend atıcılığı və atçılıq yarışlarına da qatılacaq. Futbolda, bundan əlavə, Uruqvayın kişi, Kolumbiyanın isə qadın seçmələri oynayacaqlar. Həndbolda Fransa (atçılıq və güllə atıcılığında da lisenziyası var), su polosunda Xorvatiya, otüstü hokkeydə Pakistan kişilərin mübarizəsinə qatılacaqlar. Qadın komandalarının mübarizəsinə Norveç həndbolda, Cənubi Koreya otüstü hokkeydə adını yazdırıb. Bu iki ölkənin həm də güllə atıcılığında təmsilçiləri olacaq.
Ən çox lisenziya sahibləri güllə və stend atıcılığı, bir də atçılıqda məlumdur. Güllə atanların yarışında yuxarıda sadalananlardan savayı, ən azı, 7 italiyalı, 5 ukraynalı, 4 serb və elə bir o qədər də çex, hərəsi 3 vəsiqə ilə Belarus, İspaniya, 2 vəsiqəli Kipr, Finlandiya, Slovakiya, Kuba da olacaq. Bundan əlavə, siyahıda Portuqaliya, Meksika, San Marino, Çili, İsveçrə, Qvatemala, Türkiyə, Hindistan, İran, Avstraliya, Avstriya, Argentina, Macarıstan, Dominikan Respublikası, Qazaxıstan və Şimali Koreya da var.
Atçılıq yarışlarının bugünkü lideri isə Belçikadır - 8 vəsiqə. Yeni Zelandiyanın 4, Niderlandın 3 vəsiqəsini də qeyd etmək olar. Ölkələrin adlarının sadalanmasını tamamlamaq istəsək, Yaponiya və Kanadanın hər birinin ən azı 2 növdə təmsil olunacağını qeyd etməklə, veloidmanda Namibiyanın 2 lisenziyasını da göstərməliyik. Bu sırada Özbəkistanın, Eritreyanın, CAR-ın da adı var.

Nə var, nə yox?

Hələ 2005-ci il iyulun 8-də, olimpiadanın Londonda keçirilməsi məlum olandan iki gün sonra BOK beysbol və softbolu olimpiya ailəsindən sildi. Onların əvəzinə proqrama qolf, karate, reqbi-7, diyircəkli sürüşmə və skvoşun salınması təklif olunurdu. Lakin heç biri lazım olan səsi toplamadı. Ötən oyunlarla müqayisədə, yarış proqramında Londonda bir neçə fərqli cəhəti müşahidə etmək olacaq. 2009-cu il avqustun 13-də BOK qadınların da olimpiya boks turnirinə qatılmasına icazə verdi. Onlar 51, 60 və 75 kq çəki dərəcələrində yarışacaqlar. Bunun əvəzində, kişilərin yarışındakı çəki dərəcələrindən biri ləğv olunacaq. Bununla da qadınlar bütün yay idman növlərində mübarizə aparmaq hüququ əldə etdilər. Kişilər isə məlum məsələdir, bədii gimnastika və sinxron üzgüçülükdə iştirak etmirlər.
Tennisdə 1924-cü ildən bu yana ilk dəfə qarışıq qoşaların da mübarizəsi olacaq. Yelkən idmanında "Tornado" sinfində yarışlar ləğv edilib, "İnqlinq" isə "Elliott"la əvəzlənib.
Veloidmanda ilk dəfə kişi və qadınlarda omnium (çoxyerli), qadınlarda komanda təqibetmə yarışı, komanda sprinti və keyrin proqrama salınmaqla, ondan fərdi təqibetmə, xal hesabı yürüş və medison çıxarılıb.
Həndbolda da kiçik dəyişikliklər var. 1/4 finalda məğlub olmuş komandaların 5-8-ci yerlər uğrunda mübarizəsi ləğv olunub.
Müasir beşnövçülükdə yarış formatı dəyişib: qaçış və güllə atıcılığı bir yarış kimi birləşdirilib. Akademik avarçəkmə və hamar səth üzrə kanoe yarışlarında kişi kanoe cütlüklərinin 500 metrə yürüşü qadınların 200 metrə birnəfərlik avar yürüşü ilə əvəzlənib.
500 metrə qalan bütün kişi yarışları isə (birnəfərlik, ikinəfərlik avar, birnəfərlik kanoe) 200 metrə qədər qısaldılıb.

Biletlər

19 gün davam edəcək 26 növ üzrə turnirlərə biletlərin qiyməti 20 funtdan başlayır və ən bahalısı açılış və bağlanış mərasiminə olmaqla, təxminən 2 min funta yaxındır. Satışa cəmi 8,8 milyon bilet çıxarılıb. Onların 90 faizi 100 funt sterlinqdən aşağıdır. İstənilən idman növü üzrə yarışlara ən ucuz biletin sayı 2,5 milyon ədəd, qiyməti 20 funtdur. Biletlərin üzərindəki tarix həmin gün şəhərdəki ictimai nəqliyyatdan pulsuz istifadə hüququ da verir. Bu isə yarış meydanına tamaşaçı dəvətinin ən düşünülmüş təbliği formalarından biridir. Təşkilatçılar meydanlarda gedən mübarizəyə heç marağı olmayan, lakin həmin gur və qələbəlik ab-havasını yaxından duymaq istəyənləri də nəzərə alıb. Onlar üçün xüsusi proqramlar olacaq. Bu mənada gənclər və yaşlılar, ailəvi istirahət etmək istəyələr də xüsusi kateqoriya kimi müxtəlif proqramlarda iştirak edə bilərlər. Eyni zamanda, açıq səma altında keçirilən bir çox yarışlar, məsələn, marafon, triatlon və velosiped yürüşlərini izləmək pulsuz olacaq.
2012-ci il Olimpiadasının yarış proqramı qadınlar arasında futbol turnirinin üç görüşü ilə açılacaq. Qrup mərhələsinin görüşləri rəsmi açılış mərasimindən 2 gün əvvəl Qlazqo, Kardiff və Koventridə başlanacaq.

(ardı var)
Xəbər 2406 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru