Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
10/06 | 17:43 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10/06 | 17:41 Daniel Rikkardo 2023-cü ildə üç yürüş üçün Qran-Priyə qayıdacaq
10/06 | 17:39 Fernando Alonso “Audi” komandasında yerə potensial namizəddir
10/06 | 17:28 Formula 1: Şarl Lekler Ayrton Sennanın qeyri-adi rekordunu təzələyib
10/06 | 12:46 Qusarda yeniyetmə və gənc voleybolçular arasında seleksiya yarışı təşkil olunub
10/06 | 12:44 MMA döyüşçümüz Həsən Həsənov “GFC-21” turnirində qələbə qazanıb
10/06 | 12:42 Boksçularımız Macarıstanda beynəlxalq turnirdə 10 medal qazanıblar
10/06 | 12:41 Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində yeddinci olub
10/06 | 12:39 Daha 12 veteran cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
10/06 | 12:37 “Qarabağ”ın sabiq qapıçısı “Everton”dan ayrılıb
10/06 | 12:32 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib
10/06 | 09:08 Yusif İmanov Premyer Liqanın 2022-2023-cü il mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısına başçılıq edir
10/06 | 09:06 UEFA Çempionlar Liqasının finalı: “Mançester Siti” ilə “İnter” üz-üzə
10/06 | 09:01 "Səbail" klubu Maksim Çexlə yollarını ayırıb
10/06 | 08:59 “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasına dəvət alıb
10/06 | 08:57 Cüdoçularımız Avropa çempionatının ikinci günündə üç qızıl medal qazanıblar
10/06 | 08:56 Bakıda atletika üzrə 26-cı beynəlxalq memorialın ilk qalibləri bəlli olub
09/06 | 20:36 Yunan-Roma və qadın güləşi üzrə milli komandalarımızın U-17 Avropa çempionatı üçün heyəti açıqlanıb
09/06 | 20:34 “Sumqayıt” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
09/06 | 19:02 Avropa Oyunlarının standartları Azərbaycanın dinamikliyini əks etdirir
09/06 | 18:58 Azərbaycan məktəbliləri Avropa Döyüş Oyunlarında uğurla çıxış ediblər
09/06 | 17:21 “Sabah” – “Beşiktaş” xeyriyyə oyunundan əldə olunan vəsaitin məbləği bəlli olub
09/06 | 17:19 Azərbaycan Karate Federasiyaları Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib
09/06 | 17:17 Sumqayıtlı veteran cüdoçu doqquzuncu dəfə Avropa çempionu olub
09/06 | 17:16 Belçikalı velosipedçi “Əziz Şuşa” beynəlxalq yarışının üçüncü mərhələsinin qalibi olub
09/06 | 11:56 Anton Kuzmin: “Əziz Şuşa” yarışının bugünkü mərhələsində yaxşı nəticə göstərə biləcəyimizə ümid edirəm
09/06 | 11:55 Qazaxıstanlı velosipedçi: Gücümüzü “Əziz Şuşa” yarışının dağ mərhələlərinə saxlamışıq
09/06 | 11:54 Elnarə Musayeva: “Əziz Şuşa” veloturunun üçüncü mərhələsi velosipedçilər üçün sürətli olacaq
09/06 | 11:53 Azərbaycanın yeddi boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazanıb
09/06 | 11:51 “Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start verilib
09/06 | 10:54 “Paris-2024” Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı müəyyənləşib
09/06 | 10:53 Zlatan İbrahimoviç sabiq komanda yoldaşlarından ibarət rəmzi komandanın heyətini açıqlayıb
09/06 | 10:52 “Pendikspor” ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb
09/06 | 10:51 Azərbaycanın U-17 komandası gürcüstanlı həmyaşıdlarına məğlub olub
09/06 | 08:55 Basketbol üzrə Azərbaycan millisi Serbiyada hazırlıqlarını davam etdirir
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 28 6 2 91-25 90
2 Sabah 36 25 6 5 75-24 81
3 Neftçi 36 20 8 8 63-38 68
4 Qəbələ 36 13 11 12 47-47 50
5 Zirə 36 13 11 12 45-46 50
6 Turan-Tovuz 36 10 9 17 36-49 39
7 Sumqayit 36 8 7 21 26-70 31
8 Kəpəz 36 6 13 17 34-62 31
9 Şamaxı 36 4 13 19 26-52 25
10 Səbail 36 7 8 21 32-62 29
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
Tarix: 14.06.2022 | Saat: 17:20:00 | E-mail | Çapa göndər
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
- Salam, ilk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız.

Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir.

Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.

Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.

Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.

Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.

Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 536 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru