Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 05:42:39  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Məşqçinin idmançılarla peşə təmasının psixoloji səpgiləri
Tarix: 10.03.2012 | Saat: 11:25:00 | E-mail | Çapa göndər
İdmançının müxtəlif yarış mərhələlərində fəaliyyəti və psixoloji davranışının təmin olunmasında başlıca rolu məşqçi oynayır. Məşqçinin vəzifəsi yalnız idmançının nəaliyyətlərinin təmin edilməsi deyil, həm də hərtərəfli lnkişaf etmiş savadlı, cəmiyyətin mədəni sərvətlərindən istifadə etməklə inkişaf etməkdə olan gəncə kömək etməkdən ibarətdir.
Bu vəzifələrin həyata keçirilməsi üçün hər bir insanın ruhi aləmi ilə zidiyyət təşkil edən amillərin, müasir tələblərlə keçmiş arasındakı fərqlərin aradan qaldırılması və müntəzəm olaraq təkmilləşmənin təşkili zəruridir.
Məşqçinin fəaliyyətində qeyd olunan zidiyyətlər təxminən iki vəzifənin həlli ilə əlaqədar olur.
Əvvala, məşqçi yeni yetişən gənc nəslə keçmişdə bədən tərbiyəsi və idman sahəsində əldə edilən bilikləri, vərdişləri, adət və bacarıqları çatdırmalıdır. Başqa sözlə deyilsə, İdmançının düzgün davranışı və onun yarış nəticələrinin təkmilləşdirilməsi təşkil edilməlidir.
İkincisi, idmançı öz xüsusi fərdi aləmindən məhrum edilməməlidir. Daha doğrusu, daim onun özünə istinad edilməli və daim inkişafında olmalıdır. Yəni, məşqçi diktatorluq etməməli və idmançı şəxsiyyətinin təşəkkülü üçün əlverişli şərait yaratmalıdır.
Müasir dövrümüzdə təlim və tərbiyənin əsasını humanist məzmunlu pedaqogika təşkil edir. Belə olduqda, şəxsiyyət elə bir qeyri-adi sistem kəsb edir ki, onun üçün digər şəxsiyyətlərlə ünsiyyət yaratmaq çox asan olur.
Sosial psixalogiyanın mühüm vəzifələrindən biri, nizamlayıcı və optimallaşdırıcı ünsiyyətlərin yaradılması və ona müvafiq olaraq qabiliyyətləri və vərdişləri formalaşdırmaqdır. Bu xüsusilə o adamlar üçün zəruri hesab edilir ki, onlar başqaları ilə daim ünsiyyətdə, təmasda olurlar. Ona görə də pedaqoji ünsiyyətin formalaşdırılması, psixoloji ünsiyyətin formalaşdırılması, psixoloji ünsiyyətin dili və yanaşma metodları ilə sıx əlaqədardır. Bu metodlardan biri ünsiyyətdə müəyyən həddin gözlənilməsidir.
Bu pedaqoji ustalıq hesab olunur. Ünsiyyət zamanı yanaşma həddinin münasibliyi müsahibələrin bir-birini anlamasına və qarşılıqlı təsir etməyə münbit şərait yaradır. Düzgün seçilmiş yanaşma, hər hansı bir dialoqda əldə olunan müvəffəqiyyətin 90 faizi deməkdir. Hər bir insanın özünə məxsus fərdi psixoloji aləmi vardır. Ona görədə narahatlıq yarandıqda, insanlar özləri üçün sərfəli olan psixoloji yanaşma müəyyənləşdirirlər. Psixoloji yanaşmanın əsasən üç növü məlumdur. Bunlar fiziki, məkan və şaquli yanaşmalardır. Əgər idmançı ilə söhbət edərkən mövcud dialoqa aidiyyatı olmayan fikirlər söylənirsə, bu psixoloji məkanın pozulmasıdır. Səmərəli hesab edilən peşəkar ünsiyyətdə vahidlik, bərabərlik gözlənilsə də, məşqçinin idmançı ilə eyni səviyyədə olması qeyri-mümkündür.
Əgər məşqçi idmançı ilə ümumi psixoloji yanaşmanı təmin edə bilmirsə, onda, şaquli ünsiyyət yaranır . Bu da ünsiyyətə mane olur. İdmançıdarla işlərkən ünsiyyətədə, psixaloji təmasda səmərəli hesab edilən hər üç vasitədən istifadə edilməlidir. Əlbəttə, məşqçi yalnız idman nəaliyytləri haqqında deyil, həm də şəxsiyyətin təşəkkülü haqqında da düşünməlidir.
Müşahidələr göstərir ki, ünsiyyət prosesi hiss orqanlarının iştirakı olmadan baş verə bilməz. Ona görə də pedaqoji təhlil zamanı fikir və hisslərin konkret imkan və vasitələri, məlumatlar mübadiləsi, real ünsiyyət zamanı onların saf-çürük edilməsi nəzərə alınmalıdır. Ünsiyyətin əsas vasitəsi kimi şüurla ünsiyyət və dil arasında qırılmaz əlaqə vardır. Peşəkar pedaqoji ünsiyyətin təhlili zamanı təmasın üç səmərəli növü-nitq, fərdə aid məlumatlar və qiymətləndirmə imkanları, aşkar olur. Nitq vasitəsilə məlumatlar diqqətə çatdırılır fərdə aid məlumatlar və qiymətləndirmələr isə sonrakı mərhələdə nəzərdə tutulur.
Əgər nitqin əsas növlərini fərqləndirməli olsaq, praktiki cəhətdən işgüzar ünsiyyətdə aşağıdakılar daha səmərəli hesab edilir:
Birinci məlumatverici nitqdir ki, bununla fikirlər nəzərə çatdırılır və onların zənginləşməsi təmin edilir; ikincisi yönəldici nitqdir ki, əsasən kollektiv və cəmiyyətin maraqlarına xidmət edən bu və ya digər hərəkətlərin icrası üçün idmançılara təsir təmin edilir; üçüncüsü, inamı təmin edən nitqdir ki, buda idmançıda müsbət və mənfi hisslər yaradır. Təbiidir ki, belə hallarda emosiya vəziyyətləri xeyli qabarıqlaşır.
İkincisi, fərdə aid məlumatlar, yaxud necədeyərlər, bədənin «dilidir». Qeyri-verbal olan bu «dilə» mimika, pantamimika, səs tonunun dəyişməsi və rəngdən-rəngə düşmək kimi əlamətlər daxil edilir.
Üçüncüsü, özünüqiymətləndirmə nitqidir. Əllbətdə bidmək zəruridir ki, özünüqiymətləndirmə nədir, onun çətinlikləri nədən ibarətdir? Psixoloji ədəbiyyatlarda deyilir ki, özünüqiymətləndirmə, özünə münasibətdir, özünə bəslədilən hiss, özü haqqında təsəvvürlərdir. Özünüqiymətləndirmə, hər bir insanın özü ilə daxili dialoqa girməsi, özü ilə danışmasıdır. Özünəqiymət insanın həyat yolunu təyin edən amildir. Bu proses nə qədər zəngin olarsa, insan özünə qarşı daha çox tənqidi yanaşar və tələbkar olar. Ətraf mühitə münasibətin necə olması da bilavasitə bunula əlaqədardır. Belə insanlar öz ətraflarında şərəfli, məsuliyyətli, icraedici və istəklə dolu bir atmosfera yaradırlar. Onlar özlərini lazımlı və gərəkli insanlar hesab edirlər, öz varlıqları ilə dünyanın daha gözəl olduğunu düşünürlər. Özünün nəyə qadir olduğunu bilən insan, başqalarının yüksək keyfiyyətlərinə görə, hörmət edə və qiymətləndirə bilir. Belə insanlar hissləri ilə zidiyyət təşkil edən heç bir hərəkətə yol vermirlər, əzab çəkmirlər daim ağıllarına güvənirlər. Bu məziyyətlərə malik olmayan insanlar isə nadir hallarda müvəffəqiyyət qazanır, hətta bəzən cinayət də törədirlər.
Məşqçi bilməlidir ki, özü deyil, onun fəaliyyəti tənqid olunmalıdır. Yalnız belə olduqda, idmançı məşqçinin dediklərini adekvat olaraq qəbul edər.
İdmançı olmaq həm də asan məsələ deyildir. Yüksək enerjiyə malik olmaq, bədənin fizioloji proseslərini tənzimləməyi bacarmaq öz müstəqilliyini qorumaq, gələcək həyatının təmini haqqında düşünmək ciddi problemlər hesab edilir. İdmançı öz məqsədinə nail olmaq üçün əzablı yollarla keçməli olur, onun üçün yeni olan idman dünyasına yeni bir həyata qədəm basır. Nəzərə alınsa ki, idmanda hamar yol yoxdur, onda aydın olar ki, yeniyetmələrin əməlləri məşqçidə hansı həyəcanları yaradar. Məşqçi idmanda şəxsiyyətin inkişafı və özünü tam nümayiş etdirməsi üçün şərait yaratmalı, eyni zamanda, idmançının psixofizioloji xüsusiyyətlərini də nəzərə almalıdır. Məşqçilər bilməlidirlər ki, idmançılarda gözlənilməz ədalar baş verə bilər, onların əhvalı ani olaraq dəyişər, ilk anda qəribə görünən hallar baş verər, xoşagəlməz sözlər də danışıla bilər. Bütün bunlar səbrlə, təmkinlə aradan qaldırılmalıdır.
İdman klubları, stadionlar, zallar idmançıların davranışlarını tənzimləmək üçün ən səmərəli yerlərdir. Məşqçilərin işini əngəlliyən məsələlərdən biri də idman müəssisələrinin inzibatçılarının intizam yaratmaq tələbləridir. Hər addımbaşı nəzarətin edilməsi canlı insanı bir növ əşyaya çevirir. Normal insani hislərə malik idmançı cılız varlığa çevrilir.
Elə ki, gənc idmançıları sıxışdırmağa başlayırlar, müəyyən çərçivəyə salırlar və sərt qaydalarla üzləşdirirlər, belə hallarda onlar ehtiraz etməyə başlayırlar. Uşaqlar ümumiyyətlə ciddi nəzarətə qarşı biganə olmurlar. Onları emosiyadan məhrum etmək olmaz, onlar özlərini tərbiyənin obyekti kimi hiss etməməlidirlər. Bilmək zəruridir ki, ünsiyyət yaranarkən tərbiyə olunur, tərbiyə olunarkən isə ünsiyyət yaranır. Gənc idmançılar, zaman keçdikcə öz məşqçilərindən müdrik məsləhətlər ümid və qarşılıqlı inam gözləyirlər. Onlar özləri ilə səmimi olmayanlara inanmırlar. Şərəfli və vicdanlı olmaq hər şeydən artıq qiymətləndirilir. Məşqçilər idmançılarla münasibətdə müəyyən həddi gözləməli, hərə öz yerini bilməlidir. İnsanlar arasındakı ünsiyyətin hamı tərəfindən qəbul olunmuş qaydalarlna ciddi əməl olunmalıdır.
Ünsiyyətdə hamı tərəfindən əməl olunmalı, qaydalar sistemi demək olar ki, yoxdur. Əsas qaydalar ünsiyyət prosesində müsahibdən asılı olaraq müəyyənləşdirilir.
Kiməsə nümunə üçün davranış nümayiş etdirmək məşqçi üçün məqbul hesab oluna bilməz. Düzgün davranışa nail olmaq üçün məşqçi öz yetirmələri ilə yaxın ünsiyyətdə olmalı, daxili hisslərini onlarla bölüşməlidir. Gənc idmançıları yalnlz bu yolla ələ almaq və açıq ünsiyyətə təhrik etmək olar.
Məşqçinin aşağıdakı qaydalara əməl etməsi zəruridir: məşqçi həmişə haqlı deyildir; başqa niyyətlə hörmət qazanmaq qəbuledilməzdir. Bu idmançının qəzəbinə səbəb olur; həmişə gülərüz olmaq, şəraitin korlanmasının qarşısını vaxtında almağı bacarmaq lazımdır; məşqçi kimisə özünə oxşatmağa səy etməməlidir; inamı sarsıtmaq olmaz. Səndə düzsən, mən də düzəm yaxşısı budur; çalışmaq lazımdır ki, idmançılarda ən yaxşı cəhətlər qabarıq görünsün; ünsiyyət məsələlərində məşqçinin sərişdəliliyi ondan ibarətdir ki, o öz düşündüklərini saf-çürük edir, yalnız psixalogiya elminin müddəalarına əsaslanır.
Əslində bizim bütün həyatımız elə ünsiyyətdən ibarətdir. Qarşılıqlı, xoş anlaşılan münasibətə nail olmaq üçün birinci növbədə insanın öz üzərində müntəzəm olaraq işləməsi vacibdir. O, öz çətinliklərini açıq etiraf etməyi bacarmalı, idmançıların rastlaşdıqları çətinlikləri isə aradan qaldırmaq üçün konkret plan hazırlamalıdır.

Qəhrəman Məmmədyarov
ADBTİA-nın prorektoru, professor

Tomas İsmayılov
«Pedaqogika-psixologiya» kafedrasının dosenti
Xəbər 4822 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.04.2012 Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır
29.01.2012 İdman fəlsəfəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru