Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 06:13:07  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır
Tarix: 17.04.2012 | Saat: 12:16:00 | E-mail | Çapa göndər

İdmançılarda psixoloji vəziyyəti öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Sonra onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.
İdman mübarizəsində üç fəaliyyət üslubu özünü qabarıq göstərir: hücum, əks-hücum və müdafiə. Müşahidələr göstərir ki, əksər hallarda hücum üslubu üstünlük təşkil edir. Bu da təbiidir. Yarış qaydaları tələb edir ki, idmançı müntəzəm olaraq fəal hərəkətdə olsun. Lakin onu da qeyd etmək lazımdır ki, hücum üslubu da, fəaliyyətin özü də fərdi cəhətlərə malik olur. Bu, birinci növbədə, sinir tipinin təzahür dərəcəsi ilə əlaqədardır.
Yarışlarda hücum üslubunun xüsusiyyətləri idmançının maskalanma hallarında (aldadıcı hərəkətlərlə) daha qabarıq meydana gəlir. Güclülər bunu aldadıcı hücumlarla, zəiflər isə yerdəyişmə ilə ifadə edirlər.
Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir.
İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı - idmançı modelinin yaradılmasına səy göstərilməlidir.
Yüksək ixtisaslı idmançıların psixoloji hazırlığında üç mühüm amilin nəzərə alınması zəruridir. Bunlar aşağıdakılardır: müvafiq idman fəaliyyəti şəraitində psixoloji dözümlülüyün təmin olunması; psixi funksiyaların və mənəvi-əxlaqi keyfiyyətlərin təkmilləşdirilməsi, əsas məqsədə nail olmaq və rəqiblə qarşılaşmanın müsbət nəticəsi; fərdi mübarizə üslubunun təşəkkülü, təkmilləşdirilməsi və düzəlişləri.
Hər bir idmançı bu amilləri özünün daxili və xarici imkanlarına istinadən həyata keçirir. “Xarici imkanlar” deyildikdə, böyük turnirlər, əsas rəqiblərin xüsusiyyətləri və onların ustalıq səviyyəsi, yarışın qaydaları, proqramı və s. nəzərdə tutulur.
İdman həyatı, yalnız fiziki qüvvə sərf etməyi deyil, eyni zamanda, psixoloji baxımdan da tələb olunan səviyyəni kəsb etməyi qanunauyğun hal hesab edir. Lakin psixoloji hazırlıq necə olmalıdır, onun meyarı və məqsədəmüvafiqliyi nədən ibarətdir? Bu və ya digər psixi proses və fərdi xassələrin tərbiyə olunması, eləcə də idman növünün özünəməxsus xüsusiyyətləri ilə əlaqələndirilməsi kimi məsələlər tam həll olunmamış qalır. İdmançının yarışlara psixoloji hazırlığı, onun temperament, xarakter, yaş, idman fəaliyyətindəki təcrübəsi, yarışların miqyası, əhəmiyyəti və keçirildiyi şərait və mühitlə əlaqədardır.
Məlum olduğu kimi, fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir. İdman da bir fəaliyyət olaraq, bu iki amili ehtiva edir. İdmançı təlim və məşq gedişində hər iki amili inkişaf etdirir, fiziki və psixoloji hörgülərin əhatəsində taktiki və texniki hazırlığın parametrlərini işləyir, mübarizə yolları və icra proseslərini müəyyən edir.
İdmançının psixoloji hazırlığı haqqında belə fikirlər tez-tez səslənir: “Qələbənin səbəblərindən biri də psixoloji hazırlığın yüksək səviyyədə olması idi”; “Psixoloji hazırlıq zəif olduğundan uduzduq” və s.
Bəs konkret olaraq, psixoloji hazırlıq nədir? Əlbəttə, ümumi şəkildə deyilsə, bu, sarsılmaz inamdır, emosiyaları tənzimləmə qabiliyyətidir, sürətli reaksiyaya malik olmaqdır, analitik təfəkkürdür (qələbə yalnız ağılla qazanılır) və s. Lakin bunlar, həmin keyfiyyətlərin formalaşması yolları, dəqiq təsəvvür edilsə belə, psixoloji hazırlığın hamısı deyildir. Daha nələrə diqqət yetirmək lazımdır?
Öncə, onu qeyd edək ki, məşqçilərimizin çoxu psixologiyaya dair nəzəri biliklərini müntəzəm artırmaq qayğısına qalmır. Əlbəttə, burada söhbət yalnız nəzəri biliklərin toplusundan deyil, həm də onların tətbiqi yollarının, əməli əhəmiyyətinin aydın təsəvvür edilməsindən gedir. Unutmaq olmaz ki, məşqçi üçün qaranlıq olan bir məsələ, idmançı üçün zülmətə çevrilir. Yeri gəlmişkən, Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqogika və psixologiya kafedrası bu məqsədlə öz qapılarını daim açıq saxlayır, hər hansı problemlə bağlı məsləhət verməyə hazırdır.
Təlim-məşq gedişində aparılan psixoloji hazırlıq motivləşdirmə prinsipinin müəyyən olunmasından başlanmalıdır. Motiv nədir? İnsanlar hər hansı bir qüvvənin yönəldici təsirinə məruz qalırlar. İdmançı bu fəaliyyətə gəlişinin səbəbini aydın dərk etməlidir. Məşqçi də öz məşqlərinə bundan başlasa, nəticənin səmərəli olacağına şübhə qalmaz.
Hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirməlidir. Bu məqsəddir. Məqsəd aydınlığı olmayan yerdə fəaliyyətə başlamaq düzgün deyil. Nəticənin necə olacağına biganəlik göstərmək fəaliyyətin məhsuldarlığına yanlış təsir edir. Burada tələbat və maraqların da rolu, təsir gücü və əhəmiyyəti xüsusilə nəzərə alınmalıdır. Həm tələbatın, həm də marağın ictimai mahiyyəti ön plana çəkilməli, şəxsi tələbat və maraqlar ictimai ruhla həmahəng olmalıdır. Belə olduqda, idmançının diqqəti daha da güclənər, yarışlarda məsuliyyət hissi artar, o öz kollektivi, mənsub olduğu idman cəmiyyəti və dövləti qarşısında borcunu daha yaxşı dərk edər.
İdmançının psixoloji hazırlığında psixi proseslərin, duyğular, qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə, hafizə, nitq və hissin, eləcə də fərdi psixi xassələrin - temperament, xarakter və qabiliyyətlərin inkişafına dair fərdi və kollektiv planların tərtibi zəruri sayılır. Burada diffensasiya və inteqrasiya prinsiplərindən də istifadə edilə bilər. Yəni hər bir idmançı fərd kimi hərtərəfli öyrənilər, sonra onun imkanları vahid məqsəd naminə ümumiləşdirilər. Güman edirik ki, bu sahədə “Azərreyl” voleybol klubunun baş məşqçisi Faiq Qarayevin iş üslubu, qazandığı təcrübə bu gün örnək ola bilər. Onun keçirdiyi təlim-məşqləri müşahidə etmək, taktiki, texniki, psixoloji planlarla tanışlıq belə bir qənaətə gəlməyə əsas verir. Adama elə gəlir ki, F.Qarayev hər bir idmançının həm dostudur, həm də düşməni. Elə bil ki, idmançılarını onların özündən yaxşı tanıyır.
İdmançının psixoloji hazırlığı həm də: hərəki fəaliyyətə mükəmməl yiyələnməkdə, məşq və yarışlar zamanı idmançının sabit çıxışını təmin etməkdə, yüksək səviyyədə işgüzarlıq göstərməkdə və ən çətin anlarda fərdi fəaliyyəti davam etdirməkdə, eləcə də şəxsi keyfiyyətlərin bərqərar olunmasında psixoloji funksiyaların əhəmiyyətli rolu nəzərdə tutulur.
Sinir sisteminin düzgün tənzimlənməsi psixoloji finksiyaların tərbiyə olunmasına imkan yaradır. Ona görə ki, əksər hallarda mənfi iradi keyfiyyətlər vegetativ sinir sisteminin fəaliyyətində şərti reflekslərin pozulması ilə əlaqədar olur.
Yuxarıda göstərilənlərin nəzərə alınması idmançıların psixoloji hazırlığına əsaslı təsir edir və onu gücləndirir.

Tomas İsmayılov
ADBTİA-nın Pedaqogika-psixologiya kafedrasının dosenti
Xəbər 19850 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.03.2012 Məşqçinin idmançılarla peşə təmasının psixoloji səpgiləri
29.01.2012 İdman fəlsəfəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru