Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Prezidenti İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
Tarix: 03.10.2017 | Saat: 14:40:00 | E-mail | Çapa göndər
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik etdi. Bildirdi ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər.

Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırlatdı.

“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlətimizin başçısı vurğuladı ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, qrupdakı və dörddəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.

“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi. Dövlətimizin başçısı bildirdi ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.

Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd etdi. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu dedi. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirdi. Dövlətimizin başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirdi.

“Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, - deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə etdi.

Çempionat keçirilən müddət ərzində göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən milli komandanın üzvü Valeriya Məmmədova qeyd etdi ki, bu dəstək komandanın rəqiblər üzərində qələbə qazanmasında çox vacib idi. O, Prezident İlham Əliyevin komandanın çətin və sevincli anlarında yanında olduğunu vurğuladı, bu gün Azərbaycan idmanının inkişafı istiqamətində atılan addımların çox sevindirici olduğunu dedi. Milli komandanın üzvü gələcəkdə də böyük uğurlar qazanaraq ölkəmizə sevinc bəxş edəcəklərinə əminliyini ifadə etdi.

Milli komandanın baş məşqçisi Faiq Qarayev göstərdiyi dəstəyə və diqqətə, həmçinin onun haqqında dediyi xoş sözlərə görə dövlətimizin başçısına komanda adından təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu illər ərzində komanda daim Prezident İlham Əliyevin diqqət və dəstəyini hiss edib. “Əlbəttə, biz indi Sizin yanınıza medalla gəlmək, Sizi daha çox sevindirmək istərdik,” - deyən Faiq Qarayev dövlətimizin başçısının hər dəfə oyunu izləməyə gəlməsinin komandamız üçün çox böyük bir dəstək olduğunu dedi. O vurğuladı ki, milli komandamızın üzvləri arasında olan bəzi gənclər ilk dəfə idi belə böyük yarışda çıxış edirdilər. Yüksək səviyyədə hər cür şəraitin olduğunu deyən Faiq Qarayev komandamızın hazırlığı İtaliya və Sloveniyada keçdiyini, güclü komandalarla oynadıqlarını bildirdi. Son bir il ərzində milli komandanın 23 rəsmi oyun keçirdiyini və bunların heç birində də məğlub olmadığını qeyd edən baş məşqçi dünya çempionatının seçmə yarışlarında 5 oyunun hamısında 3-0 hesabı ilə, o cümlədən Avroliqada qələbə qazandığımızı xatırlatdı, 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatının finalına vəsiqə qazandığımızı bildirdi. Faiq Qarayev komandamızın bundan sonra da yeni qələbələr qazanmaq üçün bütün səylərini əsirgəməyəcəyini dedi.

Voleybol Federasiyasının prezidenti, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə milli komandamıza göstərdiyi dəstəyə, həmçinin idmanın bu növünün inkişafı üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi.

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən Prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutmağımızın böyük nailiyyət olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olmasa da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə apardı. Azərbaycan Prezidenti komandamıza yeni-yeni uğurlar arzuladı.

Sonra milli komandamızın üzvləri dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2476 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru